Amsterdama getmək üçün 5 səbəb

Amsterdama getmək üçün 5 səbəb

Rembradtın əsərlərinə baxmaq, yoxsa Qırmızı fənərlər küçəsi ilə gəzmək? Bərədə yaşamaq və hər gün təzə çiçəyin ətrini hiss etmək, yoxsa, yerli bazarda xırda əşyalar axtarmaq? İcarəyə velosiped götürərək idmanla məşğul olmaq, yoxsa, bütün axşamı kofe mağazalarında keçirtmək? Əgər siz istirahətinizi harada keçirməyinizi bilmirsizsə, onda Amsterdama getməyin əsas səbəblərini oxuyun. 

Bərədə yaşamaq imkanı

Rahat və öyrəşdiyiniz yaşayış yerinizi, ətrafda yalnız suyun olduğu bərəyə dəyişə bilərsiniz. Çox adam həmişəlik buna razılaşmasa da, etiraf edək ki, hamımız istirahətimizi belə keçirmək istərdik. Amsterdamın coğrafi şəraitinə görə orada bərədə yaşayış yeri tapmaq heç də çətin deyil. Amstel Botel kimi 175 nəfərli, bahalı La Maroxidien və normal cibə uyğun olan Maria Alberta bərə-otelləri Amsterdamda fəaliyyət göstərir.

Rəssamlar və muzeylər

Niderland dünya incəsənətinə Van Qoq, Rembrandt kimi dahiləri bəxş edib. Amsterdamın Dövlət Muzeyinə gedərək Remrandtın işləri ilə yanaşı, çini qablar kimi dekorativ incəsənət nümunələri ilə tanış ola bilərsiniz. Məhşur Van Qoq muzeyində isə, Van Qoq kimi dahi rəssamın işləri ilə yanaşı həm ipressionist, həm də postimpressionist rəssamların işləri ilə tanış ola bilərsiniz. Muzeydə həmçinin Mone, Sera, Tuluz-Lotrek kimi fransız rəssamlarının əl işləri saxlanılır. 

Bazarlar

Amsterdamda bazar cəhətdən heç bir problem yoxdu. Amsterdam bazarların siz ürəyiniz istəyən hər bir şeyi- əntiq əşyalar, kənd məhsulları, geyim, gül tapa bilərsiniz. Əntiq əşyaları ədlə etmək  üçün Art Pleyn Spey və ya De Loira gedə biləsiniz. Şərq dünyasının elementlərini axtarırsınızsa onda Dappermarkt və Keypmarkt bazarları sizə kömək ola bilər. Təzə kənd məhsullarını isə Linderqraxt və Nordenmarktdan əldə edə bilərsiniz.

Azad istəklər

Amsterdamda yüngül dozada narkotiklər, fahişəxanalar, bircinsli nigahlar qanunidir. Çox adama bu qəribə gəlsə də, insanların azad istəklərindən həzz almaq çox gözəldi. Amsterdama gedərək, yüngül marixuana qəbul edib, Qırmızı fənərlər küçəsindəki “vitrinlər”dəki qızlara baxa bilərsiniz. Əgər siz qəhvə həvəskarısınızsa, onda siz geniş qəhvə assortimenti ilə tanış ola bilərsiz. Lakin qanundan qırağa çıxmamağı unutmayın.

Avropanın velopaytaxtı

Amsterdam Avropanın velopaytaxtıdı. Burada demək olar ki, bütün rayonlarda velosiped yolları var. Velosiped icarəsi ilə məşğul olan şirkətlər isə onlarladı. Siz icarəyə götürdüyünüz velosipedlə yaxındakı əyalətə gedrək, təbiət qoynunda istirahət edə bilərsiniz. İcarənin qiyməti də baha deyil.

Top