İqtisadi tərəddüdlərə meyllilik
Siyasi və hüquqi amillərdən ciddi təsirlənən bazarlar iqtisadi qeyri-müəyyənliyin təsirinə məruz qalan bazarlar kimi ümumi halda müdafiə edilmişlərə nisbətən cazibəsizdirlər. Belə amilləri bazara daxil olmaq üçün məlumatlı olmayan kök salmış rəqiblərə (məsələn, köhnə dövlət inhisarlarının müdafiəsi aradan qaldırılır)qarşı istifadə etmək halları əlbəttə ki istisna təşkil edir. Tənzimləmə səviyyəsi Sosial qəbul etmə və fiziki mühitin təsiri Son
Bəzi bazarlar digərlərinə nisbətən iqtisadi tərəddüdlərə daha çox meyllidirlər. Xüsusən də əmtəə bazarları tez-tez geniş iqtisadi dəyişikliklərin təsirinə məruz qalır ki, bu da belə bazarın iştirakçılarının onları idarə etmək imkanlarının az olduğunu göstərir. Məsələn, 1990-cı illərin ortalarında, Yeni Zelandiyanın yun parça ixracatçıları sənayesi, dünya tələbinin azalması və ölkədə yun parça ehtiyatlarının toplanması nəticəsində Avstraliyanın yun parçanın minimal qiymətinin 20 faizədək azalması barədə çıxartdığı qərardan çox əziyyət çəkmişdir. Avstraliya əsas mallar bazarında elə dominant mövqe tutur ki, Yeni Zelandiya onun qaydaları ilə oynamaq məcburiyyətində qalır.
Nəzərdən keçirilən bazarlarda tənzimləmə səviyyəsi təşkilatın fəaliyyətində nə qədər azad olacağını göstərir. Adətən, az tənzimlənən bazarlar sərt tənzimlənən bazarlara nisbətən novator metodlarla fəaliyyət göstərən operatorlara böyük imkanlar yaradır.
Lakin, bu qaydadan istisna da var. Tənzimlənən bazarlar onun iştirakçısı olan kompaniyaları daha böyük müdafiə edə bilərlər. Bu, bazara daxil olmanı səmərəli surətdə məhdudlaşdıraraq (və ya maksimal qiymət müəyyənləşdirir) beynəlxalq rəqabətdən müdafiə tədbirlərini əhatə edə bilər (avropa avtomobil istehsalçılarının kvotanın köməyilə yapon avtomobilləri idxalından müdafiə kimi). Ancaq, burada xəbərdarlıq etmək lazımdır. Dünya təcrübəsi göstərir ki, müdafiə qeyri-səmərəlilik yaradır və indi, dünya ticarətində baş verdiyi kimi, müdafiə tədbirləri ləğv edildikdə, real dünya rəqabətindən ayılan sahələr yenidənqurmanın çətinlikləri ilə qarşılaşırlar.
Ətraf mühitin müdafiəsinə diqqətin güclənməsi və “yaşıl” partiyaların meydana gəlməsi ilə kompaniyaların siyasəti getdikcə daha çox öz işlərini qurmağa hazırlaşdıqları bazar məqsədinin sosial əhəmiyyətinə diqqət göstərməyə yönəlir. Xüsusən də kompaniya ən müxtəlif fəaliyyət növləri ilə məşğul olduğu hallarda, onun bir bazara çıxışının digər fəaliyyət növlərinə necə təsir göstərdiyini nəzərə almaq vacibdir.
Təbiətin, onun flora və faunasının qorunmasına diqqətin artması ilə, indi, bəzi kosmetika kompaniyaları öz məhsulları üçün canlı mənşəli olmayan inqrediyentlərin axtarılması ilə məşğuldurlar, aerozol istehsalçıları isə freonların yerinə ozon qatına zərər vurmayan qaz-sıxışdırıcılardan istifadə etməyə başlamışlar. Kosmetika malları və tualet ləvazimatlarının istehsalçısı və pərakəndə taciri The Body Shop, vegeterianların dəyərlərindən istifadə edərək hazır vegeterian yeməklər brendi Linda McCartney’s kimi, heyvan mənşəli olmayan inqrediyentlərdən istifadə etdyini elan edərək özünə bazarda həddən artıq uğurlu mövqe tutub.
Bazarın keyfiyyəti bir sıra amillərdən asılıdır. Bütün digər şərtlərin sabitliyi daxilində böyük və genişlənən seqmentlər perspektivə geniş imkanlar açırlar. Amma, digər amillər nadir hallarda eyni olurlar, ölçü və artım öyrənilməsi lazım olan yeganə amillər deyildir. Kompaniyanın seqmentdə asan müdafiə olunan və dəyərli mövqeyinin yaradılması üçün miyas xüsusilə vacibdir. Burada təqdim olunan seqmentə münasibətdə kompaniyanın davamlılığının dəqiq müəyyənləşdirilməsi də tələb olunur.