14. Hücum və müdafiə rəqabət strategiyaları

14. Hücum və müdafiə rəqabət strategiyaları

Uğurlu rəqabət strategiyası seçilmiş bazarda güclü mövqeyin yaradılması üçün hücum və müdafiənin qurulmasından ibarətdir. Ən görkəmlililəri Kotler və Sinq (Kotler and Singth, 1981), Ceyms (James, 1984), Ris və Traut  (Ries and Trout, 1986) olan bir sıra alimlər hərbi əməliyyatlarla bazardakı rəqabət mübarizəsi arasında anologiya aparırlar. Onlar prinsipal mövqe nümayiş etdirirlər: biznes strategiyasının aparılması üçün dərsləri hərbi strateqlər tərəfindən hazırlanmış hərbi hərəkət və prinsiplərinin öyrənilməsindən öyrənmək olar. Doğrudan da, bütün dünyada korporasiyaların strateqlərinin kitab rəflərində tez-tez Sun-Tszının (Sun Tzu –Trai, 1991; Khoo, 1992) əsərlərini və Klazuevitsin (Clausewitz, 1908) fonunu görmək olar.
Uğur üçün ağlın, həmçinin, (bəzən) əzələ gücünün lazım olduğu müxtəlif idman yarışlarında, əyləncələrdə və komanda oyunlarında tətbiq olunan yanaşmalardan da çox şey götürmək olar. Kriket üzrə İngiltərə yığmasının keçmiş kapitanı Maykl Brerli və reqbi üzrə Uill Karlinq kimi uğurlu idmançılar karyeralarını müvəffəqiyyətlə bitirmişlər və idmandan gedəndə sonra korporativ inkişaf üzrə strategiyalar və motivləşdirmələr haqqında seminarlar həyata keçirilər.
Bu fəsildə getdikcə daha da canlanan və rəqabətli bazarlarda, müştərilər uğrunda mübarizədə təşkilatların tətbiq etdiyi strategiya tiplərinin tədqiq üçün hərbi və idman analogiyalarından istifadə olunur.
Fəsildə təşkilatların istifadə etdiyi beş baza strategiyası nəzərdən keçirilir: quruculuq (və ya artım) strategiyası, yubatma (və ya saxlama), yuva (və ya məqsədli istiqamətlənmə), məhsul yığımı (və ya nəticənin əldə edilməsi) və ləğv etmə (tutma). Müzakirə planı Kotlerə (Kotler, 1997) və Ceymsə (James, 1984) görə hazırlanıb.

Top