Bucağın növləri

Bucağın növləri

Bucağın aşağıdakı növləri vardır:
Ø Düz bucaq
Dərəcə ölçüsü 90°-yə bərabər olan bucağa düz bucaq deyilir.
düz bucaq-right angle
Ø Açıq bucaq
Dərəcə ölçüsü 180°-yə bərabər olan bucaga açıq bucaq deyilir.
açıq bucaq
Ø İti bucaq
90°-dən kiçik olan bucağa iti bucaq deyilir.
iti bucaq
Ø Kor bucaq
90°-dən böyük və 180°-dən kiçik olan bucağa kor bucaq deyilir.
kor bucaq
Ø Tam bucaq
Dərəcə ölçüsü 360°-yə bərabər olan bucağa tam bucaq deyilir.
tam bucaq-360 dərəcə
Ø Qonşu bucaqlar
Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayici yarim düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir.
Şəkildə αβ qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180°-dir:
α+β=180°
Qonşu bucaqlar
Ø Qarşılıqlı bucaqlar
Şəkildə
∠BOC və ∠BOD
∠AOD və ∠BOC
qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabərdir:
∠BOC= ∠BOD və ∠AOD=∠BOC
qarşılıqlı bucaqlar
Tamamlayıcı bucaqlar
Bir-birini 90°-yə tamamlayan bucaqlara tamamlayıcı bucaqlar deyilir.
Şəkildə αβ -tamamlayıcı bucaqlardır.

tamamlayıcı bucaqlar

Bucağın təpəsindən çıxıb, onun tərəfləri arasından keçən və bucağş yarıya bölən şuaya bucağın tənböləni deyilir. OC şüası -∠AOB nin tənbölənidir, yəni ∠AOC=∠COB
bucağın tənböləni
Qeyd. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90°-уə, qarşılıqı bucaqlarda isə 180°-yə bərabərdir.
Həmçinin bax: Həndəsənin əsas anlayışları
Top