Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.
2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:
1. Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.
Çörək: 3,36 $
2. Bu Avropa şəhərinin adı, tarixi və mədəniyyəti hər zaman dillər əzbəri olub. Bu şəhərdə nəqliyyat, qida və yaşam çox bahalıdır. Söhbət dünyanın ikinci ən bahalı şəhəri olan Parisdən gedir.
Çörək: 8,44 $
5 il bundan əvvəl: 7,31 $
3. Uzun illərdir Norveçin paytaxtı Oslo şəhəri bahalı olmasına görə “Economist Intelligence Unit” siyahısına daxil edilir. Sosial xidmətlərin (stomatologiya, gözəllik salonu, ictimai nəqliyyat) kifayət qədər baha olması bu ölkəni 3-cü pillədə yerləşdirib.
Çörək: 5,91 $
5 il bundan əvvəl: 5,33 $
4. Sürix – bu şəhərin siyahıda olması heç təəccüblü deyil. Ən iri bankların özəyi, maliyyə mərkəzləri Sürixdə yerləşir. İsveçrənin Sürix şəhərində qarşınıza çıxan hər bir şey olduğundan çox bahalıdır.
Çörək: 6,19 $
5 il bundan əvvəl: 5,13 $
5. Sidneyin ən bahalı şəhər olmasına əsas səbəb vergilərin yüksək olmasıdır. Sidney əvvəlki siyahılarda 3-cü yerdə yerləşmişdir.
Çörək: 4,65 $
5 il bundan əvvəl: 3,52 $
6. Əvvəl daha yuxarı pillələrdə olan Tokio 2014-cü ilin statatistikasına əsasən, 6-cı pillədə qərarlaşıb. Ötən illərə nisbətən iqtisadi böhran yaşayan Tokioda vergilər olduqca yüksəkdir.
Çörək: 7,12 $
5 il bundan əvvəl: 7,55 $
7. Daha bir İsveçrə şəhəri 7-ci pillədə yer alıb – Cenevrə. Bu şəhərdə orta gəlir bir nəfər üçün 3000 $ təşkil edir.
Çörək: 6,38 $
5 il bundan əvvəl: 5,86 $
8. Melburn – Avstraliyanın ikinci ən böyük şəhəri. Şəhərin iqisadiyyatı, Universitetləri və mədəniyyəti olduqca inkişaf etmişdir.
Çörək: 4,43 $
5 il bundan əvvəl: 3,77 $
9. Venesuelanın paytaxtı olan Karakasa bütün qida ehtiyatı uzaqlardan gətirilir, burda bir çox sosial xidmətlər də bahadır. Şəhərdə qida məhsullarında qiymət artımı tez-tez baş verir.
Çörək: 11,02 $
5 il bundan əvvəl: 6,98 $
10. Kopenhagen bir çox Skandinaviya ölkələrindən təmizliyinə, rahatlığına və cəlbediciliyinə görə fərqlənir. Şəhərdə yaşam, tibb və transport kifayət qədər bahalıdır. Ötən ilki siyahıda Kopenhagen 15 pillədə yerləşmişdi.
Çörək: 4,82 $
5 il bundan əvvəl: 3,82 $
Orucova Jalə
azens.az