Avropa Birliyi ölkələrinin vahid pul sistemini tənzimləyən ilk maliyyə müəssisəsi Avropa valyuta institutu idi (AVI). AVI 1994-cü ildə yanvarın 1-də fəaliyyətə başlamışdır. Maastrixt müqaviləsinə uyğun şəkildə yaradılmış Avropa valyuta institutu Frankfurt-Mayndakı mənzil qərargahı ilə Avropa valyuta əməkdaşlıq fondunu əvəz etdi. AVI-nun əsas vəzifələri aşağıdakılar idi:
AVI-nun inzibati orqanları aşağıdakılar idi: prezident, baş direktor, AVI prezidentindən və AB-ə üzv ölkələrin mərkəzi baenk müdirlərindən ibarət olan şura. Şura AB-nin Nazirlər sovetinə və milli hökumətlərə təkliflər və tövsiyələr hazırlayırdı.
1998-ci ildə Avropa mərkəzi bankının təsisatı ilə Maastrixt müqaviləsinin maddələrinə uyğun olaraq AVI ləğv edilmiş, onun bütün aktivləri və öhdəlikləri isə Avropa mərkəzi bankına keçmişdir. Elə həmin dövrdən də başlayaraq, Avropa mərkəzi bankının rəhbərliyi ilə Avropa mərkəzi banklar sistemi (AMBS) yaradılmış və Avropa birliyinə üzv olan 15 ölkənin mərkəzi bankları bu sistemə daxil olmuşdur. Beləliklə, bu sistem qismən ABŞ-ın Federal rezerv sisteminə – Nyu-York bankının başçılığı ilə 12 bankı əhatə edən və mərkəzi bank rolunu yerinə yetirən Federal rezerv sisteminə oxşardır.
AMB və AMBS nizamnaməsində bu müəssisələrin AB-nin bütün qalan təşkilatlarından, üzv ölkələrin hökumətlərindən və istənilən başqa müəssisələrdən asılı olmaması elan olunur. Bu, istənilən ölkədə mərkəzi bankın statusuna tamamilə uyğun gəlir. Avropa mərkəzi banklar sistemi Avropa mərkəzi bankının rəhbərliyi ilə idarə olunur. Belə orqan rolunu, hər şeydən əvvəl, AMB-nın direktorlar şurası oynayır. Direktorlar şurasına AMB-nın Icraiyyə şurasının üzvləri və milli mərkəzi bankların rəhbərləri daxildir. Cari məsələlərin həlli ilə Icraiyyə şurası (Direksiya) məşğul olur. Icraiyyə şurasına prezident, vitse-prezident və uzadılma hüququ olmadan8 illik müddətə təyin edilən dörd üzv daxildir. Icraiyyə şurasının funksiyaları sırasında aşağıdakılar da var: Direktorlar şurasının təsdiq etdiyi əsas istiqamətlərə və qərarlara uyğun olaraq, monetar siyasətin ifadə edilməsi, o cümlədən «avro zonasının» üzv dövlətlərinin mərkəzi banklarına zəruri göstərişlərin hazırlanması. Öz növbəsində, Direktorlar şurasının əsas vəzifəsi cari pul göstəriciləri, əsas faiz dərəcələri və ehtiyatlar da daxil olmaqla (zəruri hallarda), monetar siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir.
Avropa mərkəzi bankı üçün xarakterik xüsusiyyət ondan ibarətdir ki, sadə və ya peşəkar (səslərin üçdə ikisi) çoxluqla qəbul edilən bütün mühüm qərarlar mərkəzi bank rəhbərlərinin «çəkiyə malik» səsverməsini nəzərdə tutur və bu halda «çəki» (yəni, hər birinin səslərinin sayı) AMB-nin ümumi kapitalında ölkənin (onun mərkəzi bankının) payı ilə müəyyənləşir. Bu, Icraiyyə şurasının üzvlərinə aid edilmir və onların hər biri yalnız bir səsə malik olur. Avropa mərkəzi bankının direktorlar şurası ildə 10 dəfədən az olmayaraq iclas keçirir.
Milli mərkəzi banklar AMBS-nin inteqral hissəsi hesab olunur və AMB-nın rəhbər göstərişlərinə və təlimatlarına uyğun şəkildə fəaliyyət göstərməlidir. Milli banklar AMBS-nin səlahiyyətləri çərçivəsindən çıxan fəaliyyətlə məşğul ola bilərlər, lakin bu fəaliyyət AMBS-nin məqsəd və vəzifələrinə zidd olmamalıdır. Əks halda Direktorlar şurası peşəkar əksəriyyətlə bu fəaliyyətə qadağa qoymaq iqtidarındadır.
AMB-nın xüsusi kapitalı onun fəaliyyətinin əvvəlində 5 milyard ekyü idi. Indi 5 milyard avrodur və Direktorlar şurasının qərarı ilə sonralar artırıla bilər. Bütün kapital milli mərkəzi banklara məxsusdur və hər birinin payı aşağıdakı üsulla müəyyənləşdirilir: 50% - AB-nin ümumi əhalisində hər bir ölkənin xüsusi çəkisinə uyğun olaraq; 50% - AB-nin ümumi daxili məhsulunda ölkənin xüsusi çəkisinə uyğun olaraq. Bu məlumatlar hər beş ildən bir təshih olunur. AMB-nin təmiz mənfəətinin bir hissəsi (20%-dən çox olmayaraq) ümumi vəsait fonduna köçürülür, qalıq AMB-nin üzvləri arasında kapitala qoyulan haqlara mütənasib şəkildə bölüşdürülür.
AMBS-nin fnksiyaları istənilən digər mərkəzi bankın funksiyaları kimidir. Lakin bu funksiyalar bir dövlətə deyil, ölkələr qrupuna tətbiq olunur. Onlar aşağıdakılardır:
Bundan başqa, Avropa mərkəzi bankı (öz səlahiyyətləri çərçivəsində) məsləhətçi funksiyaları yerinə yetirir, statistik məlumatları toplayır və əsasən də beynəlxalq əməkdaşlıqda iştirak edir, xüsusi halda, AB-ni beynəlxalq maliyyə təşkilatlarında təmsil edir. Maraqlıdır ki, AMB-nın razılığı və istəyilə bu təşkilatların işində milli mərkəzi banklar da iştirak edə bilər.
AMB-nin əsas funksional vəzifəsi Avropa Birliyinin vahid monetar siyasətinin həyata keçirilməsidir. Bu vəzifə birlik ölkələrində qiymətlərin stabilliyinin təmin edilməsinə istiqamətlənmişdir. Avropa mərkəzi bankı inflyasiya məqsədi qismində «avro zonası» üçün Istehlak qiymətlərinin harmonizasiyalaşmış indeksindən (IQHI) istifadə edir. Fərdi milli inflyasiya göstəriciləri «avro zonasında» monetar siyasət üçün əhəmiyyət kəsb etmirlər. Məsələ bundadır ki, AMB valyuta zonasındakı qiymətlərin orta inkişafına yalnız bərabərləşdirilə bilir. IQHI hər il 2%--dən çox olmayaraq arta bilir. Bununla da Avropa mərkəzi bankı IQHI zənbilindəki məhsulların keyfiyyətinin yüksəlməsi səbəbindən qiymət artımının qaçılmazlığını mümkün hesab edir və bununla da real qiymət artımının yüksəlmə effektinə gətirib çıxarır.
Monetar siyasətin birinci fəsildə göstərilmiş növ təsnifatlarına uyğun olaraq, Avropa mərkəzi bankının fəaliyyətini pul kütləsinin targetləşdirilməsinə aid etmək olar. Avropa mərkəzi bankı M3 aqreqatını tövsiyəçi monetar yönəldicisi qismində nəzərdən keçirir. 1998-ci ilin dekabrında M3 pul aqreqatının artımının 1999-cu il üçün baza yönəldicisi 1999-cu ilin dekabrında 4,5% səviyyəsində müəyyənləşdirilmişdir. Daha sonra 2000-ci ilin dekabrında uyğun olaraq 2000 və 2002-ci illər üçün yenidən təsdiq edilmişdir.
Pul kütləsinin ölçüsündən başqa, monetar siyasətin digər yönəldiciləri də və eyni zamanda potensial obyektləri mövcuddur: qısamüddətli faiz dərəcələri və valyuta kursu. Bu iki göstəricidən başqa, real iqtisadi aktivliyin parametrləri, əmək haqları, qiymət və dəyər indeksləri, qiymətli kağızların dəyərləri və büdcə-vergi siyasətini də xarakterizə edən bəzi digərləri həmçinin indikatorlara aid edilə bilər.
Monetar siyasətin reallaşdırılması zamanı AMB üç əsas alətdən istifadə edir:
Açıq bazardakı əməliyyatlar likvid vəsaitlərin tələb və təkliflərinin tənzimlənməsinə istiqamətlənmişdir. AMB-də açıq bazardakı əməliyyatların dörd növünü fərqləndirirlər.
Sutkalıq borclar və depozitlər bazar iştirakçılarının ümumi vəziyyət barədə və AMB-nin kreditləri və depozitləri üzrə «overnayt» bazar dərəcələrinin yuxarı və aşağı hüdudlarının müəyyənləşdirilməsi yolu ilə monetar siyasətin istiqaməti barədə xəbərdar edilməsi mexanizmi vasitəsilə bazarda sutkalıq likvidliyin doldurulması və ya aradan qaldırılması üçün nəzərdə tutulmuşdur.
Avropa mərkəzi bankının səlahiyyətləri çərçivəsində mühüm yeri «avro zonası»nın üzv ölkələrinin kredit institutları üçün minimal ehtiyat tələblərin müəyyənləşdirilməsi tutur. Söhbət o vəsaitlərdən gedir ki, həmin institutlar bu vəsaitləri AMB-nin və milli mərkəzi bankların hesablarında saxlamalıdırlar. Bu tələblərin pozulması zamanı AMB cərimələrə və digər sanksiyalara müraciət etmək hüququna malikdir. AMB tərəfindən 1999-cu ildə müəyyənləşdirilmiş məcburi ehtiyat norması bankların qısamüddətli öhdəliklərinin 2%-i səviyyəsində yerləşir.
Avropa mərkəzi bankı mərkəzi banklar üçün adi olan əməliyyatlarla məşğul ola bilər. Bunlar maliyyə institutlarına kreditlərin, o cümlədən lombard kreditlərin (yəni qiymətli kağızların girovu ilə) təqdim edilməsi, istənilən valyutada, o cümlədən AVS-nə daxil olmayan ölkələrin valyutasında ifadə olunmuş müxtəlif maliyyə alətləri ilə, həmçinin qiymətli metallarla açıq bazar əməliyyatların həyata keçirilməsidir. Milli mərkəzi banklar da AMB-nin hazırladığı ümumi prinsipləri rəhbər tutaraq belə əməliyyatları həyata keçirə bilərlər.
Nizamnamə Avropa mərkəzi bankına və milli banklara dövlətlərarası (AB sistemində), dövlət, regional və yerli hakimiyyət orqanlarının və dövlət hüququ əsasında fəaliyyət göstərən təşkilatların kreditləşdirilməsini (istənilən formada) qadağan edir. Lakin bu qadağa dövlət kredit institutlarına aid edilmir və bu halda dövlət kredit institutları şəxsi kredit institutları kimi nəzərdən keçirilir.
Avropa mərkəzi bankı və milli mərkəzi banklar digər ölkələrin mərkəzi bankları və maliyyə institutları ilə, beynəlxalq təşkilatlarla əlaqə yaradıb onlarla bank əməliyyatlarının bütün növlərini həyata keçirə bilərlər və bu zaman istənilən maliyyə aktivlərindən və valyutalardan istifadə edə bilərlər.
Aşağıdakı institutlara AMB-nın «qarşılığı» qismində xüsusi rol verilir. Iqtisadiyyat və maliyyə üzrə nazirlər soveti (EKOFIN) iqtisadi siyasətin ümumi koordinasiyasına cavabdehdir. O, iqtisadi kursun müəyyənləşdirilməsi üzrə qərarlar qəbul edir, inflyasiya, dövlət büdcələri, valyuta kursları və əhalinin məşğulluğu üzrə ümumi məqsədləri qeyd edir, milli konvergensiya proqramları əsasında və AB komissiyasının konvergensiyanın vəziyyəti barədə hesabatı əsasında üzv dövlətlərin iqtisadi siyasətlərini müzakirə edir, hansı ölkələrin hədsiz büdcə kəsirinə malik olmasını təyin edir və vəziyyətin nizamlanması üzrə tədbirləri onların hər birinə tövsiyə edir. Xüsusi önəm verilən digər institut «Avro şurası -11»dir. Bu institut 1998-ci ilin iyun ayında meydana gəlmiş və 2001-ci ildə «Avro şurası -12»-ə çevrilmişdir. Avronun tətbiqi ilə 1999-cu ildə yanvarın 1-də 34 üzvdən ibarət Iqtisadiyyat və maliyyə komitəsi (IMK) yaradılmış və AB Valyuta komitəsini əvəz etmişdir. Fransa xəzinəsinin o dövrdəki rəhbəri Jan Lemyer Iqtisadi və maltiyyə komitəsinin sədri seçilmişdir.
Erupean Central Bank official homepage
The European Central Bank