Dırnaq batması

Dırnaq batması

Dırnağın dərinin içərisinə doğru batması və ya dərinin dırnağın üstünü örtəcək qədər boyüməsi dırnaq batması adlanır. Buna səbəb dırnaqların düzgün tutulmaması, sıx ayaqqabılar və ya dırnaqların anormal şəkildə olmasıdır.

Dırnaq batması zamanı dərinin üstü qızarır, şişkinləşmiş olur və ağrıyır. Adətən dırnaq batması ayağın baş barmağında olur. Bu bütün yaş qrupu adamlarda rast gəlinən xəstəlikdir.

Dırnaq batması zamanı ayaqdakı ağrını azaltmaq üçün ayağı isti su ilə vanna edib dırnağın üstündən altına doğru tənziflə bağlamaq lazımdır. Yox əgər dırnağın ətrafında qızartı varsa mürləq həkimə müraciət etmək lazımdır. Qızartı infeksiya səbəbindən olur, vaxtında həkimə müraciət olunmasa xəstə dırnağını itirə bilər.

Həkim lazım gələrsə dırnağın ətə batdığı hissəsini kəsir, orada bərkimiş ölü toxumalar varsa, onları da təmizləyir. İnfeksiya əlamətləri olarsa xəstəyə antibiotik müalicəsi təyin edilir və geniş ayaqqabı geyməsi tövsiyyə olunur. Dırnağın dəriyə batmasına səbəb xəstənin hələ körpə vaxtından dırnaqlarının düzgün tutulmamasıdır.
Top