Bazarın/seqmentin qiymətləndirilməsinin bəzi real meyarları həddən artıq subyektiv və xüsusi ola bilər. Məsələn, pivəbişirmə zavodu öz məhsulu üçün alternativ bazarları qiymətləndirərək bazarın cazibədarlıq meyarlarını aşağıdakı kimi müəyyənləşdirmişdir:
Bizim qarşımızda keyfiyyətin və miqdarın, obyektivliyin və subyektivliyin əlaqələndirilməsi durur. Bununla belə, bu, həmin idarəetmə qrupu üçün əhəmiyyətli olan məsələlərdir. Real meyarların bəzilərinin bazarın iqtisadi təhlilinin deyil, korporativ mədəniyyəti və rəhbərliyin seçimini əks etdirməsinə baxmayaraq, onları daha dəqiq göstərmək olduqca vacibdir.
Virgin Group son işlərində Virgin üçün cazibədar olacaq yeni bazarların meyarlarını qəti surətdə müəyyənləşdirmişdir. Korporasiyanın inkişaf üzrə direktoru Bred Rasor elan edir ki, Virgin, bazara, ən azı aşağıda verilmiş dörd meyara cavab verdiyi halda vəsait investisiya etmək niyyətindədir (Piercy, 1997):
Burada Virgin-in missiyası verilib – “yüksək keyfiyyətli məhsulları biznes-klass qiymətinə” təqdim etmək və brendi yeni bazar imkanlarına uyğun istifadə etmək.