Bazarın iqtisadi xarakteristikasını və istifadə edilən texnologiyanı daha geniş əks etdirən məsələlər aşağıda verilib.
Bazara daxil olmağa maneə
Bazardan çıxmağa maneə Təchizatçının bazar gücü
Texnikadan istifadə səviyyəsi Lazımi investisiya Mümkün zolaq (marja)
Müdafiə olunan texnologiya və ya digər məhsullara keçmənin yüksək dəyəri olan bazarlar oranın iştirakçılar üçün cazibədar, iddiaçılar üçün isə cazibəsizdir. Uzunmüddətli perspektivdə ancaq barmaqla sayılacaq qədər bazarın daxil olma üçün ciddi maneələrə malik olmasına baxmayaraq, əksər kompaniyalar üçün bu maneələri aşmaq bütün təşəbbüsləri həddən artıq bahalı və iqtisadi cəhətdən sərfəsiz edə bilər.
Əksinə, kompaniyaların müdafiə üçün yararsız və ya sərfəsiz mövqelərin əsiri ola biləcəyi bazarlar mahiyyətcə cazibədar deyillər. Məsələn, bəzi yeni potensial bazar məqsədləri əhəmiyyətli investisiya maneələrinə (daxil olmağa maneə) malik ola bilər və əgər kompaniya bu maneəni aşsa, onda, o, yaratdığı gücdən istifadəni davam etdirmək məcburiyyətində qalacaq. Digər bazarlarda nüfuzlu müştərilər daha zəngin sektorlarda işlə məşğul olmaq müqabilində məhsul/xidmətin tam spektrini tələb edə bilər. Yüksək riskə malik yeni məqsədli bazarlara xidmət göstərməyə keçmə zamanı əsas diqqəti, kompaniyanın mövqeyinin müdafiə olunmaq üçün yararsız olduğu təqdirdə, çıxma strategiyasına yönəltmək lazımdır.
Lazımi məhsul və xidmətlər yaratmağa imkan verən xammal təchizatını və üçüncü tərəfin digər paylarını da nəzərə almaq lazımdır. Təchizatçıların inhisarda olduğu və ya inhisara yaxın olan gücə malik olduğu bazarlar, bir-birilə rəqabət aparan müxtəlif təchizatçıların xidmət göstərdikləri bazarlara nisbətən az cazibədardırlar (bax, Porter, 1980).
Texnikadan istifadə və onun səviyyəsi müxtəlif rəqiblər üçün bazar məqsədlərinin cazibədarlığına müxtəlif cür təsir edir. Texniki baxımdan daha qabaqcıl kompaniyalar öz təcrübələrindən tam olaraq istifadə edəcəkləri və bu xüsusiyyətin digər kompaniyaların daxil olmasına maneə olacaq bazarlara maraq göstərirlər. İnsanlar və insani münasibətlər kimi digər sferalarda vərdişlərə və güclü tərəflərə malik texniki baxımdan daha zəif inkişaf etmiş kompaniyalar texnika ilə daha az səviyyədə bağlı olan bazarlara daha uyğundur.
Lazımi investisiyanın, maliyyə və digər öhdəliklərin həcmi bazarın cazibədarlığına təsir göstərir və bəzi kompaniyaların eyni zamanda bir neçə bazar məqsədinə malik olmasını qeyri-mümkün edə bilər. İnvestisiya tələbləri daxil olmağa maneə olmaqla iştirakçıları müdafiə edə və iddiaçıların daxil olmasını əngəlləyə bilər.
Nəhayət, maya dəyəri və satış qiyməti arasında fərq müxtəlif bazarlarda müxtəlif olacaq. Bunun səbəblərindən biri qiymətə həssaslıq, digəri isə rəqabət mübarizəsidir. Qida məhsullarının pərakəndə ticarət sferasında, bildiyiniz kimi, fərq böyük olmadığı halda (2-10 faiz), digər bazarlarda o 50 faiz və daha çox ola bilər.