Marketinqdə rəqiblərin analizi

Marketinqdə rəqiblərin analizi

Sektorda yerini möhkəmləndirmək və uğur qazanmaq istəyən biznes sahibləri, rəqiblərinin müəyyənləşdirilməsinə, onların nə etdiyinə, fərqli nələr edə biləcəklərinə və rəqiblərindən necə bir addım öndə olacaqlarına nəzər yetirirlər. Rəqiblərin analizi, imkanları müəyyən etməyə və müəyyən biznes fəaliyyətlərinə aid olan təhlükələri nəzərə almağa imkan verir. Bununla bağlı rəqiblərin diqqətli təhlili öz müəssisənizin uğurlu inkişafı üçün optimal həllər və tədbirlər hazırlamağa kömək edir. Biznes strategiyasını effektiv olaraq formalaşdırmaq, əsasən rəqiblərin müəyyən hadisələrə reaksiyalarını düzgün proqnozlaşdırma qabiliyyətindən asılıdır.
Marketinqdə rəqiblərin analizi
Marketinq bazarında rəqiblərin analizi marketinq strategiyasının əsasını təşkil edir. Belə ki, rəqiblər sizin fəaliyyətinizə çox böyük təsir edə bilər və müştərilərinizi ələ ala bilərlər. Hər bir şirkətin fəaliyyət göstərdiyi rəqabət mühitini izləməsi olduqca vacibdir. Rəqiblərin analizi, rəqib şirkətlərinin məqsədlərinin zəif və ya qüvvətli yerlərinin müəyyənləşdirilməsi ilə nəticələnən effektiv bir yoldur.
Rəqiblərin analizinə başlamazdan əvvəl biznes sahəsində rəqabəti müəyyənləşdirməlisiniz. Bu mərhələdə, rəqibləri seçmək və onların üstünlüklərini müəyyən etmək vacibdir. Bunun əsas səbəbi məhsul və ya xidmətinizin bazara daxil olduqdan sonra inkişaf yolunu müəyyən etmək və hər hansı yeni vəziyyətə dair fəaliyyət planını tətbiq etməyə hazır olmaqdır. Rəqiblərin fəaliyyətinin analizi bir neçə istiqamətdə aparılır. Bunlar arasında aşağıdakıları qeyd etmək olar:
  • mənfəət
  • kommersiya müəssisəsinin ölçüsü
  • malların və ya xidmətlərin xüsusiyyətləri
  • bazarın sahəsi
  • malların və xidmətlərin müştərilərə təqdim edilməsi üsulları.
Rəqiblərin analizində hansı suallara cavab axtarmaq lazımdır?
  • Rəqibləriniz kimlərdir?
  • Hansı məhsul və ya xidmətləri istehlakçılara təklif edirlər?
  • Strategiyaları nədir?
  • Reklam üçün hansı üsullardan istifadə edirlər?
  • Güclü və zəif cəhətləri hansılardır, sizə bənzəyirlərmi?
  • Sizin üçün nə qədər təhlükəlidirlər?
  • Strategiyaları biznesinizə necə təsir göstərir? və.s
Güclü bir rəqibə hücum etmək üçün, bütün resurslarınızı toplamalı və rəqibin hər hansı bir hərəkətinə dərhal cavab verməlisiniz. Rəqiblərin analizi prosesi hər zaman davamlı olaraq yenilənməli olan bir prosesdir.
 
Mənbə: seven.services
Top