5.3.Böyük Britaniyanın büdcə və maliyyə sistemləri

5.3.Böyük Britaniyanın büdcə və maliyyə sistemləri

Böyük Britaniyanın maliyyə sistemi dörd ənənəvi hissədən ibarətdir: dövlət büdcəsi, yerli büdcələr, xüsusi büdcədənkənar fondlar, dövlət müəssisələrinin ma­liyyələri. Böyük Britaniya unitar dövlətdir və onun büdcə sistemi iki hissədən ibarətdir. Bu iki səviyyə arasındakı münasibətlər viktorian dövründən 1980-ci illərin axırlarına kimi dəyişməz qalmışdır. Son onilliklərdə aparılmış isla­hatlar yerli büdcə­lərin iqtisadiyyatdakı rolunu əhəmiyyətli şəkildə azaltmışdır.
Ölkənin dövlət büdcəsi iki hissədən ibarətdir:

  • vəsaitlərin cari daxilolmalarından və onların xərc­lənməsindən ibarət olan birləşmiş fond;
  • kapitalın hərəkəti ilə bağlı olan dövlət gəlirlərinin və xərclərinin daxil olduğu milli borclar fondu.

Xərclərin əsas hissəsi birləşmiş fondlardan (98%) maliy­yə­ləşir. Bu fond əsasən vergi daxilolmaları ilə (95%) forma­la­şır. Dövlət mülkiyyətinin satılmasından gələn gəlirlər, inzibati cərimələr və başqaları qeyri- vergi da­xilolmalarına aid edilir.
Birləşmiş fondun xərclərini funksional  təyinata görə bölmək olar (cədvəl 5.3).
Cədvəl 5.3
Böyük Britaniyanın dövlət büdcəsinin birləşmiş
fondunun xərcləri, milyard funt sterlinq ilə

Xərclər

1990

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

            Cəmi

 

208

 

234

 

261

 

272

 

284

 

295

 

307

 

306

 

313

 

324

Sosial müdafiə

66

80

92

99

102

107

110

112

113

118

Səhiyyə

27

31

35

37

39

41

43

44

47

50

Müdafiə

22

24

23

23

22

21

21

21

23

23

Iqtisadi xidmətlər

18

14

14

15

17

17

16

13

13

14

Ümum. dövlət
xidmətləri

6

7

8

9

10

11

11

11

12

13

Hüquqi asayışın qorunması.

6

7

8

8

9

9

9

10

10

11

Kommunal xidmətlər

5

7

7

7

5

5

6

7

6

7

Təhsil

5

5

6

9

11

11

11

13

12

12

Başqa

53

59

68

65

69

73

80

75

87

76

XX əsrin son onilliyində Böyük Britaniyanın dövlət büd­cəsinin xərclərinin üstün sferası əhalinin sosial müdafiəsi idi. Bu maddə 1999-cu ildə büdcənin bütün xərclərinin 36%-ni tuturdu. Britaniyanın özünəməxsus xü­su­siyyəti həm də onilliyin axırında təhsillə bağlı xərc­lərin xüsusi çəkisinin art­ma­sıdır (1990-cı ildə 2%-dən 1999-cu ildə təqribən 4%-ə qədər).
Milli borc fondunun gəlir hissəsi korpo­rasi­ya­lardan və yerli hakimiyyət orqanlarından kredit haqqı kimi daxil olan faizlərin hesabına, Ingiltərə Bankının mən­fəə­tinin müəyyən hissəsinin hesabına, bəzi xüsusi fondların vəsaitləri hesabına formalaşır. Məxaric hissəyə dövlət borcunun xidməti ilə bağlı xərclər və bəzi başqa xərclər daxildir.
Iki fondun gəliri 1999-cu ildə  328278 milyon funt ster­­linq təşkil etmiş və onların xərclərinin cəmini 295 milyon funt sterlinq üstələmişdir. Bu da dövlət büdcəsinin profisitini təşkil etmişdir. 2000-ci ilin büdcəsi ölkə tarixində ən böyük profisitlə yerinə yetirilmişdir - ÜDM-in 2,7%-i. Profisitin səbə­bi işsiz­lərin sayının azalması sayəsində işsizlik üzrə yardım­larla bağlı xərclərin azaldılması olmuşdur (1999-cu ildə 4,3%-dən 2000-ci ildə 3,7%-ə qədər). Bundan başqa, 2000-ci ilin aprelində hökumət üçün­cü nəsil rabitə xidmət­lə­ri­nin göstərilməsi üzrə tele­kommunikasiya şirkətləri arasında hər­rac keçirmişdir. Bu xidmətlər mobil telefon sahiblərinə video və internet xidmətlərdən istifadə etmək imkanı verirdi. Lisen­­ziyaların satı­şından əldə edilmiş vəsaitlər büdcəyə plan­laş­dırılan daxi­l­olmaları 7 dəfə üstələdi və 22,5 milyard funt ster­linqə çatdı. Bu isə ölkə ÜDM-nin 2%-indən çoxdur. Büd­cə­nin profisiti 2001-ci ilin dövlət proqramlarına yenidən bax­maq imkanı verdi. Dəyi­şikliklər əsasən vegi sisteminə, o cüm­lə­dən təhsil və səhiyyə ilə bağlı xərclərin artırılmasına toxun­du.
Böyük Britaniyada büdcə prosesi büdcə layi­hə­sinin tərtib edilməsindən başlayır. Bu işdə xəzinəyə sifarişlər verən idarələr və nazirliklər iştirak edir. Təqdim edil­miş sifarişlər əsasında büdcənin layihəsi tərtib olunur və nəzərdən keçirilməsi, bəyənilməsi üçün Nazirlər Ka­binetinə göndərilir. Büdcə layihəsi sonrakı müzakirələr üçün parlamentin aşağı palatasına daxil olur (icma palatası). Büdcə layihəsi icma palatasında müzakirə edi­ləndən sonra yuxarı palataya (lordlar palatasına) daxil olur və təsdiq edilir. Ingiltərə krali­çası tərəfindən imza­la­nan büdcə qanuni qüvvəyə minir.
Büdcənin icra mərhələsi, yəni büdcə ili Böyük Bri­taniyada aprelin 1-dən başlayıb, martın 31-də qurtarır. Öl­kə­də büdcənin kassa icrasını Ingiltərə Bankı həyata ke­çirir. Büdcənin icrasına nəzarət üzrə məsuliyyəti xəzinə və onun struktur şöbələri daşıyır.
Böyük Britaniyanın üç hissəsində – Ingiltərədə, Uels­də və Şotlandiyada olan yeri hakimiyyət orqanları müxtəlif strukturlara malikdirlər. Ingiltərədə yerli haki­miy­yət orqan­ları­nın ikipilləli sistemi mövcuddur. Bu sistemə urbanizasiya­laş­dırılmış rayonlardakı şəhərlərin və kənd yerlərinin qraflıq və dairələri daxildir. 1992-ci ildə Uelsdə və Şotlandiyada yerli idarəetmə orqanlarının birpilləli sistemi tətbiq edilmişdir.
Ikinci Dünya müharibəsindən sonra yerli özü­nüi­darə orqanlarının səlahyyətinə sosial xidmətlərin, nəq­liy­yatın, təh­si­lin, mənzil -kommunal təsərrüfatın maliy­yələşdirilməsi daxil idi. Sonralar onların səlahiyyətləri əhəmiyyətli şəkildə məh­dudlaşdırılmışdır. Yerli hakimiyyət orqan­ları mənzilin tikin­ti və alınma hüququnu, yerli nəq­liyyat və kommunika­siya şəbəkələrinin özəlləşdirmə hü­ququnu itirmişlər. Maarif­lən­dirici müəssisələrin bəzi növ­ləri nəzarətdən çıxarılmış, bələ­­diy­yələrin məxaric öh­dəlikləri əhəmiyyətli şəkildə azal­mışdır. Indiki zamanda bütün dövlət xərclərinin 36%-i yerli büdcə­lərdən ma­liyyələşir.
Yerli hakimiyyət orqanlarının xərclər strukturu aşağıdakı kimidir, %-lə :

  • sosial müdafiə – 32;
  • təhsil – 28;
  • hüquq qaydasının əyrisinin qorunması – 12;
  • kommunal xidmətlər – 5;
  • nəqliyyat və kommunikasiyalar – 4;
  • digərləri -19.

Böyük Britaniyanın büdcələrarası tarazlaşdırma sis­te­mi çox mürəkkəb olmaqla yanaşı, ölkənin bütün tərkib hissə­lərində müxtəlifdir. Eyni zamanda, maliyyə köməyi bütün dövlət üçün vahid prinsiplərə əsaslanır. Ma­liyyə köməyinin iki əsas növü – blok qrantlar (Ingiltərədə və Uelsdə onları gəlirlərin artırılması üçün qrantlar adlandırırlar) və xüsusi məqsədlər üçün qrantlar mövcuddur. Büdcə gəlirlərinin artırılması üçün istifadə olunan qrantlar hər il ayrılır. Mərkəzi hökumət maliyyə köməyinin məbləğini müəyyənləşdirməz­dən əvvəl mər­kəzi büdcənin layihəsindən və makroiqtisadi vəziyyətin proqnozundan çıxış edərək, planlaşdırılan il üçün yerli ha­kimiyyət orqanlarının məxaric normativlərini müəy­yən­ləşdirir. Daha sonra maliyyə köməyinin həcmini müəy­yən­­ləşdirmək üçün məxaric normativləri əsasında hesab­lanmış, bələdiyyənin iştirakı ilə bağlı büdcə xərclərinin cəmin­­dən yerli büdcələrə bərkidilmiş gəlir mənbələrindən gələn gəlirlərin cəmini çıxmaq lazımdır. Əgər mərkəzi höku­mət yerli büdcənin hər hansı konkret bir maddəsinin maliy­yə­ləş­­dirilməsini daha üstün hesab edirsə, vəsaitlər qrant çərçivəsində ayrılır, yəni onlar yalnız şərtləşdirilmiş məqsəd­lər üçün sərf oluna bilir.
Böyük Britaniya hökuməti yerli büdcələrin xərc­lərinə nəzarət edir. Əvvəllər bu məqsədlər üçün müxtəlif mexaniz­m­lər­dən istifadə olunurdu. Bunlar müəyyən səviyyəni aşan xərc­lərin maliyyələşdirilməsi üçün mərkəzi büdcədən ayrılan maliyyə köməyinin məbləğinin azal­dılması, əlavə xərclərin maliyyələşdirilməsi üçün mərkəzi qran­tın verilməsindən imtina edilməsi idi. Lakin bu mexa­nizmlər effektiv deyildi. Buna görə də, 1986-cı ildə təcili tədbir kimi yerli büdcələrin xərclərinə nəzarət me­xanizmi tətbiq olunmuşdur. Bu mexanizm xərcləri mərkəzi hö­ku­mətin sənədlərində qeyd olunmuş səviyyəni aşan yerli büdcələrin vergi bazasının azal­dılması ilə ifadə olunurdu. Nəzarət mexanizmi 4 il ərzində istifadə olunmuş və bu müddət ərzində vergi bazasının azaldılma pro­seduru 200 yerli büdcədən yalnız 10-12-nə tət­biq olunmuşdur. Lakin adambaşı verginin tətbiqindən sonra mərkəzi hökumət yerli büdcə xərclərinin məh­dud­laşdırılma qaydalarına yenidən baxdı. Hökumətin normativ aktları vasitəsilə əlavə xərclərin və adambaşı vergi daxilolmalarının 1:4 nis­bəti müəyyənləş­dirilmişdir. Bu isə o deməkdir ki, xərclərin müəyənləşdirilmiş səviyyədən 1% artması, adambaşı vergi daxilolmalarının 4%-lik artımı ilə müşayiət olun­malıdır.
Qanuna görə, yerli orqanlar cari xarakterli xərclərin maliy­yələşdirilməsi üçün borc vəsaitlərini cəlb etmək hüqu­quna malik deyillər. Əsaslı ehtiyaclar üçün isə onlar yalnız bir­başa kommersiya banklarından, ya da xüsusi orqan – Borc götürmə üzrə dövlət komitəsi vasitəsilə kre­dit götürə bilərlər.
Maliyyə sisteminin üçüncü hissəsi xüsusi fond­lardır. Onların sayı 80-dir. Aparıcı yer Milli sığorta fonduna məx­susdur. Milli sığorta fondu əhalinin, dövlət müəs­sisələrinin ödəmələri, hökumətin dotasiyaları hesa­bına yaranır. Birləş­miş vəsaitlər təqaüdlərin, işsizliyə və xəstəliyə görə yar­dım­ların ödənilməsinə gedir.
Böyük Britaniyanın maliyyə sisteminə Milli sığorta fon­dundan başqa, dövlət müəssisələrinin pensiya fondları, bəra­bər­ləşdirici valyuta fondu, ixrac kre­dit­lərinin zəmanət fondları daxildir. Bu fondlar müəs­sisələrin vəsaitləri və dotasiyaları hesabına yaradılır və xərcləri özlərinin funksio­nal təyinatları­na müvafiq şəkildə həyata keçirirlər.
Böyük Britaniyanın dövlət müəssisələri üç növdə olur: dövlət korporasiyaları (daha çox inkişaf etmişlər), qarışıq müəs­sisələr və idarə müəssisələri. Dövlət korpo­rasiyaları əsa­sən sənayenin milliləşdirilmiş sahələrində fəaliyyət göstərirlər. Böyük Britaniyanın dövlət müəs­sisələrinin fəaliyyəti dövlətin strateji maraqlarına cavab verir və həmişə bazar mexanizm­lərinə əsaslanır. Buna görə də onlar, bir qayda olaraq, ziyanla işləyirlər.
Dövlət müəssisələrinin və onların maliyyələrinin idarə­edilməsinin mərkəzləşmə səviyyəsi çox müxtəlifdir. Belə ki, kömür sənayesinin maliyyəsinin idarəedilməsi, onun inki­şa­fının əsas məsələlərinin həlli, xəzinə ilə əla­qələri Kömür sənayesi üzrə Milli idarədə (National Coal Board) mərkəzləş­mişdir. Qaz və poladtökmə sənayesində idarəetmənin və maliy­yənin mərkəz­ləşdirilməsi həyata ke­çirilmişdir. Bütün dövlət müəssisələrinin işinə nəzarəti parlament həyata keçirir. Parlament hər il dövlət təş­kilatlarının hesabatlarını müzakirə edir. Idarəetmə sistemi və maliyyəsi mərkəzdənqaçma qüvvə­sinə tabe olan sahəyə misal kimi, elektroenergetika sahəsini gös­tərmək olar.
Dövlət müəssisələrinin maliyyə vəziyyəti əsasən isteh­sal olunan məhsulların qiymətqoyma sahəsində hökumətin yerit­diyi siyasətdən, kapital qoyuluşlarının maliyyələşmə mənbə­lərindən, dövlət müəssisələrinin büdcə ilə və kredit sistemi ilə qarşılıqlı münasibətlərindən asılıdır.
Böyük Britaniyanın maliyyə sisteminin sxemi şəkil 5.2-də göstərilmişdir.

Top