Fəzada perpendikulyar düz xətlər. Düz xəttin müstəviyə perpendikulyarlığı

Fəzada perpendikulyar düz xətlər. Düz xəttin müstəviyə perpendikulyarlığı

Fəzada düz bucaq əmələ gətirən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. A və b düz xətlərin perpendikulyarlığı a b kimi işarə olunur.
Fəzəda düz xəttin xaricində götürülmüş nöqtədən onu kəsən bir perpendikulyar düz xətt, düz xəttin üzərindəki nöqtədən isə sonsuz sayda perpendikulyar düz xətt keçirmək olar.
Teorem 13 Paralel düz xətlərə perpendikulyar düz xətt
Paralel düz xətlərdən birinə perpendikulyar olan düz xətt onların hər birinə perpendikulyardır
Teorem 14. Düz xəttin müstəviyə perpendikulyarlıq əlaməti
Müstəvini kəsən düz xətt, onun üzərindəki iki kəsişən düz xəttə perpendikulyardırsa, müstəvinin özünə də perpendikulyardır.
Müstəvini kəsən və onun üzərindəki hər bir düz xəttə perpendikulyar olan düz xəttə, müstəviyə perpendikiulyar düz xətt, müstəviyə düz xəttə perpendikulyar müstəvi deyilir.
Teorem 15. Nöqtədən müstəviyəı perpendikulyar
Fəzanın ixtiyari nöqtəsindən verilmiş müstəviyə perpendikulyar bir və yalnız bir düz xətt keçirmək olar
Top