Ramanucan

Ramanucan

19-cu əsrin sonunda Hindistanın cənubunda kasıb bir ailədə Srinivasa Ramanucan Ayenqor adlı bir oğlan dünyaya gəlir. Onun ailəsi zənginliyi ilə fərqlənməsə də, brahmanlar kastasına daxil idi və ənənə və dini ayinləri müqəddəs hesab edirdilər. Buna görə də gənc Ramanucanın bütün təhsil və tərbiyəsi yalnız bir şeyə gətirib çıxarırdı: O atasının yolunu davam etdirməli və məmur olmalı idi.

Lakin Ramanucanı lap kiçik yaşlarından tamamilə başqa bir şey maraqlandırırdı. O çox da təhsilli olmayan Hindistanda heç də asan məsələ olmayan rəqəm və tənliklərin həllinə maraq göstərir. Uşaq dəhşətıi dərəcədə məlumat azlığından əziyyət çəkirdi. Onun demək olar ki, riyaziyyata aid heç bir kitabı yox idi və kitab əldə etmək üçün hətta oğurluq belə etməyə hazır idi. Ramanucan hələ hənc yaşında olarkən belə bir çox teorem və düstürları kəşf etmişdir.

1913-cü ildə Cambridge universitetinin professoru olan G. H. Hardy Hindistandan qeyri-adi bir məktub əldə edir və məktubda naməlum bir gənc onun sübut etdiyi teorem və düsturları çap etməyi xahiş edir və özünün çox kasıb olduğundan bunu edə bilmədiyini bildirir. Hardy bu gənc dahi ilə maraqlanmağa başlayır və universitetin hindli müəllimləri vasitəsilə fəal məktublaşma başalyır. Bu məktublaşma nəticəsində professor elmə hələ məlum olmayan yüzlərlə düstur əldə edir. Bunlardan bir neçəsi qismən də olsa Hardy və yaxud digər riyaziyyatçılar tərəfindən sübut edilmişdi.

Onun 27 yaşı olduqda Hardy-nin fəal iştirakı ilə Ramanucan İngiltərəyə köçür. Lakin İngiltərə iqlimi ona düşərli olmur və tezliklə tüberkuloza məruz qalır. O uzun müddət xəstəxana və sanatoriyalarda müalicə almalı olur. Lakin bununla belə hər yerdə o işləyir, işləyir, yenə də işləyir. 1919-cu ildə o bir qədər sağalır və həkimlərin səyi ilə ayağa qalxır. İlk olaraq elə təəssurat yaranır ki, xəstəlik tamamilə yox olub və Ramanucan Hindistana qayıtmağı qərara alır. Lakin o növbəti iqlim dəyişikliyinə tab gətirmir və 26 aprel 1920-ci ildə Ramanucan özündən sonra çoxsaylı riyazi biliklər qoyaraq dünyasını dəyişir.
Top