Dünya birliyində valyuta münasibətlərinin nizamlanması dünya valyuta sisteminin genezisi çərçivəsində həyata keçirilirdi. Dünya valyuta sistemi beynəlxalq valyuta-iqtisadi münasibətlərinin dövlətlərarası razılaşmalarla bərkidilmiş təşkilat formasıdır. Istənilən başqa sistem kimi valyuta sistemi də özündə bir sıra elementləri birləşdirir:
Valyuta dövlətin və ya dövlətlər qrupunun sərhədləri xaricində və daxili bazarında dövr edən pul vahididir. Bu nöqteyi - nəzərə görə, valyuta aşağıdakı mənala malikdir:
Valyutaların müxtəlif əlamətlərə və meyarlara görə təsnifatı cədvəldə göstərilmişdir. Valyuta növləri Valyutanın statusu Milli Dünya valyuta bazarında dövretmə dərəcəsi Əsas Tətbiq edilmə rejimi Sərbəst konversiya edilən Digər valyutaların kurslarına münasibət Güclü (möhkəm) Maddi – cismani forma Nağd ,Qeyri-nağd Ölkənin valyuta ehtiyatlarına olan münasibət Ehtiyat Valyuta əməliyyatlarının növü Müqavilə qiymətinin valyutası Valyuta sisteminin növbəti elementi konversiya edilmə şərtləridir. Konversiya edilmə – rezidentlərin və qeyri-rezidentlərin sərbəst şəkildə, heç bir məhdudiyyət olmadan milli valyutanı xarici valyutaya mübadilə etmək və real, maliyyə aktivləri ilə sövdələşmələrdə xarici valyutadan istifadə etmək qabiliyyətidir. Konversiya edilmə əlamətinə görə aşağıdakıları fərqləndirirlər: Milli valyutanın konversiya olunma dərəcəsi ölkə tərəfindən BVF Nizamnaməsinin VIII maddəsindəki şərtlərin yerinə yetirilməsi ilə nizamlanır. Bu maddə ödəniş balansının cari hesabı üzrə məhdudiyyətlərin ləğvini, valyuta kurslarının çoxsaylılığının ləğvini, diskriminasiyalı valyuta tədbirlərinin həyata keçirilmə təcrübəsinin ləğvini nəzərdə tutur. Monetar hakimiyyət cari əməliyyatlar üzrə valyutanın daxili (rezidentlər üçün) və xarici (qeyri-rezidentlər üçün) konversiyasını təmin edəndən sonra kapitalın hərəkət hesabı üzrə məhdudiyyətlərin aradan qaldırılması yolu ilə milli valyutanın bütünlüklə konversiya edilməsinə nail olur. Nəzərdən keçirilən valyuta kursları cədvəl 1.2-də göstərilmişdir Qeyd olunmuş Rəsmi dollarlaşma Aralıq Təshih edilən valyuta kursu Üzən Idarə olunan («çirkli») Stabil Dəyişmə kurslarının çoxsaylılığı Valyuta nəzarət sistemi ölkələr arasında valyuta dəyərlərinin müxtəlif formalarının yerdəyişməsinin tənzimlənməsi üzrə tədbirlər toplusunu təmsil edir. Valyuta məhdudiyyətləri valyuta dəyərləri ilə bağlı əməliyyatlarda qadağalar, limitləşmə, nizama salma, ləngimə və ya onların sərəncamları şəklində istifadə olunur. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin əsas məqsədləri kimi aşağıdakıları göstərmək olar: Valyuta məhdudiyyətləri aşağıdakı faktorların nəzərə alınması ilə tətbiq olunur: Valyuta nəzarətinin əsas tələbi valyuta qanunvericiliyinə riayət olunmasıdır. Bu qanunvericilik, bir qayda olaraq, kapitalın hərəkəti ilə əlaqədar olan (ödəniş balansının strukturu üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetirilməsinə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin formaları uyğun olaraq bu əlamətə görə cari (mal sövdələşmələri və «görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı və neytral sövdələşmələr) formalarına bölünürlər.
Cədvəl 1.1
Valyutaların təsnifatı
Meyarlar
Beynəlxalq
Regional
Ikinci dərəcəli
Ekzotik
Qismən konversiya edilən
Xaricdən konversiya edilən
Daxildən konversiya edilən
Konversiya edilməyən
Zəif (yumşaq)
Sair
Ödəniş valyutası
Kredit valyutası
Klirinq valyutası
Veksel valyutası
Valyuta pariteti milli valyutanın digər valyutaya və ya digər mala (əvvəllər qızıla) nəzərən qanunvericiliklə müəyyənləşdirilmiş münasibətini təmsil edir. Əgər valyuta kursu valyuta bazarında müəyyənləşirsə, paritet qanunvericiliklə müəyyənləşir.
Nominal dəyişmə kursunun valyuta bazarında dövlətin nizamlanmış iştirak payı ilə müəyyənləşdirilmə mexanizmi dəyişmə kursunun rejimi və ya valyuta rejimi adını almışdır.
Dörd əsas valyuta kursunu fərqləndirirlər: qeyd edilmiş, məhdudiyytləri olan və üzən (aralıq), sərbəst üzən və sabit.
Cədvəl 1.2
Valyuta kursunun rejimi
Valyuta komitəsi
Bir valyutaya bağlanma
Zənbil kompozitinə bağlanma
Sürünən (sürüşən) qeydiyyat
Sürünən dəhliz
Sürüşən dəhliz
Məqsədli zonalar
Müstəqil («təmiz»)
Beynəlxalq valyuta likvidliyi dedikdə dövlətin müəyyənləşdirilmiş müddət ərzində özünün xarici öhdəlikləri üzrə cavab verə bilmək qabiliyyəti başa düşülür. Likvidliyin hesablanması üçün dövlətin qızıl –valyuta ehtiyatlarını illik idxalın və xarici borcun cəminə bölmək lazımdır.
Dövriyyənin beynəlxalq kredit vəsaitlərinə gəlincə, onlar unifikasiya edilmiş beynəlxalq normalara uyğun şəkildə nizama salınır. Cenevrə konvensiyaları (veksel və çek) bu qəbildəndir. Beynəlxalq hesablaşmaların nizama salınması sənədli akkreditivlər və inkasso üçün Unifikasiya edilmiş qaydalara uyğun şəkildə milli və dünya valyuta sistemləri səviyyəsində həyata keçirilir.
Valyuta bazarı və qızıl bazarı rejimi milli və beynəlxalq tənzimlənmə obyektidir. Valyuta münasibətlərinin idarəetmə və tənzimlənməsi ilə bağlı milli orqanların fəaliyyəti milli və bəzi hallarda beynəlxalq qanunvericiliklə nizama salınır. Mərkəzi banklar, maliyyə nazirlikləri və başqaları bu institutlara aid edilir.
Valyuta sistemləri ehtiyat aktivlərin növlərinə görə təsnifatlanırlar. Beynəlxalq hesablaşmalardakı disbalanslar məhz onların köməyi ilə aradan qaldırılır. Birinci valyuta konfransına qədər dünya birliyindəki hakim rol Böyük Britaniyaya məxsus idi. O, bu hakim rolunu öz müstəmləkə regionlarına qoyduğu investisiyaları sayəsində və hazır məhsulların ixracatçısı, xammalın idxalatçısı kimi müstəsna vəziyyətinə görə saxlaya bilirdi.
Birinci dünya valyuta sistemi dedikdə, hüquqi cəhətdən 1867-ci ildə Paris konfransındakı dövlətlərarası razılaşma ilə qeydiyyata alınmış və 1914-cü ilə qədər mövcud olmuş qızıl-pul standartı başa düşülür. Valyuta rejiminin fəaliyyət mexanizmi qızıl nöqtələr hüdudunda kurs dəyişmələri formasını alırdı. Bazar kursunun paritetdən–qızıl tərkibinə əsaslanan paritetdən aşağı düşmə halında borclular beynəlxalq öhdəliklər üzrə xarici valyuta ilə deyil, qızılla hesablaşmağa üstünlük verirdilər. Birinci Dünya müharibəsindən başlayaraq, hərbi kompaniyaların iştirakçıları banknotların qızıla mübadiləsini dayandırmış, mövcud valyuta sisteminin böhranı üçün təkan yaratmışlar.
Qızıldeviz standartının deklarasiyası 1922-ci ildə Genuya konfransında baş verdi. Bu konfransdan sonra qızılla yanaşı həm də sərbəst şəkildə metala konversiya edilə bilən xarici valyutalar (devizlər) istifadə olunmağa başladı. Müharibələrarası dövrdə (1930-cu illər) qızılın dövriyyədən çıxarılması və qızıl standartının dağılması baş verdi. Bu isə valyuta rejiminin əvəzlənməsinə gətirib çıxardı. Empirik tədqiqatlar göstərir ki, 1919-cu ildən başlayaraq dünya birliyində «idarə olunan qızıl standartı» rejimi üstünlük təşkil etməyə başladı. Bu rejimdə mərkəzi banklar valyuta şoklarından qaçmaq üçün və ödəniş balanslarının balanslaşdırılması üçün monetar siyasətin alətlərindən istifadə edirdilər. 1929-1933-cü illərin depressiyalarının qızğın çağında bir çox ölkələr qızıla qarşı qeydiyyatdan imtina etməli və milli valyutaları devalvasiya etməli oldular. Bununla belə üzən kurslar sistemininə keçid tendensiyası da müşahidə olunurdu.
Beynəlxalq valyuta sisteminin növbəti tarixi forması «dollar standartı» sistemi idi. Bu, qızıl-deviz standartının faktiki davamı idi. Bu zaman rəsmən müəyyənləşdirilmiş paritetlərdə valyuta kursu ABŞ dollarına nəzərən qeyd olunurdu (BVF nizamnaməsinə görə +-1% və Avropa valyuta razılaşmasına görə +-0,75%). ABŞ dolları isə qeyd olunmuş kurs üzrə qızıla konversiya olunurdu (troya unsiyasına 35 dollar). 1944-cü ildə keçirilmiş Bretton -Vud konfransında Amerika dolları ilə yanaşı ingilis funt sterlinqi də ehtiyat valyuta statusunu əldə etmişdir. Lakin artıq 1950-ci illərdə ingilis funt sterlinqi dünya pulları rolunu oynamırdı. Konfransın əhəmiyyət kəsb edən hadisəsi Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və Inkişaf Bankının yaradılması idi. Sistem özünün daha yüksək inkişafına 1959-cu ildə nail olmuş, 1971-ci ildə fəaliyyətini dayandırmışdır. ABŞ dollarına qarşı qeydiyyat rejimini dərhal tətbiq etmək bütün ölkələrə müyəssər olmamışdır. Belə ki, Fransa 1948-ci ilin yanvarında milli valyutanı devalvasiya etmək və inzibati rejimi (valyuta kurslarının çoxsaylılığı) tətbiq etmək məcburiyyətində qalmışdır. 1946-cı ildə BVF-nin 40 üzvündən 13-ü, 1962-ci ildə isə 82 üzvündən 15-i inzibati rejimdən istifadə edirdilər. 1970-ci illərin əvvəllərində beynəlxalq əməliyyatlarda dolların rolu azalmışdır. Dövlətlərin mərkəzi bankları isə ABŞ dollarına qarşı müəyyənləşdirilmiş pariteti müdafiə etmək iqtidarında deyildilər. 1971-ci ilin mayından başlayaraq, Almaniya üzən dəyişmə kurslu rejimə keçdi. Fransa 1971-ci ilin avqustunda yenə də inzibati rejim tətbiq etdi. Britaniya isə elə həmin ayda bağlılığı dayandıraraq 1972-ci ilin iyun ayından funta sərbəst üzmək imkanı verdi. Vəziyyətdən çıxış yolu axtaran BVF üzvləri 1971-ci ilin dekabrında kurs dəyişmələri hüdudlarının paritetdən hər bir tərəfə 2,25%-ə qədər genişlənməsi barədə razılaşdılar. Bretton-Vud sisteminin iflası elə həmin ilin sonunda ABŞ dollarının 1934-cü ildən bəri birinci devalvasiyası oldu. Dünya birliyinin yeni razılaşmaya ehtiyacı var idi. Bu razılaşma ayrı - ayrı ölkələrdəki böhranın qlobal əhəmiyyət kəsb etməsinə mane olmalı idi.
Maliyyə arxitekturasının islahatlarla dəyişdirilməsi Yamaya valyuta sisteminin (1976) deklarasiyasında əks olundu. Bu deklarasiya hər bir dövlət üçün valyuta rejiminin sərbəst seçimini rəsmi şəkildə müəyyənləşdirdi. Elan olundu ki, qızıl valyuta kurslarının hesablama nöqtəsi və dəyər ölçüsü olmaq qabiliyyətini de-yure itirir. 1970-ci illərin axırlarında, xüsusilə əsrlərin qovuşuğunda Avropa ölkələrinin iştirakı ilə regional valyuta sistemi, həmçinin vahid regional valyutanın – avronun tətbiqi mühüm əhəmiyyət kəsb etdi.
Dünya iqtisadiyyatının müasir vəziyyəti hər bir dövlət üçün optimal valyuta sisteminin yoxluğunu təsdiq edir. 70-ci illərin neft şoku, 80-ci illərin borc böhranı, 90-cı illərdəki valyuta-maliyyə sarsıntıları, BVF-nin dayanıqsız siyasəti - bütün bunlar mövcud dünya valyuta sisteminin gələcək fəaliyyətini və dəyişikliklərin təkmilləşdirilmə imkanını sual altına qoydu.