1990-cı illərə qədər Yaponiyanın iqtisadi sistemi üçün üfürülən sabun köpüyünün vəziyyəti xarakterikdir. XX əsrin son onilliyinin əvvəlində partlamış bu sabun köpüyü hakimiyyəti məcbur etdi ki, öz siyasətlərini artım tendensiyasından döndərib enişin qarşısını almağa tərəf yenidən istiqamətləndirsinlər. Yaponiya 1970-1980-ci illərdə dünya birliyində sənaye mallarının ticarəti və istehsalı üzrə ABŞ -dan sonra ikinci yeri inamla tuturdu. Ölkə bəzi sahələrdə dünya iqtisadiyyatının qloballaşma prosesləri ilə və təsərrüfat əlaqələrinin beynəlmiləlləşdirilməsi ilə əlaqədar olan tələblərə cavab verərək dünya liderliyini qazanmağa və saxlamağa nail oldu. Lakin mərkəzləşmiş dövlət hakimiyyətinin sintezinə və digər ölkələrin təcrübəsini məhsuldar şəkildə mənimsəmək qabiliyyətinə əsaslanan iqtisadiyyat modeli 1990-cı illərdə ölkənin gələcək inkişafını ləngitməyə başladı. Yaponiya öz iqtisadi inkişafına görə rəqiblərindən, ilk növbədə ABŞ -dan geri qalmağa başladı. Əgər 1990-cı ildə Yaponiyada ÜDM ABŞ-dakı ÜDM-un 38%-nə bərabər idisə, 1999-cu ildə bu göstərici 32,5%-ə qədər düşdü. Yaponiyada adambaşına düşən ÜDM 1999-cu ildə ABŞ-ın analoji göstəricisinin 70%-nə bərabər idi. 1990-cı ildə isə bu göstərici 77% idi.
Depressiya ölkənin, demək olar ki, bütün makroiqtisadi göstəricilərini əhatə etdi. Xüsusi halda, iqtisadi artım sürətinin nəzərəçarpacaq dərəcədə azalması qeyd olunurdu. 1980-1999-cu illərdə bu göstərici orta hesabla 4,1% idisə, 1990-1999-cu illərdə 1,4% olmuşdur. Lakin 1998-ci ildə bütün müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, ÜDM-in ən böyük azalması – 2,5% baş verdi. Bu azalma 2002-ci ildə də artıq 0,6% qiyməti ilə təkrar olundu (cədvəl 7.1).
Cədvəl 7.1
ÜDM-un artım sürəti, %
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
2000
|
2001
|
2002
|
2003
|
0,6
|
1,5
|
5,1
|
1,6
|
-2,5
|
0,2
|
1,7
|
0,3
|
-0,6
|
1,2
|
1998-ci ilin vəziyyəti əsasən Asiyanın maliyyə böhranının təsiri ilə izah olunurdu. Bundan başqa, həmin ildə şəxsi istehsala kapital yatırımları 11,7%-ə qədər azaldı. Investisiya aktivliyinin cari göstəriciləri aşağı olaraq qalırdı. Maşınqayırmada sifarişlərin portfeli əvvəlki illə müqayisədə il ərzində orta hesabla 19% az olmuşdur. Artıq 1999-cu ildə böhranı aradan qaldırmaq mümkün oldu. Sənaye istehsalı 0,4% artdı, hazır məhsulların ehtiyatı 6,7%, müəssisələrin müflisləşmələrinin sayı 19% azaldı. ÜDM-un artımı 1996-cı ildən sonra ilk dəfə olaraq daxili bazarın şərtləri ilə təmin olunmuşdur. Istehlak tələbatı 1,2%, şəxsi mənzil tikintisi 1,4% artmışdır. 2000-ci il həyata keçə bilməyən yüksəliş ili oldu. Birinci rübdə bütün əsas iqtisadi göstəricilər çox yüksək oldu. ÜDM artımı əvvəlki rübdə 2,4%, sənaye istehsalında 4,5% təşkil etdi. Konyunkturanı saxlayan amil ixracat artımının yüksək sürəti idi (illik səviyyədə 12,8%). Zəiflik əlamətləri 2000-ci ilin son rübündə üzə çıxdı. Bu dövrdə əhalinin istehlak xərclərinin həcmi (ümumi tələbatın ən böyük komponenti – ÜDM-un 55%-i) dörd rübdə ilk dəfə olaraq 0,6% azaldı. Tendensiya qırıldı. Istehlak tələbinin artımı ləngidi (il ərzində cəmi 0,5% təşkil etdi), mənzil tikintisi tamamilə azaldı (illik artım yalnız 1,2%). Iqtisadiyyatın infrastrukturuna dövlət investisiyaları 5,3% azaldı.
ÜDM-un mənfi dinamikası qismən ümumi tələbatın mənfi tendensiyası ilə izah olunur. Bu isə əsasən istehlak xərclərindən ibarətdir. Istehlak xərcləri çox ləng şəkildə bərpa olunur, çünki gəlirlər, demək olar ki, artmır, əmək bazarı isə balanslaşdırılmamışdır. Xarakterik haldır ki, Yaponiyada əmək haqqının artım sürəti digər ölkələrin göstəricilərindən geri qalırdı. Belə ki, 1990-1998-ci illərdə Yaponiyada real əmək haqqının indeksi 9,4% artdığı halda, ABŞ-da 24,6%, Fransada 24,4%, Kanadada 20,7% artdı. 1999-cu ildə real əmək haqqı 0,9% azaldı, işsizliyin səviyyəsi isə 4,7%-ə çatdı. Bu, 1953-cü ildən sonra ən yüksək göstərici idi. Işsizlərin sayı 1999-cu ildə 3,2 milyon nəfərə çatdı. Onların, demək olar ki, yarısı yaşı 34-dək olan cavanlar idi. 2000-ci ildə işsizliyin səviyyəsi əmək qabiliyyətli əhalinin sayının 4,8%-nə çatdı, 2001 və 2002-ci illərdə isə göstərici artaraq, uyğun olaraq 5 və 5,4% təşkil etdi (cədvəl 7.2).
Cədvəl 7.2
Işsizlərin sayı,
Əmək qabiliyyətli əhalinin sayının % hesabı ilə
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
2000
|
2001
|
2002
|
2,9
|
3,2
|
3,4
|
3,5
|
4,1
|
4,7
|
4,8
|
5
|
5,4
|
2000-ci ildə ticarətdə və xidmətlər sferasında yeni iş yerlərinin yaradılması nəticəsində sənayedə və tikintidə məşğulluğun azalması kompensasiya olundu. Əmək bazarının qeyri-tənzimlənməsi başlandı. Müvəqqəti muzdlu peşələrə qoyulan məhdudiyyətlər aradan götürüləndən sonra müvəqqəti müqavilələr üzrə işləyənlərin sayı artdı. Yapon şirkətləri son dövrlərə qədər işə qəbul üçün aşağı yaş limiti (40 yaş) müəyyənləşdirirdilər, lakin 2000-ci ilin sonunda ABŞ-ın nümunəsi üzrə yaş limiti qadağan edildi.
Yaponiyanın cari iqtisadi vəziyyətinin özünəməxsus xüsusiyyəti qiymətlərin azalan səviyyəsidir. 1990-cı illərdə ölkənin deflyasiya ilə qarşılaşması ilk dəfə 1995-ci ildə baş vermişdir. Bu dövrdə pərakəndə qiymətlərin artımı 0,1% təşkil etmişdir. Illik səviyyədə topdan qiymətlərin azalması 1984-cü ildən başlayaraq, demək olar ki, aramsız şəkildə baş verir. 1994-cü ildə deflyasiyanın səviyyəsi 1,9%, 1995-ci ildə 10% təşkil etmişdir. Daha sonra 1996-1998-ci illər ərzində Yaponiyada pərakəndə və topdan qiymətlərin (indekslərin növləri ilə fərqlənməyənlər) müsbət artımı müşahidə olunurdu. Bu artım həmin illərə uyğun olaraq 0,1; 1,8 və 0,6% idi. Lakin 1999 və 2000-ci illərdə deflyasiya spiralı yenidən işə düşdü və pərakəndə qiymətlər 1999-cu ildə 0,3%, 2000-ci ildə 0,7% aşağı düşdü. Zəifləyən istehsalın fonunda deflyasiya prosesi yapon iqtisadiyyatı üçün neqativdir. Ev təsərrüfatları və şirkətləri müəyyən məbləğli iri xərclər barədə qərarları sonraya saxlayır və qiymətlərin növbəti ucuzlaşmasını gözləyirlər. Nəticədə əmanətlər artır, istehsal xərcləri və investisiyalar azalır. Ailə büdcələrində əmanətlərin payı 1987 və 1997-ci illər arasında 23,4%-dən 28,8%-ə qədər yüksəlmişdir.
1990-cı ildən başlayaraq, malların qiymətlərin azalması korporasiya səhmlərinin kurslarının və torpaq qiymətlərinin azalması ilə müşayiət olunurdu. Yapon iqtisadiyyatının böhranı ondan başladı ki, 1989-cu ildə ticarətin son günündə 38915 maddə səviyyəsinə çatmış Nikkei indeksi 1990-cı ilin elə birinci günündə aşağı düşdü, 2001-ci ilin avqustunda ən aşağı rekord göstəriciyə (1984-ci il dekabrın 11-dən sonrakı dövr üçün) gəlib çatdı. Hərracın sonunda isə indeks 11250 maddə təşkil edirdi (cədvəl 7.3).
Cədvəl 7.3
Nikkei indeksinə daxil olan səhmlərin orta
kursunun dinamikası
Illər
|
Maddələr
|
illər
|
Maddələr
|
1985
1989 1992
|
12566 34056 18109
|
1998 17.08.2001
|
15356 11257
|
Torpaq sahələrinin qiymətləri daha ləng düşür, çünki səhmlərlə müqayisədə daşınmaz əmlak daha az likviddir. 1999-cu ilin əvvəlində şəhərlərdə torpaq sahələrinin qiymət səviyyəsi 1990-cı ilin səviyyəsindən 18,4% aşağı idi. Səhmlərlə və topaq sahələri ilə bağlı möhtəkirçi əməliyyatlarda kommersiya bankları daha aktiv idi. Bu kommersiya bankları həmin məqsədlər üçün aşağı faizli kreditlər verirdilər. Böhrandan sonra isə həmin kreditlər «pis kreditlərə» çevrilirdi. Başqa sözlə, səhmlərin kursları və torpaq qiymətləri düşdüyü zaman və onların birja dəyəri 255 trilyon ienə qədər azaldığı zaman ölkə kommersiya banklarının, trast bankların və uzunmüddətli kredit banklarının ümumi aktivlərinin təqribən 38%-dən, yaxud bütün borc kapitalının 19%-dən məhrum oldu.
Müasir mərhələdə yapon iqtisadiyyatının vəziyyətinin xüsusi göstəricisi şirkətlərin müflisləşmə sayıdır. Şirkətlərin müflisləşmə sayı (10 milyon ien və daha çox borcu olan şirkətlər nəzərdə tutulur) 1997-ci illə müqayisədə 1998-ci ildə 17,1% artdı. Bu, bütün müharibədən sonrakı dövrdə ölçü etibarilə ikinci göstəricidir. Həmin şirkətlərdən qalan borcların ümumi məbləği 1,438 trilyon iendir. Müflisləşmələrin 70%-i uzun sürən enmədə satışın aşağı səviyyəsi və ümidsiz borclar üzündən baş verirdi. Kəskinləşən iqtisadi böhran şəraitində 2001-ci ilin noyabrında müflisləşmələrin sayı 2000-ci ilin noyabr ayı ilə müqayisədə 10% çox idi. 2001-ci ilin noyabrında 1851 şirkət müflisləşdi. Bu, Ikinci dünya müharibəsinin qurtarmasından sonra ən pis aylıq göstəricidir. Məhz resessiya ilə bağlı müflisləşmələrin sayı 1419 və ya ümumi sayın 76,7%-i idi.
Yaponiyanın xarici iqtisadi əlaqələrinin coğrafi təmərküzü əsasən ABŞ, Qərbi Avropa ölkələri və ACEAN dövlətləridir. Yapon ixracının 38%-i, idxalının 25%-i Cənub –Şərqi Asiya ölkələrinin payına düşür. Yapon iqtisadiyyatının azsaylı dayaqlarından biri emaledici sənayenin ixrac yönümüdür. Son onillikdə ÜDM-in real artımının orta hesabla üçdə biri ixracatla təmin olunur. Yaponiya 1981-ci ildən başlayaraq xarici ticarət üzrə və qeyri ticarət cari ödənişlər üzrə daima aktiv saldoya malik idi. Bu aktiv saldo ÜDM-in 3-4%-nə bərabər idi. Xarici ticarətdə 1980/81 və 1998/99 maliyyə illərində Yaponiyanın ÜDM-da ixracatın xüsusi çəkisi dəyişməz qalaraq 10,2 və 10,3% təşkil etmiş, idxalın payı isə 10,8%-dən 7,6%-ə qədər azalmışdır. Ixracat payının stabilliyi xarici bazarlarda rəqabətin kəskinləşməsi və yapon hökumətinin əsasən daxili bazara istiqamətlənmiş inkişaf kursu ilə əlaqədar idi. Idxal payının azaldılması resursların qənaət proqramının və xammal, enerji daşıyıcıları qiymətlərinin düşməsinin nəticəsi idi.
1998-ci ildə ticarət balansı rekord səviyyədə – 133,3 milyard dollara yaxın idi. Ödəniş balansının cari maddələr üzrə müsbət saldosu 27,4% artmış və təqribən 132,2 milyard dollara çatmışdır. Yapon ixracatının ticarət strukturunda maşınqayırma məhsullarının payı 1998-ci ildə 74%-ə çatmış, idxalatda isə xammalın və enerji daşıyıcılarının payı 23% olmuşdur. Hərçənd, 1975-ci ildə bu göstərici 65% idi. Buna səbəb olan amillər neft və xammal qiymətlərinin düşməsi və artımda resursların qənaət modelinin reallaşdırılması, həmçinin yapon kapitalının xaricə axını və Yaponiyanın xarici müəssisələrinin məhsullarının ölkəyə gətirilməsi idi. 1999 və 2000-ci illərdə malların ixracı onların idxalını uyğun olaraq 12279,5 və 10716 milyard ien üstələdi.
Xarici ticarət ekspansiyasının əks tərəfi dollara nəzərən ien kursunun yüksəlməsi oldu (1980-ci illərdə 35%).1990-cı illərdə artım daha sürətli idi. Təkcə 1999-cu ildə ien 40%-dən çox bahalaşdı. Həm də bahalaşma öz yolunun yarısını iyulun ikinci yarısından başlayaraq iki aya keçdi. Yaponiyada valyuta vəziyyətinin möhkəmlənməsi beynəlxalq hesablaşmalarda ienin iştirakının genişlənməsi ilə müşayiət olunurdu. Ien yapon ixracatı üzrə əməliyyatların həcminin 34%-də, idxalat üzrə isə 12%-də istifadə olunurdu. Lakin yapon hakimiyyəti hələ ki, ienin beynəlxalq valyuta qismində rolunun yüksəlməsini gücləndirməyə cəhd göstərmir və ölkə iqtisadiyyatı üçün neqativ nəticələrdən ehtiyat edir. Təsadüfi deyil ki, beynəlxalq ehtiyatların tərkibində 66% ABŞ dollarına, yalnız 8% yapon ieninə düşür.
Beləliklə, 1990-cı illərdə Yaponiya iqtisadiyyatının inkişafı, demək olar ki, bütün sferalarda böhran hallarının qarşısının alınmasının xroniki zərurəti ilə xarakterizə olunur.