Fransanın kredit-maliyyə sisteminin fəaliyyəti 1984-cü ilin qanunu ilə tənzimlənir. O, üç səviyyədən ibarətdir: mərkəzi bank (Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-maliyyə müəssisələri; investisiya, ipoteka, xarici ticarət bankları, sığorta və maliyyə şirkətləri, pensiya fondları və başqaları.
Fransız banklarında xüsusi kapital iki hissədən ibarət olur: baza vəsaitlərindən və əlavə vəsaitlərdən. Bankın passivlərinə xüsusi kapitalla yanaşı, cəlb edilmiş vəsaitlər də – depozit və qeyri depozit vəsaitlər daxil olur. Kredit əməliyyatları bank aktivlərinin ən böyük maddələr qrupudur. Kreditləşmənin ən geniş yayılmış növləri: məssisələrin cari ehtiyaclarının maliyyələşdirilməsi üçün, onların investisiyaları, şəxsi adamların istehlak və investisiya xərcləri üçün. Qarşılıqlı kredit bankları və ya kooperativ banklar kreditləri almaqda çətinlik çəkən kiçik və orta müəssisələrin kreditləşdirilməsində ixtisaslaşırlar. Kredit kooperativləri – 1917-ci ildə dövlətin köməyi ilə yaradılmış xalq bankları da onlara aiddir. Fransa prezidenti J.Şirak yeni bankın yaradılması qərarını alqışladı və qeyd etdi ki, bu qərar «fransız bank sektorunun birləşməsinə və möhkəmlənməsinə yönəlmişdir». Prezident bildirdi ki, Fransa sıx və müxtəlif bank şəbəkəsinə malikdir və o, beynəlxalq rəqabətdə öz mövqelərini möhkəmlətməlidir. Adı Dövriyyə Xüsusi kapital Təmiz gəlir «Bank nasyonal de Pari» 1193,3 381,8 250,3 35,0 14,2 3,3 3,1 71,0 0,1 Fransanın kredit-maliyyə müəssisələri sisteminin növbəti hissəsi ixtisaslaşdırılmış kredit-maliyyə institutlarıdır. Onlara əmanət kassaları və 28 ixtisaslaşdırılmış kredit institutu aiddir. Fransanın kredit sistemində maliyyə müəssisələri xüsusi yer tutur. Bunlar qiymətli kağız əməliyyatları ilə məşğul olan şirkətlər, ipoteka kredit müəssisələri, maliyyə cəmiyyətləri, dəyirman və lizinq cəmiyyətləridir.
Bank müəssisələri. Onlar kapital qoyuluşlarının kreditləşməsində və maliyyələşməsində ixitisaslaşırlar. Fransız banklarının payına ümumi milli məhsulun 4%-i düşür. Bu isə təqribən nəqliyyat, energetika və ya kənd təsərrüfatı kimi sahələrin xüsusi çəkisinə uyğun gəlir. AFR-də olduğu kimi, Fransada da bankları universal və ixtisaslaşmış banklara ayırmaq olar.
Universal banklar fəaliyyətin bütün növləri ilə, o cümlədən bank funksiyaları ilə əlaqədar olmayanlarla – sığorta, turizm xidməti, informasiya xidməti, məsləhətləşmə və başqaları ilə məşğul olurlar. Iri universal banklar müəyyən müştəri xidmətində (müəssisələr, şəxsi adamlar) və ya fəaliyyət növlərində (qısamüddətli, uzunmüddətli kreditləşmə və s.) ixtisaslaşmış kredit müəssisələri ilə yanaşı mövcuddurlar. 1981-ci ildə Fransanın, demək olar ki, bütün bankları milliləşdirilmişdir. 1984-cü ilin yanvarında banklar haqqında qanun qəbul edilmişdir. Qanun bankların özəlləşdirilməsinə keçidi ifadə edirdi.
Indiki zamanda Fransada 400-dən çox kommersiya və investisiya bankı var. Bu banklarda işləyənlərin sayı 250 min nəfərdən çoxdur. 1984-cü ildə bankların hamısı Fransız banklarının assosiasiyasında birləşdilər. Assosiasiyaya 35 iri milliləşdirilmiş bank, onların 120-ə qədər filialı, 74 fransız şəxsi bankı və xarici kapital tərəfindən nəzarət olunan 151 şəxsi bank daxildir.
Kredit müəssisələrinin daha böyük əhəmiyyət kəsb edən kateqoriyası kommersiya banklarıdır. Onlar, bir qayda olaraq, səhmdar müəssisələri formasında olurlar. Kommersiya banklarının fəaliyyəti qısamüddətli kreditlərin verilməsi üçün müddətsiz əmanətlərin qəbulundan ibarətdir. Lakin banklar əmanətlər və ya borclar şəklində kapital almaqla, borcları daha uzun müddətə təqdim etməklə, digər müəssisələrin kapitalında iştirak etməklə, qiymətli kağızların emissiyasını və yerləşdirilməsini təşkil etməklə, müştərilərin əmlakının idarəetməsini həyata keçirməklə öz fəaliyyət sferelarını genişləndirə də bilərlər. Kommersiya bankları beş əsas funksiyanı yerinə yetirirlər:
Investisiya bankları müəssisələrə onların yatırımlarının maliyyələşdirilməsi üçün kreditlər verir və uzunmüddətli, ortamüddətli əməliyyatları həyata keçirirlər. Bankların bu kateqoriyasına aşağıdakılar aiddir:
Bankların digər qrupu xarici iqtisadi fəaliyyətin xidmətində ixtisaslaşır. Məsələn, Fransız xarici ticarət bankı 1947-ci ildə xarici iqtisadi əməliyyatların maliyyələşdirilməsi məqsədilə yaradılmışdır.
Iri banklar tərəfindən əyalət kredit müəssisələri – regional inkişaf bankları yaradılmışdır. Onlar dövlət zəmanətlərindən istifadə edir, yerli müəssisələrin kapitallarında iştirak edir, həmin müəssisələrə 5-15 il müddətinə kredit verirlər. Lakin onların sayı durmadan azalır. Inkişaf banklarının vəzifəsi qısa müddət ərzində rentabelli ola bilməyən əməliyyatların maliyyələşdirilməsi üçün ictimai və ya şəxsi fondların birləşdirilməsidir. Məsələn, 1919-cu ildə yaradılan və xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində aktiv şəkildə iştirak edən «Kredi nasyonal» (Credit Nacional) bankını göstərə bilərik. Bu bank həmçinin xarici iqtisadi fəaliyyətin xidmətində ixtisaslaşmış bank qrupuna da aid edilə bilər.
Dörd ən iri depozit bankı 1945-ci ilin qanunu ilə milliləşdirilmişdir. Sonradan həmin banklar birləşmələr yolu ilə üç banka çevrilmişlər: «Bank nasyonal de Pari» (Bangue Nacional de Paris), «Kredit Lionne» (Credit Lyonnais), «Sosyete jeneral» (Societe General). Ölkədəki bütün əməliyyatların böyük hissəsi bu bankların payına düşürdü. Indi isə onlar şöbələrin şaxələnmiş şəbəkəsinə malikdirlər (ölkənin bütün əməliyyat şöbələrinin 22%-i; bank qulluqçularının 30%-i bu üç bankda işləyir ) və dünya bank bazarında aktiv şəkildə işləyirlər. Bütün fransız banklarına yatırılmış pul vəsaitlərinin 27%-i onların hesablarında yerləşir. 1982-ci ilin qanunu ilə iki iri işçi bankı da –«Pariba» (Paribas) və «Indosyuez» (Indosuez) milliləşdirilmişlər.
1960-cı illərin əvvəllərində Fransanın bank sektorunda böyük dəyişikliklər baş verdi. Depozit bankların işçi (kommersiya) bankları ilə klassik qarşıdurması aradan qaldırıldı, çünki depozit banklar sənayeyə investisiyalar həyata keçirməyə başladılar, kommersiya bankları isə öz şöbərərinin şəbəkəsini yaratmaq imkanı əldə etdilər. «Kredi Lionne», «Bank nasyonal de pari» və «Sosyete jeneral» kimi iri kommersiya bankları bütün ölkəni əhatə edən və Fransanın xaricində də yayılan şöbələr şəbəkəsinə malikdirlər. Fransız banklarının mindən çox şöbəsi 139 ölkədə fəaliyyət göstərir. Qədim işçi banklar – «Pariba» və «Syuez» (Suez) əvvəlki kimi yenə də sənayeyə investisiya qoymaqla məşğul olmağa üstünlük verir və çox mürəkkəb sxem üzrə çarpazvari iştirak vasitəsilə fransız və xarici müəssisələrin böyük sayına nəzarət edir. Bu bank müəssisələrinə regional banklar, o cümlədən xalq bankları və regional tipli müəssisələr də qoşulur. Onlara əmanət kassaları şəbəkəsini də, o cümlədən «Kredit nasyonal» və «Kredi fonsye de Frans» (Credit Foncier de France) kimi ixtisaslaşmış bank müəssisələrini də əlavə etmək lazımdır. Xarici ticarətin qloballaşma çərçivəsində və Parisin maliyyə əhəmiyyətini yüksəltmək işində Fransanın səylərinə uyğun olaraq, bankların fəaliyyəti daha da beynəlmiləşir. Avropa birliyi daxilində kapitalların sərbəst yerdəyişməsi də buna kömək edir (1990-cı ildə iyulun 1-də tətbiq olunmuşdur).
Banklar rəqabətədavamlılıq qabiliyyətinin yüksəldilməsi üçün öz xidmətlərinin kütləvi informasiyalaşmasını həyata keçirir, xidmət göstərmədə daha bahalı çeklər əvəzinə kredit kartlarından istifadə edirlər. Banklar dayanıqlığı artırmaq məqsədilə xüsusi fondları artırırlar. Onlardan bəziləri sığorta şirkətləri ilə tərəfdaşlıq münasibətlərinə girir. Bu isə məsələn, «Bank nasyonal de Pari» bankının və «Yunyon dez asyurans parizyen» (Uniob des assurans parisien) sığorta qrupunun kapitallarında çarpazvari iştirakla təsdiq olunur. Həmçinin «Kredi endyustiel e kommersyal» (Credit Industriel et Commerciol) bankı tərəfindən «Qrand assyurans nasyonal» (Grand assurans nacional) sığorta şirkətinə nəzarətin müəyyənləşdirilməsində öz təsdiqini tapır. Bankların sənayedəki iştirak həcmi artmışdır. Nəhayət, bir çox banklar öz fəaliyyətlərinin diversifikasiyası və müştərilən artırılması məqsədilə həyatın sığortalanmasında ixtisaslaşan filiallar yaratmışlar.
1999-cu ildə fevralın əvvəlində Parisdə ölkənin iki aparıcı şəxsi bankının birləşəcəyi barədə elan edilmişdir. Bunlar ölkənin iri bankı «Sosyete jeneral» və ölçüsünə görə beşinci olan «Pariba» idi. Bu addımın nəticəsi olaraq, Fransada iri, Avropada üçüncü və dünyada dördüncü olan «SJ Pariba» (Societe General (SG) Paribas) bank qrupu yarandı. Bank qrupunun bazar dəyəri 30 milyard avronu aşır, aktivlərinin ölçüsünə görə Avropa banklarından yalnız Alman federal bankına və Isveçrənin «Yu Bi Es» (UBS) bankına güzəştə gedir. Yeni banka «Pariba»nın keçmitş prezidenti A. Levi-Lanq başçılıq edir. Onun müavini isə «Sosyete jeneral»ın rəhbəri D.Butondur.
Bankların birləşməsi «Sosyete jeneral»ın beş səhminin «Pariba»nın səkkiz səhminə mübadiləsi yolu ilə həyata keçirilirdi. Birləşmə nəticəsində bankların Fransadakı işçi heyətləri işdən çıxarılmamış, xarici filiallarda isə «uyğun yenidən strukturlaşma» aparılmışdır. Hər iki bankın ölkə daxilində və ölkə xaricində olan qulluqçularının sayı 70 min nəfərdir. Bankların birləşməsi ölkədə sosial gərginliyə gətirib çıxarmadı. Hərçənd «Sosyete jeneral» və «Bank nasyonal de Pari» banklarının planlaşdırılan yaxınlaşması bank qulluqçularının böyük ixtisarı ilə müşayiət olunmalı idi.
A.Levi-Lanqın məlumatına görə, yeni «SJ Pariba» bankı «Kredit Lionne» səhmlərini əldə etməkdə maraqlıdır və onun özəlləşdirilməsi yaxın zamanlarda başa çatmalıdır.
Fransız bankları dünya arenasında nəzərəçarpacaq rol oynayırlar. Dörd aparıcı bank dünyanın 25 iri bankı sırasındadır. Bunlar «Bank nasyonal de Pari», «Kredi aqrikol» (Gredit Agricole), «Kredi Lionne», «Sosyete jeneral» banklarıdır. Iri fransız banklarının əsas göstəriciləri cədvəl 4.4-də göstərilmişdir.
Cədvəl 4.4.
Iri fransız banklarının maliyyə-iqtisadi göstəriciləri,
1999-cu il, milyon franklarla
«Kredi Lionne»
«Kredi aqrikol»
«Sosyete jeneral»
«Pariba»
«Syuez»
«Kredi endyustriel e kommermyal»
«Bank popyuler»
«Kredit Myutyuel»
Fransız xarici ticarət bankı
(Francaise du commerce Eterieur)
1083,8
1021,4
942,1
736,9
408,3
338,9
281,1
34,6
26,9
30,5
36,7
40,3
14,4
16,9
2,1
1,4
3,0
2,7
2,7
13,7
1,4
1983-cü ildə qəbul edilmiş qanun əmanət kassalarını «gəlir əldə etmək məqsədləri olmayan kredit müəssisələri» kimi müəyyənləşdirir. Əmanət kassaları 1971-ci ildən başlayaraq şəxsi adamlara borc vermək, 1978-ci ildən isə çek kitabçaları vermək səlahiyyətinə malikdirlər. Əməliyyatları öz coğrafi sektorlarında həyata keçirən 440 adi əmanət kassası mövcuddur. Fransada milli əmanət kassaları şəbəkəsi dövlət poçt təşkilatının himayəsi altında fəaliyyət göstərir. Dövlət əmanət kassaları üç növdə xidmət göstərir: əmanət kitabçaları üzrə hesablar, təcili bonlar və poçt çekləri.
Fransada əmanət işinin təşkilinin özünəməxsus xüsusiyyəti, birincisi, şəxsi əmanət kassaları ilə Dövlət milli əmanət kassalarının uyğunlaşmasıdır. Onlar həm öz aralarında, həm də banklarla, Poçt çeklər idarəsi ilə, digər kredit müəssisələri ilə rəqabət aparırlar. Ikincisi, əmanət kassaları cəlb edilmiş vəsaitləri dövlət büdcəsinin ödənilməsi üçün mərkəzi bank yox, Depozit –saxlama kassasına – öz nizamnaməsi olan yarı dövlət kredit müəssisəsinə ötürməlidirlər. Depozit –saxlama kassasının kapitalının 80%-i əmanət kassalarının vəsaitləri hesabına formalaşır və iqtisadiyyatın inkişafı, sosial proqramların, xüsusi halda mənzil tikintisi üzrə proqramların reallaşdırılmasına istifadə olunur.
Qarşılıqlı kredit kassaları Fransanın kredit sisteminin ayrıca elementi kimi çıxış edirlər. Onlar öz üzvlərinin əmanətlərini cəlb etmək hesabına onları kreditləşdirirlər (mənzilin alınması və təmiri, avadanlığın alınması). Kassa üzvləri kassanın fəaliyyətinə görə birgə məsuliyyət daşıyırlar. Yerli kassalar məcburi qaydada rayon federasiyalarında birləşmişlər. Rayon federasiyaları Qarşılıqlı kredit üzrə milli konfederasiyaya (Confederation national du credit mutuel) daxildirlər. Konfederasiya kassalarla dövlət arasında nəzarət funksiyalarını, həmçinin vasitəçilik funksiyalarını yerinə yetirir.
Fransada 28 ixtisaslaşmış kredit institutu mövcuddur və onlar 1984-cü ildə Ixtisaslaşmış maliyyə müəssisələri Birliyində qruplaşmışlar. Onlara aşağıdakı təşkilatlar aiddir:
Iqtisadiyyat və maliyyə nazirliyi və Fransa bankı Fransanın kredit idarələrinin fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayırlar. Nazirlik daha çox siyasi rəhbərliyi, Mərkəzi bank isə kredit müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir. Bu strukturlardan başqa, banklara nəzarət üzrə dörd orqan da yaradılmışdır.
Milli kredit şurası (1945) monetar hakimiyyətin sərəncamlarını qeydiyyata salır, məsləhətçi funksiyaları yerinə yetirir, böyük tədqiqat işi aparır, monetar siyasət üzrə tövsiyələr hazırlayır.
Bank reqlament komitəsi (1984) kredit müəssisələrinin fəaliyyət qaydalarını müəyyənləşdirir, onların fəaliyyətlərinin maliyyə şəraitini göstərir, şöbələrin açılış qaydasını və digər müəssisələrin kapitallarında iştirak şərtlərini təyin edir.
Kredit müəssisələr komitəsi kredit müəssisələrinə aid olan qərarları qəbul edir, kredit müəssisəsinin fəaliyyətinin hüquqi status, texnki və maliyyə vəsaitləri, səhmdarların nüfuzu nöqteyi - nəzərindən nizamnamə tələblərinə uyğun olub olmamasını yoxlayır.
Bank komissiyası qanunvericiliyin riayət olunmasına nəzarət edir, mühasibat hesabları və hesabatlar əsasında ölkənin bütün kredit müəssisələrinin, o cümlədən xarici filiallarının əməliyyatlarının qanuniliyini yoxlayır. Bank komissiyası mərkəzi bankın sərəncamı ilə yerlərdə təftişlər aparır. Bank komissiyası istənilən bank sənədləşməsinin yoxlanması üzrə geniş səlahiyyətlərə malikdir və müştəri reytinqlərinin müəyyənləşdirilməsi məqsədilə Fransa Bankı nəzdində risklər üzrə mərkəzi büronun məlumatlarından istifadə edir. Hüquqi nəzarətin nəticələri üzrə sanksiyalar tətbiq oluna bilir. Bunlar cərimələrdən və töhmətlərdən başlayaraq rəhbərliyin dəyişilməsi və bank lisenziyasının ləğv edilməsinə qədər olan sanksiyalardır.
Əsas nəzarətedici orqanlardan başqa əlavə nəzarət orqanları da mövcuddur:
Fransanın kredit sisteminin strukturu şəkil 4.1-də göstərilmişdir.
ABŞ və Almaniyadan fərqli olaraq, Fransa unitar dövlətdir və onun büdcə sistemi yalnız iki hissədən ibarətdir: dövlət büdcəsi və yerli büdcələr. Ölkədə büdcə sisteminin vahidliyi yoxdur. Bütün büdcələr formal şəkildə ayrılmışlar. Hər bir inzibati vahidin büdcəsi onun icraiyyə hakimiyyət orqanı tərəfindən təsdiq olunur. Fransanın maliyyə sisteminə dövlət (mərkəzi) və yerli büdcələrdən başqa, həmçinin büdcədənkənar fondlar və dövlət müəssisələrinin maliyyələri daxildir.