Qriqori Perelman Puankare teoreminin isbat edilməsinin müəllifi, fizika-riyaziyyat üzrə namizəddir. O Steklov adına Riyaziyyat universitetinin Leninqrad bölməsində işləmiş, ABŞ-ın bir sıra universitetlərində tədris etmişdir. Hazırda isə 2003-cü ildən etibarəndir ki, işləmir və demək olar ki, yad insanlarla ünsiyyət qurmur.
O 13 iyun 1966-cı ildə Leninqradda dünyaya gəlib. Perelman 1982-ci ildə məktəbli komandası tərkibində Budapeştdə Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib. Elə həmin ildə imtahansız Leninqrad dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul edilib. O riyaziyyatla bağlı təşkil edilən bütün olimpiada və müsabiqələrdən qalib olaraq ayrılırdı.
O 1992-ci ildə New-York və Stony Brook University universitetində semest keçirməyə dəvət edilir, daha sonradan isə Berkly universitetində tədris və elmi fəaliyyətə başlayır. 1996-cı ildə isə Steklov universitetinə geri dönür.
Perelman Aleksandrovun fəza nəzəriyyəsində gördüyü işləri ilə məşğuldur və bir çox hipotezi sübut etmişdir.
Perelman 2003-cü ildə ABŞ-da bir sıra mühazirələr ilə çıxış etdikdən sonra Sankt-Peterburqa geri dönmüş və Kupçinoda yerləşən mənzilində qərarlaşmışdır. Bundan əlavə, fizika-riyaziyyat laboratoriyasında tutduğu baş elmi əməkdaş vəzifəsini tərk etmiş və demək olar ki, bütün jurnalistlərlə ünsiyyəti kəsmişdir.
Qeyd edək ki, Perelman Puankare teoremi ilə bağlı gördüyü işlər rəsmi şəkildə qəbul edilməmişdi. 4 il ərzində aparıcı mütəxəssislər tərəfindən onun işləri yoxlandıqdan sonra heç bir səhv aşkar edilmir. 22 avqust 2006-cı ildə Perelmana Filds mükafatı verilsə də, o mükafatı almaqdan və jurnalistlərlə danışmaqdan imtina etmişdi.