5.7. NƏTİCƏ və marketinq keys-Virgin

5.7. NƏTİCƏ və marketinq keys-Virgin

Təşkilatın işlədiyi sahəvi və ya rəqabətli ətraf mühitin sistematik təhlili dörd əsas komponentdən ibarətdir:
1) sahə rəqabətini hərəkətə gətirən beş gücün təhlili (mövcud iştirakçılar arasında rəqabət, yeni iştirakçılar və əvəzedicilər tərəfindən təhlükə, istehlakçının və təchizatçının bazar nüfuzu);
2) kompaniyanın, bazarda ümumilikdə bütün rəqiblərə qarşı deyil, konkret rəqiblərə qarşı mübarizə aparmasına imkan verən strateji qrupların müəyyən edilməsi;
3) kompaniyanın strateji qrupları tərəfindən tutulmuş subbazarlarda mövcud ola bilən, miqyas artımı ilə şərtlənmiş qənaətin və rəqabət mühitinin müxtəlif növlərinin olmasının qəbul edil­məsi;
4) bazarlarda qeyri-sabitliyin qiymətləndirilməsi. Bu amillərin təsirini başa düşərək kompaniya, ayrı-ayrı bazar seqmentlərində aparılan ən çox ehtimal edilən rəqabət növünü təyin edə və ona uğur gətirə biləcək strategiya növünü seçə bilər. Qeyri-sabitliyin təhlili nəticəsində, həm də, müəsissənin lazımi istiqaməti və nə dərəcədə sahibkarlıq səyləri və məh­dud­laşdırılmış idarəetmə metodlarının əlaqələndirilməsinin müəssi­sə­nin idarə edilməsinə yararlı ola biləcəyi haqqında nəticələr çıxarmaq olar. Bazarın seqmentləşdirilməsinin kompaniyaya öz resurslarını müəyyən alıcı tələbatını ödəmək üçün istiqamətləndirməyə imkan verdiyi kimi, sahənin təhlili, ayrı-ayrı rəqib qruplarından qorunmaq üçün müdafiə xəttinin qurulmasına və işlədiyi bazarın tipindən asılı olaraq öz üstünlüklərini inkişaf etdirməyə kömək edir.
Yadınızdadırsa, biz əvvəlcədən qeyd etdik ki, gələcəkdə rəqabət tip­lərinin və mənbələrinin dəyişməsi, həmçinin, bazarın strukturundakı fundamental dəyişikliklərlə qarşılaşacağımız üçün bir sahənin öyrənilməsi kifayət deyil. Sahənin təhlilinə, öz müştərilərini və rəqiblərini, həmçinin, təşkilatın öz şəxsi imkanlarını başa düşmək qabiliyyətini əlavə etmək lazımdır.

Təcrübədən misal Virgin Megastore
Dünən səhmləri birjada qiymətləndirilməyən Virgin Group kompaniyası ser Riçard Brensonun simasında nəşriyyat və distribyutor, həmçinin, KİV sferasında fəaliyyət göstərən Lagardere Media fransız kompaniyasına French Megastores firma adı altında 16 fransız meqamağazasının və Virgin pərakəndə brendinin istifadə edilməsi üçün beynəlxalq hüquqların bir hissəsinin satılması haqqında 150 mln. avroluq (92 mln. funt sterlinq) sövdələşmə bağladı.
Parisdə Yelisey meydanında olan mərkəzi mağazalarında keçirdikləri birgə mətbuat konfransında ser Riçard elan etdi ki, satışdan əldə edilən vəsait bütün dünya üzrə Virgin Mobile mobil əlaqəsi biznes sferası da daxil olmaqla Virgin müəssisələrinin açlmasına sərf olunacaq.
“Musiqi məhsullarının pərakəndə ticarəti bu ay bütün dünya üzrə “kişmiş dənəsi” olmadı. Biz əminik ki, öz (nəğd) vəsaitlərimizi mobil telefon sənayesinə və bir-iki digər sahəyə yatırtmaqla böyük mənfəət əldə edə bilərik”.
Bu qərar Virgin kompaniyasının Virgin One ipoteka bankında olan payının Şotlandiyanın Royal bankına satılması ilə nəticələndi.  Qrup bu yaxınlarda Lloyds TSB-dən alınan kredit məbləğini də artırdı.
Legardere kompaniyası təkcə mağazaları deyil, həm də Virgin brendini fransızdilli Avropada, İspaniyada və Portuqaliya mağazalarında istifadə hü­ququnu, kontinental Avropanın digər hissəsində ondan istifadə edə bil­məyi seçmək hüququnu və beynəlxalq aeroportlarda və digər nəqliyyat mər­kəzlərində Megastore firma adından istifadə etmək hüququnu əldə etdi.
Legardere kompaniyasının bölməsi Hachette Distribution Services (HDS) qarşıdakı 18 ay ərzində Fransada 6 mağazanın açılması və Extrapol mağazalarının mövcud brendlərini Virginə dəyişmək planını həyata keçirəcək.
HDS-in nümayəndəsinin sözlərinə görə dünənki sövdələşmə biznesin pərakəndə ticarət istiqamətinin inkişafına təkan olacaq və Fnac brendinə meydan oxumağa imkan verəcək (Pinault-Printems-Redoute (PPR) kompaniyasına məxsus və musiqi məhsulları, kitablar və elektronika satılan mağazalar).
Buna baxmayaraq, PPR kompaniyasının icraçı rəhbərliyi belə hesab edir ki, dünənki sövdələşmə Virginin Avropada Fnac qarşısında daha bir addım geri çəkilməsidir.
İlkin mərhələdə HDS Fransada Fnacın 58 mağazasına qarşı 37 musiqi və kitab mağazası açacaq.
Sövdələşmənin məbləği ilə bağlı bəzi anlaşılmazlıqlar yarandı. Legardere kompaniyasının icraçı rəhbərliyi Virgin brendinin istifadəsinə görə ehtimal edilən gələcək ayırmalar da daxil olmaqla, dərhal daha az ödəməklə 150 mln avrodan az olan məbləği səsləndirdi.
Eyni zamanda ser Riçard sövdələşmənin məbləğinin 103 mln funt sterlinq olduğunu və Legardere Virgin Megastoresin alışı zamanı 10 mln funt sterlinqi borc kimi qəbul etdiyinə görə  məbləğdən 93 mln. funt sterlinqin nəğd ödəniləcəyini dedi.
Legardere kompaniyası Virgin Mobile-ın məhsullarını, müstəsna olmasa da, bütün dünya üzrə öz pərakəndə ticarət şəbəkəsi vasitəsilə satacaq.

Mənbə: Victor Mallet, “Branson sells French Megastores
Financial Times, 27 July, 2001, p.19

Həmçinin bax:
5.1 Sahədaxili rəqabətdə beş güc modeli
5.2 Strateji qruplar
5.3 Sahənin təkamülü və proqnozlaşdırılması
5.4 Ətraf mühitin sabitliyi
5.5 SPACE təhlili
5.6 Üstünlüklər matrisi

Top