8. Marketinq-keys: Emap

8. Marketinq-keys: Emap

Hər şey MTV brendinin qlobal olduğu vaxtda musiqi televiziyasının meydana gəlməsi ilə baş verdi. Onun “pop”, “dans”, “nyu-metal” və ya rok ritmləri altında bütün gənclər rəqs edirdi.
Bununla belə indi yeni rəqiblər MTV-ə meydana oxuyur və Britaniya reytinq sırasında birinci yerə iddia edirdi. Bu il dördüncü yeni musiqi telekanalı olan Smash Hits TV açıldıqdan sonra, Emap Performance kompaniyası elan etdi ki, ona, 13 may tarixinə olan məlumatlara görə, evlərə və mənzillərə translyasiya olunan  SkyDigital kompaniyasının izləyicilərinin musiqi televiziya auditoriyasının 50 faizi aiddir.
Kabel televiziya xidməti təchizatçısı və yeni kanalın yaradılması ilə bağlı gözlənilən yeni sövdələşmələrdən - Magic TV-nin 11 sentyabrda efirə çıxmasından sözügedən kompaniyanın televiziya hit-paradının zirvəsinə can atacağını söyləmək olar.
“Mən fikirləşirəm ki, bu günə qədər televiziyaya reklam verənlərin əksəriyyəti MTV-ni musiqi televiziyasının sinonimi hesab edirdilər. İndi isə məmnuniyyətlə elan edirik: bu gündən artıq hər şey dəyişib”, - Emap Performance kompaniyasının prezidenti Tim Şunmeyker deyir. O, Magic TV-nin bu il efirə çıxandan sonra Emap Performance-ın tamaşaçı auditoriyası payının daha 0.2 faiz artacağını gözləyir.
İndi yeddi kanala malik MTV kompaniyası bu göstəricinin doğruluğunu şübhə altına alır, o göstərir ki, Smash Hits TV kanalının açılmasından bir həftə keçdikdən sonra Emap kompaniyasının tamaşaçı auditoriyasının payı yenə də azalıb. MTV-nin nümayəndələri bildirirlər ki, Emap özünün həmişəki 20 faizlik payından geri qalır.
Bu deyişmə ictimaiyyətin diqqətini iki səbəbdən cəlb edir. Birincisi,  heç nə KİV arasında “Rabbi Layama qarşı” stilində təkrarolunmaz bir sırz məhkəmə çəkişmələri ilə müşahidə olunan toqquşmalarla müqayisə oluna bilməz.
“Məndə olan məlumatlara görə, bizim kanalları izləyən və göstərilən bütün videoklipləri yazan xüsusi əməkdaşları işə götürüblər”, - Şunmeyker deyir.
“Aşkar görünür ki, Emap hal hazırda ümidsiz vəziyyətdədir, - Böyük Britaniya və İrlandiyada MTV şəbəkəsinin direktor –sərəncamçısı Mişel Bekker zərbələri dəf edir. – Onlar öz səhmlərinin qiymətlərini saxlamaq üçün gözə kül üfürürlər”.
Emap-a görə musiqi televiziyası – bu “şəkilli radiodur”, MTV kompaniyasında isə belə hesab edirlər ki, “musiqi-həyat tərzidir”. The Box, Q TV, Kiss TV, və Kerrang TV-nin də aid olduğu Emap-ın beş televiziya verilişləri stansiyası məhdud sayda videokliplərin tamaşaçı seçiminə verilməsi əsasında işləyir. Tamaşaçılar öz telefon nömrələrindən, yüksəldilmiş tariflərlə ödənilən zənglərlə, öz səslərini öz sevimli klip­lərinin xeyrinə verə bilərlər. Beləliklə, həqiqətən də orijinal proq­ram­ların tərtibi ilə bağlı işlərin həcmi azalır, lakin, musiqi kliplərindən də başqa heç nə translyasiya edilmir.
“İnsanlar bütöv bir saat televizor qarşısında duraraq dalbadal musiqi kanallarına baxmırlar, - Şunmeyker deyir. – Məsələ ondan ibarətdir ki, əhəmiyyətsiz azlıqdan başqa tamaşaçıların daimi olaraq musiqi kanallarına baxacağını düşünmək ağılsızlıqdır”.
The Box-u çıxmaq şərtilə Emap kompaniyasının bütün kanalları kom­paniyanın KİV-dəki digər əmlak növlərinin tamamlayıcıları kimi çıxış edir­lər. Məhz bu kompaniyanın portfelini belə sürətlə genişləndirməyə imkan verdi.
“Brendlərin olması o deməkdir ki, bizim, yeni məhsulun bazara irəlilə­dilməsində olduğu kimi büdcə vəsaitlərinin böyük miqdarda xərclənməsi ilə marketinq(kanalların) aparmağa ehtiyacımız yoxdur,” – o deyir.
MTV proqramlara investisiyanın səmərəliliyinə inanaraq belə yanaşmanı inkar edir. Kompaniyada 80 nəfərə yaxın adam proqramların tərtibi və istehsalı ilə məşğul olur. Müqayisə üçün deyək ki, Emap-da ştatlı televiziya əməkdaşlarının sayı 25-ə bərabərdir.
“Biz istəyirik ki, bizim kanallar, bizim tamaşaçıların həyatının bir hissəsi olsunlar, - Bekker deyir. – Biz proqramların yaradılmasına investisiya qoymağı davam edəcəyik. Biz hesab edirik ki, tərəfimizdən proqramlara investisiyaların artırılması kanallarımızın indiki halda mövcud olan istənilən digər kanallardan tamamilə və mütləq şəkildə aralanmasına imkan verəcək”.
O, Şunmeykerin musiqi kanallarına daimi baxılmasının tamaşaçılar üçün heç vaxt vacib vərdişə çevrilməyəcəyi ilə bağlı fikirlərini qəbul etmir. Bu zaman o, MTV UK-nın əsas kanalında hər gün axşam 7 saat efirə çıxan Daily Edition xəbərlər proqramının bu kanalın adi göstəriciləri ilə müqayisədə daha böyük auditoriya payı cəlb etdiyinə əsaslanır.
“Hər şey öz kanalımıza həyat verərək əldə etdiyimiz auditoriya ilə bağlıdır. Onları sadəcə genişləndirilmiş brend kimi idarə etməyimizdən yox”, - o deyir. Buna görə də bazar hələ də proqramların yaradılmasını maliyyələşdirməkdə davam edən belə çoxlu musiqi kanallarını dəstəkləyə bilər.
“Musiqi kanalları çox ucuz başa gəlir, çünki, işlərdən çoxunu sizin üçün videokliplərin müəllifləri edirlər”, mediaplanlaşdırma və tədarükat üzrə birinci müavin Stiv Qleddis qeyd edir.
Buna baxmayaraq, tamaşaçıların sayı yeganə amil hesab edilməyən belə kiçik auditoriyanın səmərəli monitorinqin çətinliklərini nəzərə alaraq, əsas məsələ hansı kanalda reklam vaxtının alınmasıdır.
“Mən hesab etmirəm ki, biz tamaşaçıların sayını əsas tutaraq bu kanal­larda reklam vaxtı alırıq. Bizi əhatə dairəsi maraqlandırır. Bu jurnallarda mütəmadi reklam nəşrinin qrafikinə analojidir”, o əlavə edir.
Mənbə:Alastair Ray, “A different tune Emap Performance is
challenging MTV’s dominance in music television – agressively and
with a slimmed-down approach”, Financial Times, 3 July, 2001, p.9

Top