Proqnozlaşdırma metodlarını mükəmməl adlandıra bilməməyimizə baxmayaraq, bir şey aydındır: belə metodlar kifayət qədər çoxdur. Menecerlər belə suallar verirlər: Onlardan hansı kəsərlidir? Hansı metodlardan istifadə edək? Nə vaxt? Ən vacib prinsiplərdən biri istifadə edilən metodların çatışmamazlıqlarını dərk etmək və onları ancaq öz təyinatına uyğun istifadə etməkdən ibarətdir. Konkret halda kateqoriyalara bölmə sərt hesab olunmur və istənilən metodun bir və ya iki qonşu oyuq üçün tətbiq edilə bilən olması mümkündür. Misal üçün, ekspertlərin fikirlərindən həm tələbin ortamüddətli proqnozlaşdırılması, həm də texnoloji dəyişikliklərin proqnozlaşdırılması məqsədilə istifadə etmək olar. Vaxt sıralarının təhlili bəzən üç il öncədən satış həcmini dəqiq proqnozlaşdırmağa imkan verir, lakin, o, keçmişin gələcəkdə də sonsuz təkrarlanacağı kimi səhv fərziyyəyə əsaslanıb.
Cədvəl 9.1. Proqnozlaşdırma metodları, tətbiq məqsədləri və vaxt diapazonları Zaman müddəti Qısamüddətli Ortamüddətli Uzunmüddətli Kompaniyanın satışının həcmi Satış üzrə mütəxəssislərin fikri Alıcıların niyyəti Tələb Texnologiya Gələcək Vaxt sıralarının təhlili Əyrinin approksimasiyası Yayılma (diffuziya) Yayılma (diffuziya) Sərbəst izləmə metodu
Amillərin qarşılıqlı təsirinin təhlili Qısamüddətli proqnozlaşdırma məqsədləri üçün statistika mütəxəssisləri vaxt sıralarının təhlili metodunu daha da mürəkkəbləşdirmişlər. Statistiklər üçün deyil, menecerlər üçün xoşbəxtçilikdən müqayisəli tədqiqat göstərmişdir ki, sadə hamarlayıcı göstərici metodu səmərəlilik baxımından digərlərini üstələyir (Gardner, 1985); bundan başqa, Boks-Cenkins metodu kimi həddən artıq mürəkkəb metodlar proqnozlaşdırmanın dəqiqliyinin artması demək deyil (Makridakis et al., 1993). Məlum səbəblərdən bu kitabda həddən artıq mürəkkəb alternativ metodlar nəzərdən keçirilmir. Proqnozlar tərtib edərkən yadda saxlamaq lazımdır ki, əhəmiyyətli dəyişikliklər baş verməyən mövcud bazarlarda çətin ki, sabahkı günün bugünki gün kimi olacağı fikrinə əsaslanmış sadə modeldən yaxşı nə isə tapmaq olsun (Brodie and Kluyver, 1987). Həm də yadda saxlamaq lazımdır ki, keçmişə aid informasiyalarda çətin ki,qarşıda duran əhəmiyyətli dəyişikliklərin əlamətlərini tapmaq olsun, buna görə də belə əlamətlərin tapılması üçün ətraf mühiti diqqətlə öyrənmək lazımdır. Nəhayət, əgər ətraf mühit qeyri-sabitdirsə, onda biznesdə uğurun açarı proqnozlaşdırma sənətində deyil, elastiklikdə olacaq. Təcrübədən misal:Boeing Təyyarəqayırma sahəsində dünya lideri olan Boeing kompaniyası qarşıdakı 20 il ərzində hava daşımaları sferasında və 4 700 mlrd. ABŞ dolları olan yeni təyyarələr və aviaxidmətlər bazarının həcmində ilə 4,7 faizə bərabər artım proqnozladşırır. Mənbə: Andrew Edgecliffe-Johnson, “Boeing predicts fleets to double”,
Metodların dəqiqliyinin müqayisəsinə əsaslanmış tədqiqat iki səbəbdən faydalıdır: onlar daha səmərəli metodları aşkarlamağa imkan verir və mürəkkəb riyazi metodların heç də həmişə sadələrdən daha əlverişli deyil olduğu fikrini şübhə altına alır.
Proqnozlaşdırma
(1 ilə qədər)
(1 ildən 3 ilə qədər)
(3 ildən daha çox)
Vaxt sıralarının təhlili
Təchizat əmsalları
Konsepsiyanın yoxlanması
Bazar əmsalı
Satışın çoxölçülü proqnozlaşdırılması
Sınaq marketinqi
Ekspertlərin fikri
Bazar yığımı
Tələbin statistik təhlili
Ekspertlərin fikri
S-şəkilli əyri
Qabaqlayıcı göstəricilər
Delfi metodu
Əvəzetmə
Təmayülün təhlili
Ssenarilərin hazırlanması
Ortamüddətli proqnozlaşdırma üçün yalnız insan mülahizələrindən asılı olan subyektiv metodlar, həmçinin, sadə ekstropolyasiya, misal üçün, əyrinin approksimasiyası eyni səmərəliliyə malikdir (Lawrence et al., 1985). Lakin, belə nəticə şəraitdən asılıdır. Subyektiv metodlar Delfi metodunun və müstəqil izləmənin köməyilə təkmilləşdirilə bilər (Armstrong and Hutcherson, 1989). Əgər son zamanlar satışın həcmində əhəmiyyətli dəyişikliklər müşahidə olunursa və proqnozlaşdırlılan həcmə məhz nəyin təsir etdiyi haqqında biliklər varsa, onda, mülahizələrə əsaslanan metodlar təmayülün təhlilini etibarlılıq baxımından üstələyirlər. Təmayülün təhlilinin göstərilən çatışmamazlığı yanaşmanın sadəliliyindən şərtlənib: təmayülün təhlilində xarici informasiyanın qəbul edilməsi və ya mərhələli dəyişikliklərə sürətli cavab vermə nəzərdə tutulmayıb. Əksinə, əgər əvvəlki satış həcmi haqqında böyük miqdarda informasiya varsa və ya satışın həcmi mütəmadi olaraq əhəmiyyətli artırsa, onda, təmayülün təhlili mülahizələrə əsaslanan metodlara nisbətən daha səmərəli olur (Sanders and Ritzman, 1992).
Tələbin çoxölçülü təhlili və satışın çoxölçülü proqnozlaşdırılması daxil olmaqla ekonometrik metodlar məlum və modelləşdirilən təsirlərin təsir dərəcələrini öyrənməkdə faydalıdır.
Belə hallarda təsir əhəmiyyətli və birbaşa olmalıdır, əks halda xəta ucbatından fərq azalacaq. Əhəmiyyətli dəyişikliklər müşahidə olunduğu təqdirdə ekonometrik metodlar həqiqətən də, təmayülün təhlili və mülahizələrə əsaslanan metodlara nsibətən daha kəsərli olur. Təmayülün təhlili yenə də sürətli “öyrənə” bilməmə ilə bağlı çatışmamazlığa malik olur, ekspertlərə isə radikal dəyişiklikləri görmək çətin olur.
Yeni məhsulların proqnozlaşdırılmasının müqayisəvi nəticələri daha əlverişlidir. Yeni məhsulun satış həcminin proqnozlaşdırılması asan deyil – ilkin mərhələdə qiymətləndirmələrin orta hesabla 65%-i səhv olur (Tulli, 1967). Xoşbəxtlikdən, xəta səviyyəsi verilmiş proqnozun qabaqcadan verilməsindən asılı olaraq artmır. Nisbətən qeyri-real olan, əvəzində isə ucuz olan ilkin sınaq marketinqinin nəticələri, təxminən, bazarda tammiqyaslı yoxlamanın nəticələri ilə eynidir. Əgər yoxlanılan məhsul mövcud məhsulun mənfəətli modifikasiyasını ehtiva edirsə, onda, konsepsiyanın yoxlanmasının nəticələri sınaq marketinqindəki kimi olur. Bu halda yeni məhsulun proqnozlaşdırma rolu dəyişir. Real məhsula malik olaraq satışın həcminin nə cür olacağını yoxlamaq əvəzinə, menecerlər, belə məhsulun həqiqətən də olacağı təqdirdə, onun satış həcminin nə cür olacağını sınaqdan keçirə və onu müəyyənləşdirə bilərlər! Əgər konsepsiya uyğun deyilsə, onda, heç bir çətinliklə üzləşmədən və əmək sərf etmədən alternativ olanı axtarıb tapmaq olar. Birləşdirilmiş təhlil sahəsində işlər asanlıqla eyni zamanda sınağın keçirilməsinə və məhsulun bir neçə konsepsiyasının təkmilləşdirilməsinə imkan verir. Belə birləşdirilmiş eksperimentlər sayəsində, hətta hələ sınaqdan keçməyən bir neçə konsepsiya üzrə ehtimal edilən satış həcmini də proqnozlaşdırmaq olar (Cattin and Wittink, 1992).
Proqnozlaşdırmanın uyğun metodunun seçilməsi ilə bağlı problemi, qismən, eyni zamanda bir neçə metoddan istifadə etməklə həll etmək olar. Proqnozlaşdırma metodlarının əlaqələndirilməsi ayrı-ayrı metodlara xas olan bəzi problemləri aradan qaldırmağa imkan verir. Xüsusən də, müxtəlif metodlar vasitəsilə alınmış proqnozların uyğunlaşdırılması məsləhət görülür, məsələn, ekonometrik və mülahizəyə əsaslanan metodların (Blattberg and Hoch, 1992). Metodların uyğunlaşdırılması zamanı çəki əmsalları barədə narahat olmayın: bərabər çəki əmsalların verilməsi halında proqnozun dəqiqliyi hər hansı digər sxemin tətbiqi halındakı kimi olacaq (Clemen, 1989).
Proqnozlaşdıma metodlarının seçilməsinə gəldikdə isə, bir neçə sadə məsləhət vermək olar:
Proqnozlara görə 20 il ərzində avaiakompaniyanın ancaq yeni təyyarələrə investsiya qoyuluşu 1 700 mlrd. dollar təşkil edəcək.
Yüksək daimi artım nəticəsində 2020-ci ildə reaktiv avialayner parkı 14 500-dən 33 000 təyyarəyə qədər artacaq və bu o deməkdir ki, artıq indi gərgin işləyən aeroportların gücünə hədsiz yüksək tələb yaranacaq.
Ötən gün Parisdə çıxmış “Boeing kompaniyası 2001-ci il bazarının cari icmalında” (The Boeing 2001 Current Market Outlook) nəşr olunmuş proqnozlara görə aviadaşımalara artan tələbi ödəmək üçün 18 400 yeni təyyarə və artıq mövcud olanları əvəz etmək üçün əlavə 5 100 təyyarə də lazımdır. Hal-hazırda uçuşu həyata keçirən təxminən 9 500 təyyarə 20 ildən sonra da öz işçi vəziyyətini saxlayacaqlar.
Asiya-Sakit okeanı regionunda ilə 6.4 faizə bərabər olan artım tempi o deməkdir ki, 2020-ci ildə bu region, daşımaların həcminə görə Şimali Amerika ilə rəqabət aparacaq, çünki, proqnozlara görə bu həcm daha yetkin ABŞ və Kanada bazarında ilə ancaq 3,1 faiz artacaq. Ən sürətlə inkişaf edən bazar Latın Amerikasıdır: burada orta illik artım 7,7 faizə bərabərdir.
Qlobal bazarın inkişaf proqnozları Boeing kompaniyasının hava daşımaları sahəsində gözlədiyi parçalanma haqqında inamını təsdiqləyir, çünki, sərnişinlər daha tez-tez birbaşa uçuşlara üstünlük verirlər. Onlar magistral hava yolları üzrə dolu qovşaq aeroportlarında yenməklə uçuşa can atmır və uçuşa sərf olunan vaxta qənaət etməyə çalışırlar.
“Ötən gün analitiklər mayda ABŞ kompaniyalarının ən kəskin gəlir düşümü dövrünü yaşadığını bildirdilər və Nyu Yorklu Endryu Ecklif-Consonun yazır ki, iyun aviakompaniyalar tarixində ən ağır ikinci ay olacaq. UBS-dən Sanuel Battrik bildirib ki, mayda gəlir 10 faiz aşağı düşmüşdür – bu 1976-cı ildə gəlirlərin qeydiyyata alınmasının başlanması anından ən kəskin böhrandır.”
Financial Times, 21 June, 2001, p.32