Satış qıfının marketinqdə faydaları

Satış qıfının marketinqdə faydaları

Rəqəmsal marketinqdə əsasən  “sales funnel”,  “purchase funnel”,  “sales pipeline”  kimi ifadə olunan “Satış qıfı” termininə tez-tez rast gəlinir. Bir çoxlarının bu termin haqqında  demək olar ki, məlumatı olduqca azdır. Bu məqaləmizdə sizlərə satış qıfının marketinq üçün  faydaları haqqında məlumat verəcəyik.
Satış qıfı nədir? Satış qıfının marketinqdə faydaları
Bir müştərinin  məhsulunuzla maraqlandığı andan, satın aldığı ana qədər olan, bir neçə ardıcıl  mərhələlərdən ibarət prosesdir. Əsasən qıf və ya tərs çevrilmiş piramida şəklində təsvir edilir. Satış qıfı özünəməxsus olaraq bir neçə mərhələdən ibarətdir və müştərinin satış prosesinin hansı mərhələsində olduğunu bildirir. Bu mərhələlərdə müştəri sayının artıb və ya azalması şirkətin bununla əlaqdar gördüyü işlərdən asılıdır.Satış qıfı marketinq və satışın effektivliyini qiymətləndirməyə kömək edir və bu məhsuldarlığı artırmaq üçün istehlakçılarla ünsiyyət qurur. İlk növbədə, potensial alıcıların problemlərini və tələbatlarını başa düşməlisiniz. Bu satış prosesinin uğurlu olması üçün effektiv nəticə verəcəkdir.
Hər bir şirkətin müxtəlif mərhələlərdən ibarət bu cür  satış qıfı ola bilər. Marketinqdə hədəf  kütləsinin, satış prosesinin  hansı mərhələsində olduğunu bilmək şirkət üçün olduqca əhəmiyyətlidir. Bunun əhəmiyyəti ondan ibarətdir ki,  şəkildən də göründüyü kimi hər mərhələdə  müştərilərin sayı bir-birindən fərqlənir, alıcı müştərilərin sayı kifayət qədər deyil və buradan da belə nəticəyə gəlmək olar ki, şirkət bu nəticələrə əsasən, idarəetmənin keyfiyyətini  və satışın istənilən mərhələsində səylərini daha da artırmağın zəruriliyi barədə qərarlar qəbul etməli, daha çox potensial alıcıları cəlb etmək üçün bununla bağlı tədbirlər görməlidir.
Marketinqdə satış qıfı satışların idarə olunması üçün universal bir vasitə sayılır. Belə ki, satışın proqnozlaşdırılması, satış planının hazırlanması, satış prosesinin hər mərhələsində müştəri sayının təyin olunması, lazımi reklam materiallarının hazırlanması və s. kimi proseslərin həllində əhəmiyyətli rol oynayır.
Satış qıfı həm də satış menecerlərinin performansını təhlil etmək üçün idealdır. Satış menecerlərinin əsas hədəfi qıfın alt hissəsini mümkün qədər genişləndirməkdir, yəni, potensial müştərini, real alıcı müştəriyə çevirməkdir.
Əgər siz də satışlarınızda uğur qazanmaq istəyirsinizsə, bu sahədə kifayət qədər təcrübəli olan Seven Services şirkətinə müraciət edib, satışlarınızı artıra bilərsiniz.


Mənbə: seven.services
Top