13.2 Rəqabətli üstünlüyün ümumi yolu

13.2 Rəqabətli üstünlüyün ümumi yolu

2-ci fəsildə qeyd olunduğu kimi, Porter (Porter, 1985) rəqabətli üstünlüyün yaradılmasının iki əsas yolunu müəyyənləşdirib. Porter onları xərclər və diferensiasiya üzrə üstünlük adlandırıb. Onlardan hər birinin əldə edilməsi üsulunu tədqiq edən Porter (Porter, 1985) kompaniyanın fəaliyyətini “dəyər əlavə etmə zənciri ilə” – xammalın daxil olmasından və digər resursların əldə edilməsindən tutmuş son çatdırma və müş­tə­ri­lərə satışdan sonrakı xidmətə qədər — müqayisə edərək sistemli yanaş­madan istifadə edir. Dəyərin əlavə edilməsi zəncirinə 8-ci fəsildə, rəqib­lərin təhlili prosesində baxılmışdır (bax, şəkil 8.5). Dəyərin əlavə edilməsi zəncirindən hər bir fəaliyyət növü — əsas fəaliyyət növləri və yardımçı funksiyaları – son məhsulun və ya xidmətin dəyərinin yüksəldilməsində istifadə edilə bilər. Lakin, bu əlavə edilmiş dəyər, adətən, daha aşağı qiymət və ya yüksək qiymətləndirilən unikallıq formasını ala bilər. Variantlar şəkil 13.3-də verilib.
Şəkil 13.3. Rəqabətli üstünlüyün yaradılmasının ümumi yolları
Top