Forex (Foreks) valyuta bazarı haqqında

Forex (Foreks) valyuta bazarı haqqında

Foreks bazarında azartlı oyunlar şəxsi maliyyə risklərini əhəmiyyətli dərəcədə artırır. Onun ümumiyyətlə, investisiya prosesi ilə və o cümlədən fond bazarı ilə heç bir əlaqəsi yoxdur. “Foreksçilərin” hakim tezisləri bunlardır: valyuta alverində hər kəs qazana bilər; daim dəyişən valyuta məzənnəsi hesabına gəlir əldə etmək olar. Mühüm əfsanələr dünya kimi qocamandır, lakin camaatı valeh etməkdə davam edirlər. Bu səbəbdən, Foreks haqqında müəyyən həcmdə məlumatlı olmaq faydalı olar.

Bunun üçün kitablar buraxılır, şayiələr yayılır, müvəffəqiyyətli olanların adları nümunə kimi deyilir və bəxtınızı sınamaq təklif edilir. Nəticədə sadəlövh vətəndaşlar investisiyalarla məşğul olmağı oyun oynamaqla qarışıq salırlar. Onun əsl siması vətəndaşlar üçün çəkilən gözəl şəkildən çox fərqlənir. “Foreksçılər” öz bizneslərinin əfsanələrlə əvəz edərək bizneslərinin real təfsilatını az açıqlayırlar.

Foreksin tarixi

“Foreks” beynalxalq valyuta bazarı (Foreign Exchange Market) ABŞ-ın dolların qızıla müəyyən edilmiş məzənnəsini saxlamaqdan imtina etdiyindən sonra 1971-ci ildə yaradılmışdır. Üzən valyuta məzənnələri əsri başlamışdır. Bazarın əsas oyunçuları bütün dünyanın iri bankları olmuşlar. Bu bankların gündəlik valyuta əməliyyatları milyard dollar təşkil edir. Bazarın müəyyən edilmiş ticarət yeri yoxdur, burada telefon vasitəsi ilə yaxud İnternetdə işləyərək iştirak etmək olar. Bazarın gündəlik dövriyyəsi 2-4 trln. dollar təşkil edir. Ən aşağı lot $100 min təşkil edir. Foreks dərhal çox sayda fırıldaqçıları özünə cəlb etdi. İlk fırıldaqçılar 1970-ci illərdə meydana çıxdılar. Onlar valyuta bazarında fantastik imkanları təsvir etməklə müştəriləri aldadırdılar. Foreks bazarının dövriyyəsi və burada məzənnələrin dəyişməsi sürəti əhəmiyyətli üstünlüklər olduğu haldırsa, minimal lotun ölçüsünün 100 min dollar olması isə onun nöqsanlarına aiddir. Dələduzların taktikası da məhz bunun üzərində qurulurdu. Müştəriyə 1:100 nisbətində kredit dəstəyi təklif olunurdu. Depozitə min dollar qoymaqla, müştəri yüz min dollarla əməliyyat aparmaq imkanı əldə edirdi.

Pul və qadın əldə etmək çün FOREX lazımdırValyuta məzənnəsinin daim dəyişməsi hesabına gəlir əldə etmək olar. Ticarətin bütün mənası ucuz alıb baha satmaqdan ibarətdir. Təcrübəsi olmayanlara hər bir real razılaşmaya gəlmək mümkün olan Foreksin üsünlükləri təsvir edilirdi. Sonra müştəriyə aralarında əməliyyat yerinə yetirmək istədiyi iki valyuta seçmək təklif olunur və dəyəri artan valyutanı almaq təklif olunur. Bir qədər vaxtdan sonra bahalaşmış mövqeni sataraq, mənfəəti qeyd etmək olardı. Kredit dəstəyi depoziti girov edərək verilir. Əgər mövqenin bağlanması ilə əlaqədar mümkün zərərin ödənilməsinə depozit artıq azdırsa, margin call (əlavə girov daxil edilməsi tələbi) vəziyyəti əmələ gəlir. Yəni bazarda ticarəti təşkil edən şirkət heç nə ilə risk etmir.

Riski ancaq müştəri edir.

Misal üçün, müştərinin avro/dollar cütlüyündə yerinə yetirdiyi əməliyyata baxaq. 1,5000avro/dollar məzənnəsi ilə bir saziş üzrə Buy (alqı) əməliyyatını yerinə yetirərək, bir qədər vaxtdan sonra müştəri saziş üzrə 1,5050 məzənnəsi ilə Sell (satış) əməliyyatını yerinə yetirərək bununla 50 bənd qazanmışdır. Ödəmənin haqqı cəmi 1 000 dollar olduğu şərtdə onun əməliyyatı 100 000 ilə keçirdiyini hesab edilirdi. Yəni bu əməliyyatdan onun qazancı 5 deyil, 500 dollardır, yaxud qoyulmuş vəsaitin 50% idi. Əlbəttə ki, müştəri qiymətlərin hərəkət istiqamətini tapmadığı halda o 5 deyil, həmən 500 dolları itirirdi.

Müştərilərin cəlb edilməsi üçün təşkilatçılar kredit dəstəyini və real dövrdə alver etmək imkanını fikirləşmişdilər. Müştəriyə uduş perspektivləri maksimal olaraq izah edilirdi. Kredit dəstəyi ilə əlaqədar yüksək risk haqqında ancaq ötəri qeyd edilirdi, müştərinin risklə tanış olduğu barədə mütləq imza atmaq üçün kağızlar verilirdi və sonra ticarət zalına qapılar açılırdı. Təbii ki, müştərilər beynəlxalq səviyyədə olan ticarətdə iştirak etdiklərini düşünürdülər.

Lakin təcrübədə heç bir oxşar şirkətin öz oyunçularına kredit verməklə real əməliyyatlar keçirmək üçün kifayət qədər şəxsi kapitalı olmamışdır. Birincisi, müştərilərin sifarişlərinin qarşısı çox vaxt sadəcə kəsilirdi. İkincisi, əməliyyatın “yerinə yetirilməsi” zamanı bir qədər gecikmə vaxtı mövcud idi. Üçüncüsü, şirkət rəsmi olaraq elan edirdi ki monitorda olan məzənnələr real bazar məzənnəsindən bir neçə bənd seçilir, bu fərq təşkilatın gəlirini təşkil edirdi. Yəgin ki, real vəziyyət haqqında həqiqəti ancaq təşkilatçılar bilir, müştərilərin pulları heç vaxt kontordan kənara çıxmırdı. Bütün hesablamalar isə ancaq düzgün istiqamətdə tez hesablamaq qabiliyyətindən asılı idi.

Bazarın müasir vəziyyəti

Bu gün qızğın oyunçuların xidmətində offşor dilinq şirkətləri var. Bütün əməliyyatlar İnternet vasitəsi ilə həyata keçirilir. Etibarlılığı müzakirə edərək yeni texnologiyalı şirkətlər dilinq şirkətinin hesabına öz pullarını keçirən və bazarda “əməliyyatlara” başlayan adam tərəfindən pulları kontorun hesabından uzağa çıxarılmaması haqqında məlumat vermirlər. Tam kompüterləşmədə hər şey sadədir. Yüzlərlə oyunçular mövqelərini bir birinin qarşısında qoyur, daxili sistem hər əməliyyatdan bir neçə bənd götürməyi unutmadan yüksək sürətlə öz iştirakçılarının pullarının yenidən paylanmasını yerinə yetirir. Real bazarda tək-tək əməliyyatlar yerinə yetirilir.

Real banklar arası bazara çıxmaq üçün ən azı bir neçə yüz min dollar tələb olunur, lakin hətta belə lot heç kimi maraqlandırmaya da bilər. Əvvəllər “foreksçilər” öz sxemlərini belə təsvir etməyi xoşlayırdılar: müştəri az məbləğ daxil edir, bu məbləğ əlavə məbləğ ilə əhəmiyyətli dərəcədə artırılır və alınmış kapital real əməliyyatlarda işləməyə başlayır. Şəxsi və borc alınmış vəsaitlər arasında nisbət 1:199-a çata bilər (hər qoyulmuş 1 dolların üstünə 199 dollar əlavə “edilir”). Lakin sonra alverə başlamaq üçün minimal məbləğlər elə rəqəmlərə kimi azaldı ki, artıq əfsanə cəfəngiyyat kimi göründü. Hətta ən geniş kredit dəstəyi ilə simvolik olan 100 dollar əsl Foreks qiymətləndirilməsi ilə dəyəri olmayan 20 minə çevriləcəkdi. Dilinq mərkəzləri buna diqqəti cəlb etməsələr də, real ticarətə olduqca qayğılı münasibətləri var idi.

Foreksin təcrübəsi bir qayda olaraq göstərir ki, bir neçə ay yüksək riskli alver etmək oyunçunun kənardan müdaxilə olmadan qoyduğu pulları itirməsinə kifayət edir. “Foreksin xalq üçün” olduğunu təbliğat edənlər yarıməfsanəvi treyderlərin məvəffəqiyyətli olmaları təcrübəsinə istinad edirlər. Lakin əgər məvəffəqiyyət olursa, bu ancaq təsadüfi olaraq və nadir hallarda olur. Bunu misalla izah edək.

Aydındır ki: sizə kredit (dəstək) verən broker onun pullarından sizin hətta bir dollar uduzmağınıza imkan verməz. Sizin açdığınız mövqedən daxil etdiyiniz məbləğin 70-80% itirilməsi mümkün olduğu halda “marjin-koll” işə düşür. Yəni, kreditin təminatı üçün sizə əlavə vəsaitin daxil edilməsi təklif edilir yaxud sizin müvqeyiniz şəxsi vəsaitinizin həmin 70-80% miqdarında itkinin qeyd edilməsi ilə bağlanılır. Unutmayın ki, kredit vasitəsinin (dəstəyin) iki tərəfi var və əgər o sizin qazancınızı 100 dəfə artıra bilirsə, beləliklə zərəriniz də 1:100 arta bilər. Deməli sizin vəsaitinizin 70%-ə kimi itirilməsi təhlükəsi ilə margin call-a “çıxarmaq” üçün sizin açdığınız müvqenin dəyərini cəmi 0,7% dəyişmək kifayət edər! Görünür ki, bazarın belə mikron qədər dəyişməsini qabaqcadan bilmək mümkün deyil və heç bir texniki analiz burada kömək edə bilməz.

Alverin təşkilatçıları insanların psixoloji xüsusiyyətlərini yaxşı nəzərə alırlar. Adi insan özü üçün iki: uduş əldə etmək və bütün pulları uduzmaq hadisəsini fərqləndirir. Əgər birincisi onun üçün əməyinin yaxud idarə edənin xidmətidirsə, uduzmaq onun üçün təsadüfi haldır. Bu səbəbdən insanlar axırıncı ümidlərinə inanaraq, pul qoyurlar. Bunlar hamısı olan şeylərdir. Bir qədər vaxt müştərilərə işlərin yaxşılaşmasını nümayiş edə bilərlər, sonra isə hər şey yenidən başlayır. Foreksdə bütün maraqlı hadisələr ancaq müştərinin birinci məğlubiyyəti baş verdikdə başlayır. Məhz bu andan o “əsl işə başlayır”. Uduzduqları bütün pulları geri qaytarmaq arzusu əmələ gəlir, xüsusən də udmaq imkanı belə real olduğu halda..

Nəticə

Foreksdə və investisiyalarda olan oyunlar, o cümlədən fond bazarındakı oyunlar arasında prinsipial fərqlər vardır. Fond bazarı tənzimlənən və nəzarət oluanandır, burada uduzmaq mümkündür, lakin oğurluğa məruz qalmaq – yoxdur. Fond bazarında uçuşlar da olur, enmələr də. Lakin uzunmüddətli perspektivdə fond bazarı artır. Foreksdə qananmaq ideyası – milyonlarla amillərdən asılı olan qısamüddətli valyuta kursları tərəddüdlərinin tutulmasıdır. Burada təyinatına görə uzunmüddətli strategiyalar real deyil. Və ən başlıcası, kazinoda olduğu kimi, Siz Foreksdə oyunun təşkilatçılarına qarşı, uduşa müvafiq şanslarla oynayırsız. Beləliklə, fikirləşin və özünüz qərar verin: Foreksdə oynamaq, yoxsa oynanamaq...

Həmçinin bax: Birja terminleri

Mənbə: Foreks valyuta bazarı haqqında əfsanələr və həqiqətlər

Top