Pi dünya riyaziyyat tarixinə təxminən e.ə. 2000-ci ildən bəri məlumdur. Ümumi olaraq onun rəqəmlə ifadəsi 3,14 kimi qəbul edilsə də, müxtəlif dövrlərdə onunla bağlı fərqli rəqəmlər səsləndirilib. Məsələn, misirlilər e.ə. 1650-ci ildə Pi-ni 3,165, çinlilər və yunanlar 3,162 olaraq hesablayıblar. Arximed isə iddia edib ki, Pi-nin dəyəri 310/71 və 31/7 arasında dəyişir.
Ancaq bununla bağlı araşdırmalar hələ də davam etməkdədir. Xüsusilə də kompyuter texnologiyasının sürətlə inkişaf etdiyi indiki dövrdə bu araşdırmalar daha da artıb. Məsələn, 2002-ci ildə Tokio Universitetində Pi-nin hesablanması üçün xüsusi kompyuter proqramı yazıblar.
Bu super kompyuter vasitəsilə 400 saatda hesablamanın 1,24 trilyon pilləsinə qədər gəlinib. Ancaq Pi-nin konkret rəqəmi əldə edilməyib. Bəzən mütəxəssislər Pi-ni belə ifadə edirlər: sonsuz, ancaq məhdud. Yəni burada dairəyə bənzər formada sonsuza qədər davam edən rəqəmdən söhbət gedir.