SPACE (ingiliscə - strategic position and action evaluation)- strateji mövqenin təhlili və fəaliyyətin qiymətləndirilməsidir (Rowe et al., 1989). O, qeyri-sabitlik çərçivəsindən çıxaraq ətraf mühitin öyrənilməsinə və kompaniyanın rəqabət üstünlükləri və maliyyə gücü ilə əlaqəndirərək sahənin güclü tərəflərini nəzərdən keçirməyə imkan verir. Shell kompaniyasının siyasətinə istiqamətlənmiş matris və portfelin planlaşdırılmasının digər çoxaspektli metodları kimi təhlilin bu növü həddindən artıq çoxsaylı strateji məsələləri bir neçə parametr üzrə yekunlaşdırmağa imkan verir. Bunlardan biri əhatə edən şəraitin bir çox tərəflərinə toxunan ətraf mühitin sabitliyidir. Lakin, SPACE təhlilinə görə ətraf mühitin qeyri-sabitliyinin əksi kompaniyanın maliyyə davamlılığıdır, yəni ki, yüksək likvidliyə malik və ya digər ehtiyatlara çıxışı olan kompaniya ətraf mühitin dəyişkənliyi qarşısında tab gətirə bilər.
Cədvəl 5.2 SPACE təhlilinin komponentləri Sahə ilə bağlı parametrlər Maliyyə möhkəmliyi Ətraf mühitin sabitliyi İnvestisiyanın rentabelliyi Texnoloji dəyişikliklər Kreditdən hər hansı maliyyə məqsədlərindən ötəri istifadə etmək İnflyasiyanın səviyyəsi Likvidlik Tələbin dəyişkənliyi Mövcud olan/lazımi kapital Rəqib məhsulların qiymət diapazonu Nəğd pul axını Sahəyə daxilolma yolunda maneələr Bazardan çıxma yolunda maneələr Rəqabət təzyiqi Risk Tələbim qiymət elastikliyi Rəqabətə davamlılıq Bazar payı Məhsulun keyfiyyəti Məhsulun həyat tsikli Məhsulun əvəzetmə tsikli Müştərilərin loyallığı Rəqiblərin gücünün istifadəsi Texnoloji nou-hau Şaquli inteqrasiya Sahənin daxili möhkəmliliyi Artım potensialı Mənfəət potensialı Maliyyə sabitliyi Texnoloji nou-hau Resursların səmərəli istifadəsi Kapitaltutumluluq Bazara daxil olma qabiliyyəti Məhsuldarlıq Əks istiqamətin nisbi həcmi firmanın uyğun strateji mövqeyini göstərir. Misal üçün, şəkil 5.5-ə görə A+a və B+b kəmiyyətlərinin cəmi strateji mövqeyin təhlilinin (SPACE) aşağı sağ sektor istiqamətinə meylləndiyini göstərir. Bu cəlbedici sahə şəraitində rəqabət üstünlüklərinə malik kompaniyanın tipik rəqabətli strateji mövqeyini göstərir. Bununla belə, ətraf mühitin mövcud qeyri-sabitliyi ilə mübarizə aparmaq üçün maliyyə resurslarının güclülüyü çatışmır. Aydındır ki, belə firmalar öz rəqabətli mövqelərini saxlamaq üçün böyük həcmli maliyyə resurslarına ehtiyac duyurlar. Uzunmüddətli planda buna səmərəliliyin və məhsuldarlığın artırılması ilə çatmaq olar, lakin, ehtimal ki, əlavə kapitalın əldə edilməsinə və ya böyük nəğd vəsaitlərinə malik kompaniya ilə birləşmək ehtiyacı da yarana bilər.
Nəzərdən keçirilən digər məsələ sahənin daxili möhkəmliyidir. Sahənin cazibədarlığı artım potensialı, mənfəətlilik və resursların səmərəli istifadə edilməsi imkanları nöqteyi-nəzərindən diqqət mərkəzində yerləşir. Müəyyən sahədə işləyən kompaniya üçün kompaniya rəqabət üstünlüklərinə malik olmadıqda belə üstünlüklərin heç bir əhəmiyyəti olmur. Beləliklə, SPACE təhlili kompaniyanın sahədə nisbi vəziyyətini qiymətləndirə bilmək üçün sahə gücünü rəqabət üstünlüklərinə qarşı qoyur.
Hər bir parametrə görə sahənin və kompaniyanın qiymətləndirilməsi şəkil 5.5-də göstərildiyi kimi abAB rəqabət profilini tərtib etməyə imkan verir. Misalda qiymətləndirilən kompaniyanın zəifliyi aydın görünür: ətraf mühitin mötədil qeyri-sabitliyi maliyyə möhkəmliyi ilə tarazlaşmamışdır, kompaniyanın rəqabət üstünlükləri isə sahənin bütövlükdə daxili davamlılığı ilə müqayisədə elə də böyük deyil.
Kompaniya ilə bağlı parametrlər
Strateji mövqeyi aqressiv sektora uyğun gələn firmaların əhəmiyyətli üstünlükləri var, lakin, onlar yeni rəqiblər tərəfindən təhlükə ilə üzləşə bilərlər. Əsas təhlükə aşkar rəqabət üstünlüklərinə malik məhsulların hazırlanması yolu ilə bazarda sonrakı üstünlüyü saxlamağa maneə olan özünə arxayınlıqdır. Bu kompaniyaların həddən artıq maliyyə gücü olduğuna görə onların öz sahələrində və ya yaxın sahələrdə udmaq üçün potensial obyektlərin – kompaniyaların axtarılması cəlbedici görünür.
Mühafizəkar strateji mövqe investisiyaya tələbatın az olmasının maliyyə artıqlığı yaratdığı formalaşmış bazarlardakı kompaniyalar üçün xarakterikdir. İnvestisiyanın çatışmazlığı bu kompaniyaların əlverişsiz şəraitdə fəaliyyət göstərdiyi deməkdir, mövcud bazarda imkanların yetərsizliyi isə onları uzunmüddətli perspektivdə zəiflədir. Beləliklə, bu kompaniyalar nəğd axınlarının fasiləsizliyini təmn etmək üçün öz mövcud məhsullarını müdafiə etməli və eyni zamanda da yeni bazar imkanlarının axtarışı ilə məşğul olmalıdırlar.
Müdafiə mövqeyində olan kompaniyalar açıq-aşkar diş batandılar. Rəqiblərlə mübarizədə cüzi qüvvələrinin olması, onları, səmərəli işləməklə öz resurslarını gücləndirməyə və müdafiəsi mümkün olan bazarlara diqqətlərini yönəltmək üçün rəqabətli bazarlardan geri çəkilməyə hazır olmağa məcbur edir. Rəqiblərin və ya ətraf mühitin bu kompaniya üzərində qələbə qazanması ancaq vaxt məsələsidir.
5.1 Sahədaxili rəqabətdə beş güc modeli
5.2 Strateji qruplar
5.3 Sahənin təkamülü və proqnozlaşdırılması
5.4 Ətraf mühitin sabitliyi
5.6 Üstünlüklər matrisi
5.7. NƏTİCƏ və marketinq keys-Virgin