Strateji birliklərlə bağlı strateji risklərə baxmayaraq, onu, əlavə resursların inkişaf etdirilməsinə əlavə xərclər və vaxt itkisi olmadan kompaniyanın imkanları və aktivləri bazasının genişləndirilməsi üsullarından biri hesab etmək olar. Kompaniyalararası birliklərin və əməkdaşlığın müxtəlif növlərinin əhəmiyyəti ətraflı surətdə 15-ci fəsildə nəzərdən keçirilmişdir, lakin, indi, birliyə əsaslanmış belə əhəmiyyətli marketinq aktivlərini qeyd etmək lazımdır:
- bazara daxil olma: misal üçün, xarici ixracatçılar üçün yerli distribyutorlarla yaradılmış birliklər çox vaxt müdafiə edilən daxili bazara girməyin yeganə yolu olur.
- idarəetmə vərdişləri: əməkdaşlıq kompaniya daxilində mövcud olmayan həm texnoloji, həm də marketinq idarəetməsinə çıxışı təmin edə bilər.
- ümumi texnologiyalar: birliklər tez-tez texnologiyaların mübadiləsinə və birləşərək, təklikdə heç bir əməkdaşın nail ola bilmədiyi, müştərilər üçün daha yüksək dəyər təqdim edən məhsulların istehsalına xidmət edə bilər.
- müstəsnalıq: əməkdaşlıq inhisarçı şəraitin yaranmasına səbəb ola bilər. Misal üçün, McDonald’s və Coca-Cola kompaniyaları arasında sıx əlaqə digər kola istehsalçılarının birinci kompaniyanın ticarət nöqtələrinə çıxışını istisna edir.