Avropa birliyində büdcə prosesi və ya büdcə proseduru bir neçə mərhələdən ibarətdir.
Büdcə layihəsi Avropa parlamentində müzakirələrin iki mərhələsindən keçir (iki oxunuş). Birinci mərhələdə hər bir deputat büdcə layihəsinə dəyişikliklərin və əlavələrin daxil edilməsi təklifi ilə çıxış edə bilər. Layihə təkcə büdcə üzrə ixtisaslaşdırılmış komitədə deyil, həm də digər komitələrdə müzakirə olunur. Büdcə lahiyəsində dəyişikliklər barədə düzəlişlərin qəbul edilməsi üçün Avropa parlamentində səs çoxluğunu almaq zəruridir. Planlaşdırılmış xərclərin artırılması ilə bağlı dəyişikliklər barədə düzəlişləri Avropa parlamenti peşəkar əksəriyyətlə həll edir (səslərin beşdə üç hissəsi). Maastrixt müqaviləsi Auditorlar palatasının əhəmiyyətini gücləndirərək, ona AB-nin orqanı statusunu verdi və funksiyalarını genişləndirdi. Auditorlar palatası AB-üzv dövlətlərin, həmçinin AB-dən maliyyə yardımı alan üçüncü ölkələrin öz ərazilərində yerinə yetirdikləri əməliyyatların yoxlanmasını (məsələn, kənd təsərrüfatı ilə bağlı xərclər, gömrük rüsumlarından gələn daxilolmalar) AB adından həyata keçirə bilərlər.
Maastrixt müqaviləsinə uyğun olaraq (maddə 203), AB büdcə layihəsinin hazırlanma işi bilavasitə üç institutun vəzifəsidir. Bunlar Avropa komissiyası, AB Nazirlər Şurası və Avropa parlamentidir. AB institutlarının rolları aşağıdakı kimi bölüşdürülmüşdür.
Daha sonra AB büdcə layihəsi müzakirə və təsdiq edilmək üçün AB nazirlər Şurasına təqdim edilir. AB Şurası, bir qayda olaraq, ildə iki dəfə yığışır. Onun tərkibinə AB-ə üzv dövlətin hökumətindən olan iqtisadiyyat naziri və ya maliyyə naziri, Avropa komissiyasının uyğun üzvü daxildir. AB Şurası Avropa komissiyasının təqdim etdiyi büdcə layihəsini nəzərdən keçirir (məcburi xərclər hissəsində) və təsdiq ediləndən sonra onu Avropa parlamentinə göndərir. Avropa parlamenti layihəni 45 gün ərzində nəzərdən keçirir. Qərarların qəbul edilməsi üzrə səlahiyyətlər Avropa Şurası ilə Avropa parlamenti arasında bölüşdürülür, çünki bütün xərclər AB büdcəsinin məcburi və qeyri-məcburi xərclərinə ayrılır. Əgər bu dövr ərzində Avropa parlamenti büdcə layihəsinə «hə» deyirsə və ya düzəlişlər daxil etmirsə, yaxud heç bir modifikasiya təklif etmirsə, büdcə qəti şəkildə qəbul edilmiş hesab olunur. Əgər bu müddət ərzində Avropa parlamenti düzəlişlər daxil etsə və yaxud modifikasiyalar təklif etsə, dəyişdirilmiş büdcə layihəsi AB Şurasına göndərilir və bununla da razılaşdırmaların növbəti, daha mürəkkəb mərhələsi başlayır.
AB qanunvericiliyi ilə birbaşa qeyd edilməmiş qeyri-məcburi xərclərin nəzərdən keçirilməsi zamanı son söz Avropa parlamentinə məxsusdur. Avropa parlamenti maliyyə resurslarını yenidən bölüşdürməklə yanaşı, onların həcmini də müəyyən hüdudda artıra bilir. Artımın maksimal norması Avropa komissiyası tərəfindən müxtəlif makroiqtisadi göstəricilər əsasında hesablanır və yalnız AB Nazirlər Şurası bu təkliflə razılaşdığı halda yüksəldilə bilir.
Məcburi xərclər büdcənin əsas hissəsini təşkil edir. Bunlar əsas etibarilə ümumi aqrar siyasətin maliyyələşdirilməsi ilə bağlı xərclərdir və onların böyük hissəsi qiymətlərin saxlanmasına yönəldilir. Avropa parlamenti xərclərin ümumi məbləği artırılmadan, xərclərin bu kateqoriyasının dəyişməsini təklif edə bilər. Əgər təkliflər AB Şurası tərəfindən peşəkar əksəriyyətlə rədd edilmirsə, onlar qəbul olunur.
Büdcənin müzakirəsinin ikinci mərhələsində Avropa parlamentində aşağıdakılar baş verir. Əgər AB Şurası 15 gün ərzində hər hansı bir təklifi dəyişdirirsə, bu halda büdcə layihəsi yenidən uyğun ixtisaslaşdırılmış komitəyə göndərilir. Eyni zamanda hər bir deputat və hər bir komitə AB Şurasının təqdim etdiyi büdcə layihəsinə düzəlişlər təklif edə bilər. Birinci mərhələdə olduğu kimi, ümumi məruzə uyğun ixtisaslaşdırılmış komitə tərəfindən hazırlanır, Avropa parlamenti isə peşəkar əksəriyyətlə qərar qəbul edir. Əgər AB Şurasının düzəlişləri qəbul olunursa, büdcənin uyğun hissəsi AB Şurasının redaksiyasında qəbul edilmiş hesab olunur, əks halda rədd edilmiş hesab olunur. Avropa parlamenti büdcə layihəsini peşəkar əksəriyyətlə bütövlükdə rədd edə də bilər. O, bu hüququndan bir neçə dəfə istifadə etmişdir. Lakin Avropa parlamentinin təklif edilmiş büdcə ilə razılaşmaması ciddi hüquqi nəticələrə gətirib çıxarmır. Avropa parlamenti yeni büdcə layihəsinin təqdim edilməsini yalnız tələb edə bilər (Avropa parlamentinin özü büdcəni hazırlamaq hüququna malik deyil).
Büdcənin təsdiqindən sonra büdcə prosesinin növbəti mərhələsi – büdcənin icrası gəlir. Avropa Birliyində büdcə ili təqvim ili ilə üst - üstə düşür və yanvarın 1-də başlayıb, dekabrın 31-də başa çatır. Büdcənin icrası ilə Avropa komissiyası məşğul olur. Avropa komissiyası AB-nin maliyyəsini idarə edir (AB-nin büdcəsi, fondları və proqramları, AB-yə üzv olmayan dövlətlərə yardım göstərilməsinə yönəlmiş proqramlar da daxil olmaqla). Avropa komissiyasının nəzarət funksiyası onunla təzahür olunur ki, Avropa komissiyası AB-də işlərin vəziyyətini analiz edir, bu məqsədlə məlumatları toplayır, yoxlamalar keçirir, analizlər aparır (o cümlədən büdcənin icrasının yoxlanması). Avropa komissiyasının icmalları və məruzələri büdcənin icrası barədə hesabatda sistemləşdirilərək, Avropa parlamentinə, AB nazirlər Şurasına, AB-nin digər institutlarına və AB-yə üzv dövlətlərin hökumətlərinə göndərilir.
AB nazirlər Şurası, həmçinin mühüm nəzarət funksiyalarına malikdir və bu funksiyaları həm müstəqil şəkildə, həm də digər institutlarla əməkdaşlıq şəraitində yerinə yetirir. AB nazirlər Şurası büdcənin icrası ilə bağlı öz tövsiyələrini Avropa parlamentinə göndərir və onunla birgə hesabları və maliyyə deklorasiyalarını, illik hesabatı və Auditorlar palatasının istənilən digər xüsusi məruzələrini yoxlayır. Avropa komissiyasının təklifi ilə və Avropa parlamenti ilə məsləhətləşmədən sonra, həmçinin Auditorlar palatasının rəyinin alınması üçün AB nazirlər Şurası aşağıdakı fəaliyyəti həyata keçirir:
Avropa parlamenti büdcənin icrası prosesində yaranan problemlərə nəzarət edir və nəzərdən keçirir. Onun tapşırığı əsasında bu məsələ ilə Büdcəyə nəzarət üzrə komitə, zəruri hallarda isə digər komitələr məşğul olur. Büdcənin istifadəsi üzrə xarici təftişlər Auditorlar palatası və Avropa parlamenti tərəfindən həyata keçirilir. Auditorlar palatası büdcə vəsaitlərinin alınma və istifadə qaydalarına riayət olunmasını yoxlayır, maliyyə vəsaitlərinin idarəetmə vəziyyəti barədə rəy verir. Avropa parlamenti büdcənin icrası məsələlərində Auditorlar palatasının hazırladığı məruzərələ əsaslanaraq, AB siyasətinin Avropa komissiyası tərəfindən reallaşdırılmasına nəzarət edir. Avropa palatası Auditorlar palatasının məruzərələrini öyrənəndən sonra AB Şurasının tövsiyələrini rəhbər tutaraq, büdcənin reallaşdırılması üzrə Avropa komissiyasının işi barədə nəticə çıxarır.
Avropa parlamenti AB xərcləri üzərində parlament nəzarətinin gücləndirilməsi üçün və büdcənin icrası barədə hər il qəbul edilən qərarlara maksimal çəki vermək üçün tədqiqatlar aparmaq, rəy vermək, illik hesabatlar tərtib etmək üzrə Auditorlar palatasının imkanlarından istifadə edir.
Ətraflı məlumat üçün Budget of the European Union