1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknotların emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böhranlarında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayəndələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri hazırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü dövründə ictimai -siyasi faktorlar federal ehtiyat banklarına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.
Cədvəl 2.3. Şəhər Dairənin Şəhər 1 Boston 7 Çikaqo Hər bir federal ehtiyat bankının öz şurası var. Şura bank əməkdaşları olmayan doqquz direktordan ibarətdir. Qanuna görə, bankları təmsil edən A dərəcəli üç direktor FES üzvləridir. Ictimaiyyəti təmsil edən B dərəcəli üç direktor isə hər bir regionda banklar tərəfindən – FES üzvləri tərəfindən seçilir. Idarəçilər şurası C dərəcəli üç direktor təyin edir və onlar da ictimaiyyəti təmsil edirlər. FES –in idarəçilər şurası C dərəcəli direktorlardan direktorlar şurasının sədrini və onun müavinini seçir və təyin edir. Ehtiyat bankların direktorları öz banklarının əməliyyatlarına nəzarət edir (idarəçilər Şurasının himayəsi altında). Regional bankların hər birinin baş auditoru olur. O, banka yox, Idarəçilər Şurasına tabe olur. ABFK ildə səkkiz - doqquz dəfə iclas keçirir. Hər bir görüşdə qiymətli kağızların açıq bazarında əməliyyatların strategiyası hazırlanır və bu strategiya FES idarəçisinə çatdırılır. Komitə iqtisadi və maliyyə qərarlarını hazırlayır və proqnozlaşdırır. Komitənin qərarı Nyu –Yorkun regional bankının xarici ticarət şöbələri tərəfindən reallaşdırılır. ABŞ-ın pul-kredit sisteminin təkamülü dünya valyuta sisteminin genezisinə paralel olaraq keçirilirdi. 1929 -1933-cü illərin maliyyə sarsıntıları, 1944-cü ilin Bretton-Vuds konfransı və 1976-cı ilin Yamaya sistemi göstərdi ki, pul və kredit sferalarındakı çoxsaylı dəyişmələrə baxmayaraq, Amerika dolları hakim mövqe tutan valyuta heqemonu rolunu oynamış və oynamaqda davam edir. Nyu-Yorkun Federal ehtiyat bankının məlumatlarına görə, 2000-ci ildə dünya dövriyyəsində ümumilikdə 560 milyard nağd dollar var idi. Onların 70%-i ABŞ-dan kənarda dövr edirdi (dövriyyədə olan nağd dollarların həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri Rusiya tutur). Bir çox ölkələr öz valyuta kurslarını Amerika dollarına bağladılar. Bunlar Latın Amerikası dövlətləri, Afrika dövlətləri, keçid iqtisadiyyatlı ölkələr idi. Panama, Liberiya, Marşal adaları kimi dövlətlər Amerika valyutasını milli pul vahidi əvəzinə, qanuni ödəniş vasitəsi kimi istifadə edirlər.
Federal ehtiyat sistemi üç səviyyədən ibarətdir: idarəçilər şurası, 12 federal ehtiyat bankı, FES-in üzvü olan 6000 -ə qədər bank. Bundan başqa, FES –ə iki komitə daxildir: Açıq bazar üzrə federal komitə və Federal məsləhət şurası.
Federal ehtiyat sisteminin mərkəzi Vaşinqtonda ( Kolumbiya dairəsi) Idarəçilər şurasıdır. Şuranın əsas funksiyası pul siyasətinin formalaşdırılmasıdır. Şura yeddi daimi üzvdən ibarətdir. Onlar ABŞ prezidenti tərəfindən senatın razılığı ilə 14 il müddətinə təyin olunur. Əgər şura üzvlərinin vəzifədə qalma müddətləri bitmişdirsə (ölüm və ya istefa halları istisna olmaqla), hakimiyyətdə olduğu dörd il ərzində prezident Şuranın yalnız iki yeni üzvünü təyin etmək hüququna malikdir. Bununla belə, Idarəçilər şurasının üzvlərinin istefası adi hallardandır. Belə ki, C.Karter öz prezidentliyinin ilk 3 ilində Şuraya yeni dörd üzv təyin etmişdir. R.Reyqan iki prezidentlik dövründə Şuranın yeddi üzvündən altısını dəyişmişdir. Şuraya sədr və onun müavini rəhbərlik edirlər. Onları dörd illik müddətə prezident təsdiq edir. Idarəçilər şurasının sədri vəzifəsini 1987-ci ilin avqustundan Alan Qrinspen tutur.
Idarəçilər şurasında FES–nin bütün dairələrindən bərabər nümayəndəlik təmin edilir. Şura üzvlərinin sərəncamında əməkdaşların böyük ştatı olur: iqtisadçılar, hüquqşünaslar, müfəttişlər, inzibatçılar.
Şura depozit müəssisələrinin məcburi ehtiyat səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı müstəsna hüquqa malikdir. Şura həmçinin açıq bazarda əməliyyatların keçirilməsi üzrə və daha məqbul bank uçot dərəcələrinin müəyyənləşdirilməsi üzrə məsuliyyəti federal ehtiyat bankları ilə bölüşdürür.
Federal ehtiyat bankları Idarəçilər şurası direktivlərinin bələdçiləridir və ABŞ-ın pul siyasətinin reallaşdırılmasında mühüm rol oynayırlar. Onlar hər həftə Şura qarşısında hesabat verir, şura isə daxil olan məlumatı cəmləyərək hazırlayır və hər həftənin sonunda hesabatı nəşr etdirir. Ehtiyat banklarının daha əhəmiyyətlisi və nüfuzlusu Nyu –Yorkun federal ehtiyat bankıdır (Federal Rreserve Bank of New York). Ehtiyat bankların filialları 25 şəhərdə işləyir. Federal ehtiyat banklarının ərazi üzrə bölüşdürülməsi cədvəl 2.3.-də göstərilmişdir.
Federal ehtiyat banklarının yerləşdirilməsi
Dairənin
nömrəsi
nömrəsi
2
3
4
5
6
Nyu-York
Filadelfiya
Klivlend
Riçmond
Atlanta
8
9
10
11
12
Sent-Luis
Minneapolis
Kanzas-Siti
Dallas
San-Fransisko
Federal ehtiyat bankları əsasən FES-in qiymətli kağızlarda olan yatırım paylarına uyğun faizlərdən, daha az səviyyədə FES-də olan valyutaların faizlərindən, həmçinin depozit müəssisələrinə verilən borcların faizlərindən və valyuta nəzarətindən gəlir götürürlər.
FES –ə girmək istəyən hər bir bank öz dairəsinin federal ehtiyat bankında səhmlər əldə etməlidir. Bu səhmlərin məbləği onun səhm kapitalının və bölüşdürülməmiş gəlirinin 3%-nə bərabər olmalıdır. FES-in tələbi ilə bu məbləğ iki dəfə artırıla da bilər. Səhm kapitalının və gəlirin artımına uyğun olaraq, kommersiya bankı üçfaizli səviyyəni saxlamaq üçün səhmləri əldə etməyə borcludur. 1970-ci illərdə sərfəli olmadığına görə FES üzvlərinin ixtisara salınması baş verirdi. On il ərzində 500-dən çox bank FES-dən çıxmışdır. 1980-cı ildə konqres tərəfindən monetar nəzarət və depozit institutların qeyri tənzimlənməsi barədə qanunun qəbulundan sonra vəziyyət dəyişdi. Bu qanuna əsasən, FES-in ehtiyat tələbləri ölkənin bütün depozit institutlarına yayılmışdır. Qanun ABŞ-ın kredit sistemində FES-in rolunun güclənməsinə kömək etmişdir.
Federal ehtiyat bankları bank və əmanət müəssisələrinin əmanətlərini qəbul edir, onlara borc verirlər. Bununla da onlar son mərhələli kreditorun funksiyalarını yerinə yetirirlər. Bundan başqa konqres federal ehtiyat banklarına nağd pulları buraxmaq səlahiyyəti vermişdir. Bu nağd pullar isə kredit pulların ölkə iqtisadiyyatına təklifini əmələ gətirir.
Pul vəsaitlərinin və kreditin dəyər və kifayət etməsinin dövlətin qiymətli kağızlarının satış və alış prosesinə təsirtnə görə məsuliyyəti Açıq bank üzrə federal komitə (ABFK) daşıyır. ABFK formal şəkildə 1935-ci ildə təşkil olunmuşdur. Hərçənd federal ehtiyat bankları hələ 1920-ci illərin əvvəllərində qiymətli kağızların açıq bazarında əməliyyatları uzlaşdıran orqan yaratmışdılar.
Açıq bank üzrə federal komitə 12 daimi üzvdən ibarətdir:
FES haqqında qanuna görə, ABŞ-ın bank sistemində bütün bank sferasının FES ilə əlaqə yaratması üçün uzlaşdırıcı məsləhət orqanı – Federal məsləhət şurası fəaliyyət göstərir. Federal məsləhət şurası FES-in regional banklarından göndərilmiş 12 üzvdən ibarətdir. Şura ildə dörd dəfə Federal ehtiyat sisteminin idarəçiləri ilə birgə iclas keçirir və burada maliyyə-kredit münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparılır. Federal məsləhət şurasının üzvləri öz dairələrinin ehtiyat banklarını iclas haqqında məlumtlandırırlar.
Federal ehtiyat sisteminin yaradılması ABŞ iqtisadiyyatını 1929 -1933-cü illərin depresiyasından qoruya bilmədi. Bu dövrdə dolların 41% devalvasiyası, geniş miqyaslı müflisləşmələr baş verdi və qızıl standart ləğv edildi. Böyük depresiyanın başlanğıcı 1929-cu ilin oktyabrındakı birja çaxnaşması ilə assosiasiya edilirdi. Birja çaxnaşması oktyabrın 23-də başlandı və oktyabrın 29-da öz kulminasiya nöqtəsinə çatdı. Birja bumundan sonra 1930-cu ilin noyabrında birinci bank böhranı, 1931-ci ilin martında ikinci bank böhranı başladı. Daha sonra 1931-ci ilin sentyabrında funt sterlinqlərin qızıl böhranı və 1933-cü ilin martında «bank tətilləri» oldu. Əslində,1929-cu il böhranının əsas günahı ABŞ FES şurasında idi. 1927-ci ildə Şura funt sterlinqlərin qızıl standartının müdafiəsi ilə bağlı Böyük Britaniyaya kömək etmək barədə qərar çıxarmış və uçot dərəcəsini 4%-dən 3,5%-ə endirmişdir. Bundan başqa, şura dövlətin qiymətli kağızlarının alışını təşkil etmiş və bu da bank ehtiyatlarının artmasına gətirib çıxarmışdı. Bu tədbirlər səhm kurslarının artımına səbəb olmuş və qiymətli kağızların əldə edilməsi üçün kreditlərin verilmə təcrübəsini genişləndirmişdir. Kreditlər onkol hesablar vasitəsilə –qiymətli kağızlarla təmin olunmuş və onları açan bankın ilk tələbi ilə ləğv edilən hesablar vasitəsilə verilirdi. Böhranın əvvəlində kommersiya banklarının birja alverçilərinə borc ölçüsü 8,3 milyard dollar idi. Bu zaman kotirovka olunan bütün qiymətli kağızların bazar qiyməti 89,7 milyard dollar idi. Banklar ödəniş qabiliyyətini yoxlamadan və kiçik qarantlarla da olsa, qiymətli kağızların əldə edilməsi üçün pul verməyə hazır idilər.
Bundan başqa, investorlar pullarını istehsalata yox, qiymətli kağızlara yatırtmağa üstünlük verir və onları təkrar bazarda əldə edirdilər. Onlar qiymətli kağızların alışı üçün bankdan kredit götürür və onları kredit resursları qismində istifadə edirdilər. Istisna təşkil edənlər vətəndaşların pul əmanətləri, şirkətlərin müvəqqəti sərbəst vəsaitləri, Federal ehtiyat sisteminin kreditləri idi. Portfel səhmdarlarının kreditləşmə həcminin artımına səbəb banklar tərəfindən tutulan kiçik faizlər idi. Bankların istiqamət götürdüyü uçot dərəcəsi öz faizlərini müəyyənləşdirirdi və 1926 -1927-ci illərdə inkişaf etmiş ölkələrdə ən kiçik idi. (Böyük Britaniyada – 4,5 – 5%, Almaniyada 5 -8%, Fransada 5 – 7,5%). Kommersiya banklarının özləri də qiymətli kağızların alqı satqısına böyük diqqət göstərir və bu iş təsərrüfatın kreditləşməsi ilə müqayisədə onlara daha çox gəlir gətirirdi.
Emitentlər, qiymətli kağızların sahibləri onları məmnuniyyətlə kreditə satırdılar (marj sövdələşmələri). Bütün səhmdarların 40%-i çox kiçik marj təminatı altında kreditlə səhmlər alırdılar. Nəticədə investisiya «qızması» baş verdi. Sifarişlərini itirən müəssisələr istehsalatı azaltmağa başladılar. Nominaldan kəskin şəkildə ayrılan səhmlərin kursları aşağı düşməyə başladı. Kommersiya bankları borcların qaytarılmasını tələb edir, qiymətli kağızların sahibləri isə krediti ödəmək üçün onları satırdılar. Lakin alıcılar olmadığından, kursların aşağı düşməsi axınabənzər xarakter almışdır.
1929-cu ilin birja çaxnaşması bütöv bir nəslə təsir göstərsə də, əvvəlki dövrlərdə olduğu kimi tam bir maliyyə böhranına çevrilmədi. Nyu-Yorkun Federal ehtiyat bankı ehtiyat resurslarını şəhərin bütün banklarına vaxtında təqdim etdi və bu, həmin anda vəziyyəti xilas etdi. 1929-cu il oktyabrın 24-də Nyu-York birjası səhm kurslarının sürətlə aşağı düşməsinin şahidi oldu. Elə bu səbəbə görə də həmin gün «qara cümə axşamı» adını aldı. Məhz həmin gün Nyu-Yorkun fond birjasına satış üçün «Ceneral Motors» (General Motors) şirkətinin səhmləri daxil oldu. Daha sonra iri şirkətlərin müflisləşməsi xəbəri yayıldı və satışa yeni iri səhmlər paketi qoyuldu. O zaman Nyu-Yorkda 12,8 milyon səhm, yaxud həmişəkindən 1,5 dəfə çox səhm satılmışdır. Həmin gün və növbəti dörd ardıcıl ticarət sesiyası ərzində bir çox məşhur səhmlərin qiyməti 100 bənd üzrə və daha da aşağı düşdü. 1929-cu ildən 1932-ci ilə ilə qədər «Radio Korporeyşn» (Radio Corporation) şirkətinin səhmlərinin kursu 33 dəfə, «Nyu-York Sentral» (New York Central) -51 dəfə, «Kraysler» (Chrysler) – 27 dəfə, «Ceneral Motors» (General Motors) – təqribən 80 dəfə, «Ceneral Elektrik» (General Electric) – 11 dəfə, «Yunaytid Stil» (United Steel ) 17 dəfə ucuzlaşdı. Bir neçə gündən sonra «qara bazar ertəsində» - oktyabrın 28-də 16,4 milyon səhm satılmışdır. Nəticədə kapitalların birjadan kütləvi axını başlamış, dolların kursu sürətlə düşmüş və bu da kiçik səhm sahibləri arasında çaxnaşma yaratmışdır. Səhm kurslarının düşməsi 15 milyondan 25 milyona qədər amerikalıya təsir etdi. Onların əksəriyyəti bir anda müflisləşdi. Bu proses üç ildən artıq müddət ərzində davam etdi, 1929 -1933-cü illərdə isə səhmlərin ümumi dəyəri təqribən 4,5 dəfə aşağı düşdü. 1929-cu ildən 1932-ci ilə qədər Dou –Cons (Dow Jones Industrial) sənaye indeksi 90% aşağı düşdü. Müəyyən müddətlərdə indeksin ucuzlaşmasında xüsusi intensivlik qeyd olunmuş, 1929-cu ildə oktyabrın 24-dən 28-ə kimi 20%, 1932-ci ildə avqustun 5-dən 10-a kimi 15,15%, 1933-cü ildə iyulun 17-dən 22-ə kimi 16,66% olmuşdur.
Birga çaxnaşmasının bütün dövrü ərzində Nyu –Yorkdan kənarda yerləşən banklar və digər kreditorlar öz broker- müştərilərinə borcu ödəmək tələbi ilə həmlə edirdilər. Nyu –Yorkun Federal ehtiyat bankının prezidenti L. Harrison bank sahəsindəki qeyri stabilliyi aradan qaldırmaq üçün bankların –FES üzvlərinin kreditləşdirilməsi üçün geniş imkanlar verdi. Məqsəd borclara olan tələbat axınını bu bankların ehtiyat məbləği ilə balanslaşdırmaq idi. Bundan başqa, Federal bank qiymətli kağızların alışı üzrə açıq bazarda 160 milyon dollarlıq əməliyyat keçirmişdir. Bu, FES-in Açıq Bazar Komitəsinin tövsiyə etdiyi məbləği üstələyirdi. Iqtisadiyyat üçün likvid vəsaitlərin təqdim edilməsi üzrə FES siyasətinin nəticələri əsas göstəricilərin dinamikasında enişdən ibarət oldu. 1929-cu ilin avqustundan 1930-cu ilin oktyabrına kimi sənaye istehsalı 26% azaldı, topdan qiymətlər 14% , şəxsi gəlirlər 16% aşağı düşdü. 1933-cü ildə isə sənayenin ümumi həcmi 1929-cu illə müqayisədə 46% azaldı və 1911-ci ilin səviyyəsinə gəldi.
1929-cu ildən 1930-cu ilə kimi aqrar və müstəmləkə ölkələrin valyutaları güclü şəkildə qiymətdən düşdü. Buna səbəb dünya bazarında xammala olan tələbatın kəskin düşməsi və onun qiymətinin 50-70% ucuzlaşması idi. Bu isə həmin malları idxal edən ölkələrə nisbətən daha böyük ucuzlaşma idi. Aqrar və müstəmləkə ölkələrin kasad valyuta ehtiyatları ödəniş balansının kəsirini ödəmək iqtidarında olmadığına görə, bu ölkələrin valyuta kursları aşağı düşürdü (Avstraliyada, Argentinada 25-54%, Meksikada 80%).
Böyük depressiyanın davamı 1930-cu ildə noyabr-dekabr ayında baş vermiş bank böhranı oldu. Bankların ümummilli qeyri stabilliyinin təkanı kənd təsərrüfatı regionları oldu. Vahimə içində olan depozit sahibləri noyabr ayında depozit məbləği 180 milyon dollar olan 256 bankın müflisləşməsinin, dekabr ayında isə depozit məbləği 372 milyon dollardan çox olan 352 bankın müflisləşməsinin, o cümlədən dekabrın 11-də depozit məbləği 200 milyon dollardan çox olan Birləşmiş Ştatlar Bankının müflisləşməsinin şahidi oldular. Ümumiyyətlə, 1929-1933-cü illərdə 135 mindən çox ticarət və sənaye şirkəti, 19 iri dəmiryol şirkəti müflisləşdi, 5760 bank və onların milyonlarla əmanətçisi iflasa uğradı. Təkcə 1932-ci ildə korporasiyaların itkiləri bütövlükdə 3,5 milyard dollar təşkil etdi.
1932-ci ilin noyabrında F.Ruzveltin seçkilərdəki qələbəsindən sonra aydın oldu ki, yeni hökumətin artıq müzakirə etdiyi real imkan var və bu, Amerika dollarının qızıl standartdan azad edilməsidir. Xarici ölkələr dollara təzyiq göstərmək iqtidarında deyildilər. 1932-ci ildə onlar artıq öz depozitlərini şərti vahidlərə keçirmişlər. Tələb oluna bilən qızılın hamısı isə ölkədən çıxarılmışdır. Qızılın Avropaya sızma qorxusu heç bir əsasa malik deyildi. Birləşmiş Ştatlar 1932-ci ilin əvvəli ilə müqayisədə, 1932-ci ilin sonunda daha böyük qızıl ehtiyatlarına malik idilər. Bundan əlavə, Amerika qızılı dünyanın bütün qızıl ehtiyatlarının 40%-ni təşkil edirdi, ticarət balansı profisit idi, milli qiymətli kağızların xarici sahibləri isə ABŞ-da bütün xarici investorların beşdə birini təşkil edirdi.
Mümkün ola bilən təhlükə Amerika investorları tərəfindən kapitalın hərəkətində və qızılın çıxardılma imkanında idi. Şəxsi sahibkarlar Ruzveltin qızıl standartla bağlı siyasətinin reallaşdırılmasından ehtiyatlanaraq, qızılı ixrac etməyə başladılar. Şəxsi bank sahibləri isə, öz növbələrində, dollarları satıb sterlinqləri almaq qərarına gəldilər. Funt əvəzinə dollar alan ingilis bankları qızılı öz hesablarına köçürürdülər. Təəssüf ki, həmin dövrdə Federal ehtiyat bankı valyuta bazarının bütün alət və rıçaqlarına malik olmadığından əl-qol açan möhtəkirlərə qarşı müqavimət göstərə bilmirdi. Federal ehtiyat sisteminin banknotlarının xeyli sayda buraxılması valyuta depozitlərinin payını artıraraq, ehtiyatların payını müvəqqəti olaraq qanunvericiliklə müəyyənləşdirilmiş səviyyədən aşağı azaltdı. Bu səviyyə dövriyyədəki banknotların qızılla 40%-i idi. Nyu- Yorkun Federal ehtiyat bankında qopan çaxnaşma «bank tətillərinin» tətbiqi üçün əsas oldu. 1933-cü ilin ilk aylarında bank sistemi iflasın astanasında idi. Əmanətçilərin əksəriyyəti qızıl və dollarları bankdan çıxararaq onları evdə saxlamağa üstünlük verirdi. Cəmi iki gün ərzində, 1933-cü il martın 2-də və 3-də banklardan 500 milyon dollar çıxardılmışdır. Bank böhranının kəskinləşməsinin daha bir səbəbi ondan ibarət idi ki, banklar özləri də bazara çoxlu sayda təmin edilməmiş qiymətli kağızlar atırdılar. Bu qiymətli kağızlara olan inam sürətlə azalırdı. Çaxnaşma nəticəsində ölkənin əsas maliyyə mərkəzlərində – Nyu-York və Illinoys ştatlarında yerləşən banklar bağlanmağa başladı. Bir çox ictimai xadimlər və siyasətçilər bankları milliləşdirmək tələbi ilə çıxış etsələr də, F.Ruzvelt buna getmədi, 1933-cü ildə martın 6-da ölkədə fəvqəladə vəziyyəti tətbiq edərək bütün bankları bağladı. Bir həftə ərzində (bank tətillərində) banknotların qızıla mübadiləsi dayandırıldı. Qızıl dövriyyədən çıxarılırdı. Bu müddət ərzində fövqəladə bank qanunu qəbul edilmişdir. Bu qanuna əsasən, bütün banklar üç qrupa bölünürdü: birinci qrupa «sağlam» banklar daxil idi. Onları dərhal açmaq mümkün idi. Ikinci qrupa yenidən fəaliyyət göstərmək üçün kiçik kömək tələb edən banklar daxil idi. Üçüncü qrupda ümidsiz banklar toplaşmışdı və onları ləğv etmək lazım idi. Martın 15-dən «sağlam» hesab edilən banklar işləməyə başladılar. Onların sayı 1932-ci ildə 6145-dən 1933-cü ildə 4890-a qədər azaldı.
1933-cü ildə qızılın xaricə aparılmasına və möhtəkirlik məqsədilə şəxsi əllərdə toplanmasına qadağa qoyan qanun qəbul edildi. Hiperinflyasiyadan qaçmaq üçün qızılın əhalidən alınması üzrə tədbir həyata keçirildi. Əhalidən alınan qızılın qiyməti dolların qızıla nəzərən kursunu üstələyirdi. 1933-cü ilin sonuna kimi 187,8 milyon dollarlıq qızıl alınmışdır. Bu isə valyuta kursunu süni şəkildə aşağı salmağa imkan verirdi. Eyni zamanda qızılla təmin edilməmiş yeni banknotların buraxılışı da başlandı. Bu, qızıl standartdan uzaqlaşmaq və qızıla nəzərən dolların qiymətdən düşməsi demək idi. 1934-cü ilin yanvar ayında dolların devalvasiyası keçirilmiş və bu zaman onun qızıl tərkibi 1929-cu illə müqayisədə 41% aşağı düşmüşdür. Gümüş pulların kəsilməsi başlanmış, yəni ölkədə bimetallizm bərqərar olmuşdur. Federal ehtiyat banklarından qızıl ehtiyatı çıxardılır, xəzinəyə verilir, əvəzində qızıla bərabərləşdirilmiş və bank ehtiyatını təmin edən qızıl sertifikatlar təqdim olunurdu. 1934-cü ilin əvvəlində qızıl ehtiyatı haqqında qanun qəbul olunmuşdur. Bu qanun qızılın qiymətini - troya unsiyasına 35 dollar tərtibində müəyyənləşdirmişdir. Dolların devalvasiyası sayəsində gəlirin bölüşdürülməsi borc kapitalının yox, sənaye kapitalının xeyrinə dəyişdi. Bununla da kredit sferasında kütləvi müflisləşmələr aradan qaldırıldı, inhisarların hökumətə borcları azaldı, ABŞ-ın ixrac imkanları gücləndi.
1932-1933-cü illərdə Qlas –Stiqalın bank fəaliyyəti haqqında qanunu (Glass – Steagall Act of 1932) qəbul edilmişdir. Bu qanuna uyğun olaraq, bankların depozit və investisiya funksiyaları ayrılır və Depozitlərin Sığortalanması üzrə Federal korporasiya yaradılırdı. Bununla da, dövlət əmanətlərin sığortalanmasını öz üzərinə götürürdü. Məqsəd əmanətçilərin banklara olan etibarını yüksəltmək və bu sferadakı gələcək müflisləşmələri aradan qaldırmaq idi. Dövlət həmçinin əmanətləri bankların pul vəsaitlərinin istifadəsi ilə bağlı risklərdən qorumaq öhdəliyini öz üzərinə götürürdü. Sığortalanacaq əmanətin ölçüsü ilkin olaraq hər bir hesabda 2500 dolları keçməməli idi (sığorta bankların ödədiyi sığorta yığımları ilə təmin olunurdu). 1934-cü ilin əvvəlində ölkənin bütün banklarının, demək olar ki, 80 faizi öz depozitlərini sığortalamışlar. Daha sonra sığortanın diferensiallaşma ölçüsü müəyyənləşdirilmişdir. 10 min dollara qədər olan depozitlər 100%-lik sığortaya, 10 min dollardan 50 min dollara qədər olan depozitlər – 75%, 50 mindən yuxarı olanlar isə 50%-lik sığortaya aid edilirdi. Bundan başqa, nəzərdən keçirilən qanun qiymətli dövlət kağızlarını banknot təminatına qəbul etməyə icazə verirdi. Bu, ABŞ-ın pul sisteminin inkişafında mühüm dönüş nöqtəsi idi, çünki onun mərkəzləşdirilmiş qızıl ehtiyatından asılılığı əhəmiyyətli dərəcədə zəifləyirdi.
FES özünün mövcud olduğu ilk iki onillikdə vahid monetar siyasətə nail ola bilmədi. Bu isə sonralar bütün FES-də qismən dəyişikliklərin aparılması zərurətini doğurdu. 1940-cı ildən 70-ci illərə qədər Bretton-Vud valyuta sistemi fəaliyyət göstərirdi. Bretton-Vud valyuta sistemi ABŞ-ın pul-kredit sisteminin müəyyən dövr üçün stabilləşməsinə kömək edirdi. Lakin dollar standartının böhranı təkcə bütün dünya valyuta sistemində yox, ayrı-ayrı ölkələrin kredit sistemlərində də islahatların aparılması zərurətinə gətirib çıxardı. 1970-ci ildə ABŞ-da «Bank holdinq şirkətləri haqqında» Akta, «Beynəlxalq bank işi haqqında» Akta (1978), «Tam məşğulluq və balanslaşdırılmış inkişaf haqqında» Akta (1978), «Depozit müəssisələrin işinə dövlət müdaxiləsinin ləğv edilməsi və valyuta nəzarəti haqqında» Akta (1980) düzəlişlər tətbiq edilmişdir.
Hal-hazırda Federal ehtiyat sistemi aşağıdakı funksiyaları yerinə yetirir: