Bir çox insanlara riyaziyyat dəhşətli dərəcədə çətin görünür və onların gözünü qorxuya salır. Bu siyahı isə sizə ümumi riyazi kələklərlə bağlı bilgi verməklə yanaşı, riyazi tapşırıqların beyində sürətli həllini asanlaşdırmağa kömək edə bilər.
1. 11-ə vurma
Hamımız bilirik ki, 10-a vurma zamanı, ədədin sonuna sadəcə bir 0 əlavə olunur, bəs siz bilirsiniz ki, 11-ə vurmaq üçün də belə sadə qayda mövcuddur. Buyurun baxın
Verilən ədədi götürüb, rəqəmlərin arasında boşluq qoyun, bu nümunədə biz 52 ədədini 11 dəfə artırırıq. 52; 5_2
İndi isə həmin iki rəqəmi toplayın və onların cəmini ortada yazın
5_(5+2)_2. Beləliklə cavab hazırdır: 572.