4.7 Marketinq keysi-Ağıllı ev

4.7 Marketinq keysi-Ağıllı ev

“Ağıllı” ev
Massaçusets texnologiya inistitutunun labarotoriyalarından birində tədqiqatçılar yaşayış evi modeli hazırlayırlar.  Bu evin damında nə naxışlar, nə günəş batareyası, nə də “gələcək evlərə” assosiasiya edilən digər əlamətlər var. Faktiki olaraq bu evin ümumiyyətlə divarı yoxdur. Onun yeniliyi boş yerin istifadə edilməsi və texnologiya ilə bağlıdır - bu rəqəmli stollar və iş səthi, həmçinin, adamın sağlamlığı barəsində informasiyanı qəbul edən və təhlil edən tibbi küncdür. Bu elmi-tədqiqat layihəsinə memar və MTİ-nin memarlıq kafed­rasının aparıcı elmi mütəxəssisi Kent Larson rəhbərlik edir. Larson əmindir ki, tezliklə ev təkcə yemək, yatmaq və istirahət üçün yerdən əlavə alış üçün, təhsil və işləmə üçün yer funksiyasını yerinə yetirməklə insan həyatında “qeyri-adi yeni rol” oynayacaq.  
Larsonun sözlərinə görə evlərin tikintisi evlər üçün yeni texnologiyalara elə zəif adaptasiya edilir ki, bu sahə tezliklə autsayderlər (qeyri-peşəkarlar) tərəfindən tutulacaq.  “ABŞ-ın yaşayış tikinti sənayesi indi də 50 il öncə­də­ki kimi aşağı keyfiyyətli standart məhsullar buraxır, - o deyir – Lap 39 dol­lara olan Furby kuklasını götürün, o müasir texnologiyanı daha çox təcəssüm etdirir”.
Larson müştərilərin şəxsi evlərini inteqrasiya edilmiş müxtəlif dizaynlı, tex­nologiyalı və maliyyə planlaşdırması paketli təkliflərini internet səhi­fələrinin köməyi ilə əldə edərək tikməsi kimi uzaq gələcəkdən danışmır. Mətbəx İkea Systems—dən, struktur BMW-dən, avadanlıqlar isə “özün elə” mağa­zaları şəbəkəsinin birgə fəaliyyəti nəticəsində  yaşayış yerlərinin abadlığı ilə məşğul olan Home Depot Martha Stewart-dan ola bilər.
Evdə lazım gəldikdə rəsmi naharlar və ya qonaqlar üçün yataq otağına çevrilə bilən kabinetin də olması mümkündür. Müştəri öz evində sutka ərzində səhhətinə nəzarət etmək imkanı verən yaşlı valideynləri üçün “minimal mətbəx və santexniki şəraitin olduğu ayrı mənzil” də nəzərdə tuta bilər. Müştəri öz seçimi ilə 20 illik girov möhləti, həmçinin, 20 illiyə yaşayış yerinin təmiri və təminatı verilən paketlər də seçə bilər. Son seçimin edildiyindən dörd həftə sonra əvvəlcədən hazırlaşmış kompaniya tikinti sahəsinə gələcək və iki həftədən sonra isə ev tamamilə hazır olacaq.
Qeydiyyat və rəqəmli displey sistemi  evə öz sakinlərinin davranışlarını “öyrənməyə” imkan verir. Bir neçə həftədən sonra lazımi vaxtda işıqlan­dır­manın avtomatik tənzimlənməsi baş verəcək, ərzaq ehtiyatı qurtartarıqda isə ev özü sizə tunesdən  konserv təklif edəcək.
Larson və onun MTİ-də olan həmkarları hesab edirlər ki, mənzilin xarakterinin dəyişməsinə səbəb olan iki əsas amil – texnologiya və əhalinin yaşlanmasıdır. Texnologiyadan vaxta qənaət etmək üçün istifadə etmək olar ki (xüsusəndə səyahətlərdə), bu da öz boş vaxtlarını supermarketlərdə deyil, tennis kortlarnda keçirməyə üstünlük verən ailələr üçün çox əlverişlidir. Texnologiya həm də həyat səviyyəsini yüksəldir. İnsanlar qocalarkən daha çox tənbəl olurlar və xidmətləri evdən çölə çıxmayaraq əldə etmək istəyirlər.
Tədqiqatçılar öz yeni ideyalarını təcrübədə sınaqdan keçirmək üçün real ev qurmağı planlaşdırırlar. Larson əmindir ki, onların qarşısında nə isə yeni bir şey yaratmaq deyil, sadəcə artıq mövcud olan texnologiyalara adaptasiya olmaq durur.
MTİ-nin əksər yeniliklərinin öz əksini futurist kuryozlar muzeyində deyil, bizim mətbəxlərdə və qonaq otaqlarında tapacağına inanmağa əsas var. Lar­sonun Amerika yaşayış tikintisi haqında verdiyi mənfi xarakteristikanı büsbü­tün Böyük Britaniyaya da aid etmək olar və yaxud da ki yaxın zamanlara qədər bu elə belə idi.
Son on iki ay ərzində Larsonun bir çox ideyaları müzakirə olunur və bəzi hallarda Britaniya yaşayış tikintisi məhsullarında onlar öz əksini tapıb. Londonun Qrinviç Millenium qəsəbəsində CountrysideTaylor Woodrow kom­paniyaları hərəkət edən divarları və rahat çarpayıları olan elastik otaqlar tikirlər. Laing Homes kompaniyası da  işıqlandırma, istilik və təhlükəsizlik sistem­lərinə nəzarət etməyə imkan verən texno­logiyalarını tətbiq etməklə “ağıllı” evləri təcrübədən keçirirlər.
Üç kompaniya – Wates, WilconBerkeley Homes – öz müştərilərinə xidmət və mənzillərin yaxşılaşdırılması paketlərinin təqdim edilməsi mümkünlüyünü öyrənirlər. Dəbdəbəli london evlərinin tikintisi ilə məşğul olan Coll Hill Spink firması artıq mətbəxə və ya qonaq otağına döndərilməsindən asılı olaraq televizor və ya fərdi kompüter kimi istifadə edilə bilən ekranla birgə tikilmiş evi artıq satıb.
First Penthouse kompaniyası əvvəlcədən hazırlanmış blokdan ev tikir, kompaniyanın nümayəndələri belə blokları tapmaq üçün İsveçə getmək məcburiyyəti qarşısında qalmışlar. Qrinviç Millenium qəsəbəsini tikənlər ilkin hazırlanmış konstruksiyaya kifayət qədər yüksək tələb əldə etməklə Britaniya istehsalçılarına meydan oxumaq niyyətinədirlər.
Xidmət məsələsi az əhəmiyyətli deyil. MTİ-nin tədqiqatçıları çoxlu sayda xidmətdən istifadə etməyə imkan verən avadanlıqlar quraşdırılmış evdən bəhs edirlər (ABŞ-da evin orta sahəsi 30 il bundan əvvəl 1500 fut kv. idisə, indi, 2200 fut kv. qədər artıb).
Bu xidmət probleminin ancaq bir tərəfidir. Vaxta qənaətin alternativ yolu xidmətlərin göstərilməsi üçün adamların tutulmasıdır. Jones Lang LaSalle kompaniyasının  Böyük Britaniyada tədqiqat məsələləri üzrə direktor kömkçisi Syu Foksli görə, çoxlu nəğdiyyələri və az vaxtı olan “kütləvi varlıların” meydana gəlməsi əsas təmayüldür və mənzil tikənlər buna uyğunlaşmalıdırlar.
Bəziləri artıq bunu eləməyə başlayıblar. Benchmark kompaniyasının Vest­mi­nistrdə Remza çayının sahilində tikdiyi Panoramic çoxmənzilli yaşayış bina­sında sakinlər təkcə avtodayanacaqlardan deyil, həm də avtomobillərin yuyul­ması və bir sıra digər xidmət paketindən də istifadə edə bilərlər. Panoramic tikmək ideyasını verən Pol Feyziy yaşayış evlərinə yüksək səviyyəli xidmət təqdim etmə üzrə ixtisaslaşan Concierge Company yeni kompaniyasını təsis edib.
Nyu-Yorkda həddən artıq məşhur olan kimyəvi təmizləmə, çamaşırxana və xüsusən də qapıçılıq xidməti Atlantiki keçərək Londonda qəti surətdə möhkəmləniblər. Praktiki olaraq bütün elit yaşayış evlərində qapıçı var. St James Homes şəhərətrafı elit Kyuda olan mənzil layihəsində uniforma geymiş keşikçilərin və bağbanların olması nəzərdə tutulur.
İnkişafın növbəti mərhələsində beşulduzlu mehmanxanalar səviyyəsində həyat şəraitinin təqdim edilməsi duracaq. Təsəvvür edin: siz sadəcə qapıçıya resto­randa stol sifariş etməsi üçün tapşırıq vermirsiniz, siz omardan (onayaqlı dəniz xərçəngi – tər.-dən) rizotta düzəldilməsini sifariş edirsiniz və onu sizin bina­nızın birinci mərtəbəsində işləyən baş aşbaz hazırlayır. Bu Atlantiki keçmək taleyi yaşayacaq yeni ideya olmayacaqmı?

Mənbə: Anne Spackman, “Smart housing for high tech future”,
Financial Times: Survey – Residential Supplement, 19 May 2001.

Top