7.2.3. Yaponiyanın kredit-maliyyə institutları sistemi

7.2.3. Yaponiyanın kredit-maliyyə institutları sistemi

Ikinci dünya müharibəsindən sonra Yaponiyanın bank sistemi Amerika sisteminin nümunəsi üzrə, yüksək ixtisas­laşma səviyyəsi ilə qurulurdu. Indiki zamanda Yapo­niyanın kredit sistemini təşəkkül tapmış sistem he­sab etmək olar. Bu sistemə Yaponiya Bankı, kommer­siya bankları və digər kredit-maliyyə institutları daxildir.
Kommersiya bankları bir neçə kateqoriyaya bölü­nür­lər.
Şəhər bankları və ya City banks Meydzi dövründən başlayaraq qısamüddətli və uzunmüddətli kreditlərin ölkənin bütün ərazisi boyunca iri müəssisələrə, hər şeydən əvvəl, onların aid olduqları qrupların müəs­sisə­lə­rinə verilməsi ilə məşğul olur. Şəhər bankları ölkənin kredit sisteminin özəyini təşkil edir. Yaponiyada olan bütün şəxsi banklardakı depo­zit­lərin 20%-dən çoxu, həm­çinin bank sisteminin kapitalının ümumi həcminin 36%-ə qədəri onların payına düşür. Şəhər banklarının sayı 11-dir. Daha dəqiq desək, onların ikisi bank, doqquzu bank korpo­rasiyasıdır. «Daiiti-Kanqe» (Daiti- Kange), «Mitsubisi» (Mitsubishi), «Sumitomo» (Sumitomo), «Fudzi» (Fuji), «Sanva» (Sanva) və Yaponiya Bankının yardımından istifadə edən digərləri bu qəbildəndir. Yapon banklarının xarici əməliyyatlarının böyük hissəsi şəhər bank­larının payına düşür («Benk of Tokio» (Bank of Tokyo) liderlik edir). Bu bank son illər ərzində öz beynəlxalq filiallar şəbəkəsini intensiv şəkildə genişləndirir.
Regional banklar prefektur miqyasında fəaliyyət gös­tərirlər. Şəhər bankları ilə müqayisədə, onların kapi­tallarının həcmi və əməliyyatlarının miqyası sox azdır, lakin filialların geniş şəbəkəsinə malikdirlər. 64 regional bankın ən irisi «Benk of Yokohama» (Bank of Yokohama) təqribən 28 milyard dollarlıq aktivlərə malikdir. Regional bankların əsas fəaliyyət növü xırda və orta müəssisələrin kreditləşdirilməsi­dir. Onlar­dan bəziləri əmanətləri qəbul edir. Bundan başqa, regional banklar yerli özünüidarə orqanlarının maliyyələş­diril­mə­sində mühüm rol oynayırlar. Bunlar struktur etibarilə kredit bank­lar­dır. Müharibədən sonrakı dövrdə regional bankların inhi­sarçı banklardan asılılığı nəzərəçarpacaq dərəcədə artmışdır.
Trast-banklar ilkin olaraq əmlakın idarə edilməsi məqsədilə yaradılırdı. Indi onlar ehtiyat qismində təcili əmanətlərə və istiqrazlara, aktivlərdə isə müəssisələrə və şəxsi adamlara verilən kreditlərə malikdirlər. Lakin bank­ların ixti­sası əvvəlki kimi trast əməliyatlarının həyata keçirilməsi­dir. Ölkə­də belə bankların sayı yeddidir. Onlar­dan beşi dünya­nın əlli iri bankları sırasına daxildir. Son dövrlərdə trast bankların və digər kommersiya bank­larının qarşılıqlı nüfuz etmə tenden­si­yası güclənmişdir. Trast-banklarda bank şöbələri, kom-mersiya banklarında isə etibarlı əməliyyat şöbələri fəaliyyət göstərir.
Uzunmüddətli kreditləşmə bankları uzunmüd­dətli kre­dit­ləri daha prioritet sahələrin müəssisələrinə məqsə­dəuyğun şəkildə təqdim edərək Yaponiya iqtisa­diyyatını canlan­dırdılar. Ilk belə bank 1952-ci ilin qanunu ilə yaradılmışdır. Indi onlar əsasən daha yüksək maliyyə riski ilə bağlı olan sferalardakı şirkətləri maliyyələşdirirlər. Bunlar prinsip etibarilə yeni texnologiyaların hazırlanması, gələcəyin enerji mənbələrinin yaradılması və başqalarıdır. «Indastrial Benk of Cepen» (Industrial Bank of Japan), «Lonq Term Kredit Benk» (Long Term Credit Bank) və «Nippon Kredit Benk»  (Nippon Credit Bank) bu qəbil­dəndir. Ilk iki bank iri müəssisələrin kreditləşdirilməsi, üçün­cü bank isə ipoteka kreditləşməsi ilə məşğul olur, xırda və orta müəssisələrlə apa­rılan əməliyyatlar üzrə ixtisas­laşır. Onlar öz kapitallarını əsas etibarilə öz istiq­razlarının emissiyasının köməyi ilə səfərbər edirlər. Son vaxtlar bu ixtisaslaşmış bankların əhəmiyyəti artmışdır, çünki yapon inhisarlarının kommersiya bankları, bir qayda olaraq, qısa və orta müddətli kreditlər təqdim edirlər.
Yaponiyada xarici banklar dünyanın 88 dövlətini təmsil edirlər. Bu mənada ABŞ və Böyük Britaniya bank­ları hakim möv­qe tutur, Almaniya və Fransa bankları da əhəmiyyətli çəki­yə malikdirlər. Xarici banklar tərəfindən rəqabət 1960-cı ildə başlamışdır. Həmin dövrə qədər onların fəaliyyəti iki istiqamət­lə məhdudlaşırdı: xarici valyutada olan borcların təqdim edil­məsi və «Sarakin» istehlak krediti müəssisələrinin kredit­ləşdirilməsi. Xarici bankların ənənəvi funksiyası xarici valyuta ilə ticarətdir. Onların sayəsində Yaponiyada xarici ticarətdəki riskləri sığortalayan yeni maliyyə alətləri yaran­mışdır. Xarici banklar faiz bazarında da öz tətbiqini tapmışdır. Hal-hazırda Yaponiya iri beynəlxalq svop bazarlarından biridir.
2000-ci ilin sentyabrında üç aparıcı bank («Indastrial Benk of Cepen», «Daiiti-Kanqe» və «Fudzi», yəni iki şəhər bankı və bir uzunmüddətli kreditləşmə bankı) «Midzuho» (Midzuho) holdinq qrupunda birləş­mək­lə bağlı planlarını reallaşdırmağa başladılar. Bu, aktiv­lərinin ölçüsünə görə dünyanın iri maliyyə qruplarından biri olacaq. 2001-ci ildə «Tokay» (Tokai), «Asahi» (Asahi) və «Sanva» (Sanva) banklarının holdinqdə birləşməsi, həmçinin «Sumitomo» (Sumitomo) və»Sakura» (Sakura) banklarının vahid «Sumitomo Misui» (Sumitomo Mizui) ban­kında birləşmə prosesi başlandı. Bu proses bank işin­dəki qlobal rəqabətin nəticəsi və yapon iqtisadiyyatı üçün qeyd şərtsiz üstünlük idi.
Yaponiyanın kredit sisteminin üçüncü hissəsi kre­dit-maliyyə müəssisələridir. Onların arasında mühüm yeri ixtisas­laşmış dövlət bankları tutur. Bunlar Yaponiyanın ixrac-idxal bankı (Eport-Bank of Japan, 1950-ci il), Yapon inkişaf bankı (Japan Bank pf Development, 1951-ci il) və dövlət maliyyə korporasiyalarıdır.
Yaponiyanın ixrac-idxal bankı xarici ticarəti kre­dit­ləş­dirir, xarici investisiyalarda və kreditlərdə iştirak edir. Ixrac-idxal bankı 1999-cu ildə Beynəlxalq əməkdaşlıq Fondu ilə birləşmiş və nəticədə Beynəlxalq əməkdaşlıq Bankı yaran­mış­dır.
Yapon inkişaf bankı sənayenin, nəqliyyatın, ener­geti­kanın uzunmüddətli kreditləşdirilməsi ilə məşğul olur. Bankın bütün kapitalı dövlətə məxsusdur. Kredit resurs­larının böyük hissəsi etibarlılıq fondlarının vəsaitləridir. Ban­kın xüsusi vəsaitləri və istiqrazların buraxılması he­sabına səfərbər edilmiş vəsaitlər də kreditləşdirmə məq­sədilə istifadə olu­nur. Yapon inkişaf bankı vəsaitlərini əsas etibarilə ava­dan­lığın alınması, təzələnməsi və təmiri üçün təqdim edir. Bu bank kreditləş­dir­məkdən başqa, istiqrazları alır, şəxsi insti­tut­ların kreditlərinə zəmanət verir və ya onların hüquqlarını kreditorlardan alıb satır, həm­çinin kapital yatırımlarını həyata keçirir.
Dövlət maliyyə korporasiyaları elə sahələrdə fəa­liyyət göstərirlər ki, həmin sahələrin kreditləşdirilməsi şəxsi banklar üçün bir maraq kəsb etmir və ya onları çox az maraqlandırır, lakin təkrar istehsal prosesi üçün, həm­çinin sosial nöqteyi nəzərdən bu sahələrin inkişafı zəruridir. Dövlət maliyyə kor­po­rasiyaları prioritet layi­hə­lərin maliyyələşdirilməsi üçün nəzər­­də tutulmuş, o cüm­lədən kənd təsərrüfatının, kiçik biz­ne­sin, ölkənin əsas region­larının inkişafı üçün nəzərdə tutul­muş dövlət və­saitlərinin məqsədli və effektiv şəkildə istifa­də­sinə ca­vabdehdir.
Maliyyə nazirliyinin Etibarlı fond bürosu da dövlət institutlarına aiddir və mahiyyəti etibarilə Yaponiyanın iri bank­larından biri olub, dövlətin pensiya, sığorta və əma­nət müəssisələrinin kapitalları ilə əməliyyat aparır. Onun kreditlərinin əsas hissəsi dövlət banklarına, korpo­ra­si­ya­lara, mərkəzi və yerli hakimiyyət orqanlarına təqdim olunur.
Şəxsi kredit institutlarının birgə balansının təqribən 15%-i həyatın sığortalanması üzrə 24 şirkətin və əmlakın sığor­ta­lanması üzrə 23 şirkətin payına düşür. Ya­poniyadakı sığorta şirkətləri iri maliyyə vəsaitlərini toplayır və onları əsasən qiymətli kağızlara qoyulan investisiyalar üçün istifadə edirlər.
Ölkədə 220 fond şirkəti var. Bu şirkətlər yalnız qiymətli kağızlarla bağlı əməliyyatlarda ixtisaslaşır. Bu, Ya­poniyanın müasir kredit sisteminin əsas xüsu­siy­yət­lərindən biridir.
Yaponiyanın kredit münasibətləri strukturunda mü­hüm yeri poçt-əmanət kassaları tutur. Onlar əhalinin əmanət­lərini toplayırlar. Analoji xidmətlər göstərən şəhər, region və digər banklardan fərqli olaraq, poçt şöbələrinin nəzdindəki yapon əmanət kassaları fiziki şəxslərə daha müxtəlif xidmət­lər göstərir, orta imkanlı insanlara əlverişli şərtlərlə kredit almaq və əmanətləri saxlamaq imkanı verir. Məhz bunun sayəsində də, poçt idarəsinə tabe olan dövlət poçt-əmanət kassa­ları maliyyə vəsaitlərinin böyük hissəsini toplaya bilmişlər.


Top