İnternetdə reklam verənlər, oyanın və kofenin iyindən ilhamlanın! Yox, ciddidir. İy marketinq mütəxəssislərini, reklam yayımının onlayn və offlayn vasitələrinin əlaqələnməsinin dəbli nəzəriyyəsini yoxlamağın mümkün olduğu çox az yerlərdən birinə aparmalıdır.
İnternet-kafedə standart internet xidmətləri və ya portallarının təchizatçılarında çox vaxt tapa bilməyəcəyiniz nəsə var –“yerinə sədaqətli” ziyarətçilər, yoxlanılmış ödəmə modeli, ekranda brendinq bildirişinin olduğu maddi aktivlər.
Əksər kafelər, xüsusən də müstəqil olanlar, müəssisənin açılmasına sabit xərcləri və cari xərcləri müəyyən dərəcədə ödəmək üçün bütün gücləri ilə müştəri axınını və həcmini təmin etməyə çalışırlar. Evdə və ya işdə İnternetə girmə imkanlarının genişlənməsi, həmçinin məhdudiyyətsiz istifadə tariflərinin meydana gəlməsi ilə onların ölüm hökmünün imzalandığı güman edilirdi.
Əslində isə internet-kafelərin iri şəbəkələri çiçəklənir. Françayz müqaviləsi əsasında işləyən, 171 özəl kafeni birləşdirən İnternet Exchange beynəlxalq şəbəkəsi bildirir ki, “yaxın bir neçə həftə ərzində”, o, əməliyyat mənfəəti əldə etməyə başlayacaqdır.
Qənaətli aviakompaniyaların sahibi Stelios Hacı-İonnanın açdığı EasyEverything ən böyük kafelər şəbəkəsi hal-hazırda 8 ölkədəki 21 mağazada 9 500 iş yeri açmışdır. Bu yaxınlarda o, Afinada ilk françayzın açılması barədə sövdələşmə imzalamışdır ki, bu çox böyük ehtimalla, Budapeştdə yeni françayzinqin açılması ilə davam edəcək.
Hər iki şəbəkə öz nöqtələri vasitəsilə ayda orta hesabla uyğun olaraq 1 mln. və 2.2mln. internet-sessiyalarını təqdim etdiklərini bəyan edirlər, ancaq, istifadəçi bir vizitdə bir neçə sessiyanı ala bilər. ( Say ABC Electronic kompaniyasında yoxlanılmır, ancaq EasyEverythingin belə planları var.) Allegra Strategies konsaltinq agentliyinin hesabatına əsasən, sorğu aparılanların təxminən 60 faizi işdən və ya evdən kənar İnternetə daxil olmaq üçün vebkafeləri ən yaxşı yer hesab etmişlər. Allegra agentliyinin proqnozlarına görə 2000-ci ilin iyunundan 2002-ci ilin dekabrına kimi Birləşmiş Krallığın şəbəkələrində açılan nöqtələrin sayının illik 54 faiz artacağını gözləmək olar. Onların, öz yerlərinə “bərkidilmiş” kinozalların auditoriyaları və uçuş zamanı aviasərnişinlər üçün reklamı birləşdirmək və mərkəzi küçələrin mağazalarındakı kimi vitrin düzülüşü istəklərini nəzərə almaqla, şəbəkələr, reklamın yayılma vasitələrinə pul yatırtmaq niyyətindədirlər.
Hər iki şəbəkənin iddia etdiyinə görə, hətta, gərgin reklam şəraitində belə onlar sırf onlayn firmalarına nisbətən daha yaxşı nəticələr göstərə bilərlər. İnternet Exchange bildirir ki, mağazalarda satışın stimullaşdırılması işləri Mars and Virgin üçün bəzi onlayn kampaniyalarında istifadəçilərin 5 faizindən 50 faizinədəki vebqovşaqda yerləşdirmə prosesində reklam elanlarını seçiblər. EasyEverything onlayn kampaniyaları üçün standart qiymətləri verir. Bir şıqqıltı 1 funt sterlinqə başa gəlir – bu bazar kursundan yuxarıdır. EasyEverything şəbəkəsində home-page informasiya kanallarının sponsorları üç aylıq icarə müddətinə görə 2 000-dən 10 000 funt sterlimqə qədər ödəyirlər.
EasyEverything-inicraçı direktoru Moris Kellinin sözlərinə görə belə yüksək dərəcələr aşağı texnolojiliyin birbaşa nəticəsidir. “Birləşmiş Krallıqda McVities üçün ən dəyərli yer supermarketlərin divarları olacaqdır, ona görə ki, brendinq imkanları satış yerlərinə maksimal olaraq yaxınlaşır, – Kelli iddia edir. – Mənim seçim etmək üçün milyon vebsaytım var. Easyeverything-in ticarət nöqtələrində reklam edənləri əhatə edən istifadəçiləri alan internet-kompaniya, müştərini öz vebsaytına istiqamətləndirə bilər”.
Satış üçün yer kimi ən müxtəlif elementlər ola bilər, siçan, monitor və telefon (İnternet vasitəsilə beynəlxalq danışıqlarda istifadə edilən) üçün örtük yapışdırmadan tutmuş vitrin və divar plakatlarına kimi. Plakatların istifadəsilə gələcək müştərilər sırasına BT və Consignia aiddir (keçmişdə - poçtun idarəetilməsi).
Spafax kompaniyası ilə birgə yaradılmış, WPP-ə məxsus, uçuş zamanı aviasərnişinlər üçün informasiya müşaiyəti və marketinqi üzrə ixtisaslaşan ee-media sales müəssisəsinin baş müdiri Mayk Roberts Easyeverything-in informasiya yayılması vasitələrində yerlərinin satışına görə cavabdehlik daşıyır. Onun üçün Londonun mərkəzi hissəsində Tottenhem Kort Roudda 540 yerlik bütöv bölmə brendinq üçün imkanlar sislisəsidir.
“Biz ayrı-ayrı klavişləri ticarət markası olan klaviatura klavişlərinə dəyişə bilirik. Bizim işçilər brendin təsvir olunduğu futbolkaları geyinə bilərlər. Döşəməmizdə, kofe fincanda firma etiketi ola bilər... ”, - o deyir.
Bu görüntünün bütün digər qalanlarının qarşısını almasından qabaq, qeyd etmək lazımdır ki, EasyEverything-in əsas fəaliyyət növü dəyişilməz qalıb. Kompaniya əvvəlki kimi İnternetə qoşulmuş kompüter yerlərinin satışı ilə məşğuldur. Xərclərin ödənilməsi üçün ona minimal orta yüklənməni təmin etmək lazımdır. Əvvəlcə belə yüklənmə ümumi yerlərin 40 faizi səviyyəsində müəyyənləşdirildi; hesablamalar kafelərin gecə-gündüz açıq qalmasına əsasən aparılmışdır, 1 saatı isə təxminən orta hesabla 1 funt sterliqə bərabər olacaqdı.
Aviabiletlərin satışı zamanı aviakompaniyalara tətbiq edilən “gəlirlilik” modelinə adaptasiya olunan mağazalar həcm və mənfəət arasında kompromiss nisbətini idarə etmək üçün daima giriş dəyərini dəyişdirirlər. Model dəyişib: indi qiymət saatı 1-3 funt sterliq arası təyin edilir və Kensiqton Hay-stritdə olan 580 yerlik kafe- kompaniyaya aid olan ən bahalı daşınmaz əmlak obyektlərindən biri-axşamlar tələbin azalması səbəbindən bağlanır. Lakin, indi kompaniyada həcmə üstünlük verilir. Reklamın onlayn yayılma vasitəsi, ehtimal ki, fərdiləşdirilmiş kommunikasiyanı təmin etməli olduğunu nəzərə alsaq, reklamverənlər bunumu istəyir? Kelli deyir: “Əgər bi öz müəssisəmizin bütün imkanlarını reklam fəaliyyətindən gəlir almaqda tükəndirsək, onda, belə hesab edirəm ki, informasiya qazıntısına keçəciyik. Biz reklamın yayılması vasitəsinə görə ancaq müştərilərin yaşı və miqdarına görə müəssisədə maraqlıyıq. Məhz buna görə, biz, bəzi brendlərə reklam daşıyıcısı kimi baxırıq”. EasyEverything-ə görə, onun istifadəçiləri əsasən 16-24 yaşlı yerli (müvəqqəti olsa da) sakinlərdir.
Baş çəkmə orta hesabla 50 dəqiqə olur və müştərilərin təxminən 40 faizi kafeyə həftədə üç dəfə gəlir. Şəbəkədə onlar müxtəlif saytlara girərək reklamın təsirinə məruz qalmaq əvəzinə, ancaq öz e-maillərinə baş çəkir və ünsiyyətə girərək başqalarından fərqlənmirlər.
Spafax UK-nın direktor-sərəncamçısı Meri Keyn-Douson auditoriyaya “çətin əldə edilə bilmələri ilə məşhur olan və eyni zamanda kompaniya üçün dəyərli olan müştərilər” kimi rəy verir. Onun sözlərinə görə, onların bir arzusu şübhəsizdir: onlar İnternetə ucuz və sürətli daxil olma istəyirlər.
Kelli əlavə edir: “Əgər siz reklamı portalda yerləşdirirsinizsə, onda, adətən, siz onların müştərilərinə, istədikləri sayta baş çəkmək istədikləri ana kimi daxil olmaq imkanı əldə edirsiniz. Biz, adamın EasyEverything-də oturduğu zaman ərzində inventarizasiyalı informasiya verə bilərik”.
Onlayn portallardan fərqləndirməni İnternet Exchange-in icraçı direktoru Simon Henderson daha birbaşa formada aparmışdır. Bu kompaniya daha az dərəcədə qiymətə, əsasən isə kütləvi bazarlara istiqamətlənib və onun kafeləri, adətən, EasyEverythingə nisbətən şəhərin mərkəzindən daha uzaqda yerləşir. Henderson müştərilərin əldə edilməsi dəyəri və İnternet Exchange-də və bir sıra onlayn portallarında reklam yayımı vasitələrinin satış həcminin müqayisəsi aparıldığı Meril Linç hesabatını tərtib edir.
Meril Linç qiymətləndirməsinə görə İnternet Exchange bir müştərinin əldə edilməsinə 4,20 funt sterlinq marketinq vəsaiti xərclədiyi halda, Liberty Surf 98,61 funt xərcləyir. Həmin şəbəkə üçün bir müştəriyə reklam yayımı vasitələrinin illik satış həcmi 25,57 funt təşkil etdiyi halda Freeserve-də bu rəqəm 5,28 funt və Yahoo-da isə 4,20 funtdur. Bu rəqəmlər kafe şəbəkəsinin ilk növbədə müştəri əldə etməsi üçün əvvəlcə infrastruktur yarada bilməyə böyük xərclər çəkməli olduğu barədə fikirləri tamamilə inkar edir. Yəqin ki, kafelər əhatəlilik baxımından onlayn firmaları ilə rəqabət apara bilməz. EasyEverything-inancaq nyu-york bölməsinin açılması və bazara daxil olması təxminən 3 milyon dollara başa gəlmiş və onun Nokia, Warner Bros və Virgin üçün kampaniyalar aparmasına baxmayaraq, əksər beynəlxalq cavan brendlər hələ irəliyə böyük addımlar atmalıdırlar. Allegra Strategies-dən Cefri Yanq kafe şəbəkələrinin əsas kampaniyalar aparması üçün kifayət qədər auditoriyasının meydana gəlməsi barədə şübhələrini bildirir.
Həm EasyEverything, həm də İnternet Exchange etiraf edir ki, öz büdcələrini bölməyə adət edən Britaniya alıcıları və agentliklərinə hələ offlaynla yanaşı onlayn informasiya vasitələrini almaq xüsusiyyəti xarakterik deyil.
Henderson iddia edir ki, reklamverən üçün, müxtəlif reklam yayımı vasitələrinə görə marketinqə çəkilmiş xərclərin səmərəliliyinin müqayisəsi əhəmiyyətlidir.
“Mənə bu bazarda hələ elə adam rast gəlməyib ki, xərclədiyi marketinq funtuna görə nə alacağını yoxlamasın və xərclərinin nəticələrini qiymətləndirməsin” – o deyir.
Mənbə: Carlos Grande ‘Internet Advertisers, Wake Up and Smell the
Cofee!’ Financial Times, Creative Business, 10 July, 2001,p.8