Düzgün çoxüzlülər

Düzgün çoxüzlülər

Bütün üzləri bərabər düzgün çoxbucaqlılar olan hər bir təpəsindən eyni sayda til şıxan qabarıq çoxüzlüyə düzgün çoxüzlü deyilir.
Yaxşı tanıdığımız kub düzgün çoxüzlüdür. Çünki onun bütün üzləri kvadratdır, hər bir təpəsindən üç til çıxır.
Teorem 29.
Düzgün çoxüzlünün hər bir üzünün tərəfləri sayı 5 dən çox ola bilməz.
Əgər düzgün çoxüzlünün üzləri bərabərtərəfli üçbucaq olsa, onda onun hər bir təpəsindəki müstəvi bucaqlarının sayı 3.4 və ya 5 ola bilər.Bu zaman düzgün tetradr (dördüzlü), düzgün oktaedr (şəkkizüzlü) və düzgün ikosaedr (iyirmiüzlü) alınır.
Düzgün oktaedr səthi səkkiz bərabərtərəfli üçbucaqdan ibarət düzgün çoxüzlüdür. Onun hər bir təpəsində dörd til çıxır. Onlar dörd müstəvi bucaq əmələ gətirir.
Düzgün ikosaedr səthi iyirmi bərabərtərəfli üçbucaq ibarət düzgün çoxüzlüdür. Onun hər təpəsindən beş til çıxır. Onlar beş müstəvi bucaq əmələ gətirir.
Top