Tibbi patologiya kateqoriyası üzrə məqalələr

Tibbdə inqilab edən dahilər

İnsanlar mövcudluqlarının bütün mərhələlərində xəstəliklərə məruz qalıblar.
Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib: Xəstəliklər bəşər tarixində rol oynamağa başladığı vaxtdan etibarən insanların bəziləri müxtəlif yollarla özünü müdafiə etmək üçün fəqli üsullar axtarmağa çalışıblar. Həkim adlandırdığımız bu şəxslər hələ tarixin qədim mərhələrindən etibarən formalaşmaqdadır. Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib:
Davamı →

Zoba işarə edən 6 gizli simptom

Qalxanvari vəzi xəstəlikləri (el arasında — «zob») bir çox hallarda gizli inkişaf edərək ağır ürək xəstəlikləri, hamilə qadınlarda uşaqsalma, komaya səbəb ola bilər. Azərbaycanda «zob» ən yayılmış xəstəliklərdən biridir.

1. Səbəbsiz arıqlama və ya əksinə çəkinin artması
Qalxanvari vəzinin funksiyası artdıqda o, daha çox hormonları ifraz edir ki, bu zaman insan çox yesə də arıqlamağa başlayır. Əksinə isə qalxanvari vəzinin funksiyasında ləngimə olduqda hormonların ifrazı azalır və insan hətta ən ciddi pəhriz saxlasa belə arıqlamır, əksinə onun çəkisi arta bilər.
Davamı →

Dırnaq batması

Dırnağın dərinin içərisinə doğru batması və ya dərinin dırnağın üstünü örtəcək qədər boyüməsi dırnaq batması adlanır. Buna səbəb dırnaqların düzgün tutulmaması, sıx ayaqqabılar və ya dırnaqların anormal şəkildə olmasıdır.

Dırnaq batması zamanı dərinin üstü qızarır, şişkinləşmiş olur və ağrıyır. Adətən dırnaq batması ayağın baş barmağında olur. Bu bütün yaş qrupu adamlarda rast gəlinən xəstəlikdir.
Davamı →

Kuşinq sindromu

Kuşinq sindromu böyrəküstü vəzdən sintezlənən kortizol hormonunun normadan artıq ifraz olunması və ya insanın bu hormonu (tablet, krem, iynə) şəklində qəbul etməsi nəticəsində meydana gələn ciddi xəstəlikdir.

Qadınlar arasında daha sıx görülür. Həm hipofiz vəzdə özündən ACTH ifraz edən şişlər (Kuşinq xəstəliyi), həm də böyrəküstü vəzdən özündən kortizol ifraz edən şişlər kortizol yüksəkliyinə səbəb ola bilirlər.
Davamı →

Göbək düşməsi

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır. Ciddiyə alınmalı olan xəstəlikdir. Edilən yanlış müalicələr ciddi və qalıcı problemlərə səbəb ola bilər.

Göbək düşməsinin əlamətləri:
Göbək ətrafında ağrı
Göbəkdə və çevrəsində şişlik, həssaslıq
Halsızlıq, yorğunluq
Qarın nahiyyəsində qaz
Yuxusuzluq
Tənbəllik
Yeməkdən sonra şişkinlik, bulantı, tərləmə
Baş ağrısı
Diqqət əksikliyi
Qarın ağrısı
Davamı →

Dəmir azlığının əlamətləri

Dəmir azlığı gələcəkdə bir çox problemlərə yol aça bilən bir qan çatışmazlığı növüdür. Gələcəkdə yaşana biləcək anemiya xəstəliyinin xəbərçisidir. Dünya Səhiyyə Təşkilatının statistikalarına görə hemoqlobinin kişilərdə 14 qr/dl, qadınlarda isə 12 qr/dl-dan aşağı olması anemiya təhlükəsinə səbəb olur.

Dəmir əskikliyi nədən yaranır?
B12 vitamini, folik asid və dəmirin əskik olması nəticəsində dəmir azlığı yaranır. Səhv pəhrizin saxlanılması, yetəri qədər sağlıqlı və vaxtında qidalanmama kimi səbəblər də bu xəstəliyin səbəblərindəndir.
Xüsusən hamiləlik və süd vermə periodunda bədəndəki vitamin balansını qorumaq önəmlidir.
Davamı →

Kəllədaxili təzyiq

Kəllədaxili təzyiq kəllənin daxilində təzyiqin patoloji yüksəlməsi ilə müşayiət olunur. Bu vəziyyət daha çox kişilərdə müxtəlif xəstəliklərlə əlaqədar olur. Kəllədaxili təzyiq kəskin və xroniki ola bilər. Kəllə sümüklərlə əhatə olunan qapalı bir boşluqdur. Baş beyin, beyin damarları ilə axan qan onun bütün həcmini tutur. Bu həcmin hər hansı bir komponenti böyüdükdə kəllədaxuli təzyiq yüksəlir.

Daha çox yayılan səbəbləri:
— baş beynin anadangəlmə hidropsu-bu zaman beyin mayesinin artması nəticəsində kəllədaxili təzyiq artır.
— baş beynin şişləri, onlar böyüdükcə qan dövranı, beyin mayesinin axını pozulur, beyın kütləsi artır 
— kəllə-beyin zamanı onun ödemi, mikroskopik qansızmalar baş verir ki, bu da kəllədaxili təzyiqin artmasına səbəb olur. Baş beynin əzilməsi zamanı ödem daha qabarıq olur. Travma nəticəsində beyindaxili qansızma ola bilər.
Davamı →

Nevrogen anoreksiya

Nevrogen anoreksiya qida qəbulu pozuntusu olub, arıqlamaq üçün məqsədyönlü şəkildə bədən çəkisinin azalmasına doğru yönəldilmiş bir vəziyyətdir. Bu zaman bədən çəkisinin 15% və daha çox itirilməsi baş verir. Xüsusən, gənclik dövrlərində təsadüf olunur. Oğlanlara nisbətən qızlarda 15 – 20 dəfə çox rast gəlinir. Pozuntuya düçar olmuş şəxs az yeməklə daha incə bel və cəlbedici olmağa səy göstərir. Onlarda kökəlməyə və piylənməyə qarşı qəribə bir qorxu yaranır.

Ətrafdaki insanların inandırıcı dəlillərinə, günü – gündən arıqlamalarına baxmayaraq özlərini kök, yaraşıqsız hesab edirlər və aclıq pəhrizini heç bir vəchlə dayandırmaq istəmirlər. Belə şəxslər nəinki az yeyir, hətta arıqlamanı sürətləndirmək üçün əlavə üsullara əl atırlar. Məsələn: ağır fiziki hərəkətlərdən, qarın işlədici dərmanlardan və s. bu kimi köməkçi vasitələrdən istifadə edirlər.
Davamı →

Dizartiriya

Dizartiriya danışığın pozulmasına səbəb olan bir haldır. Dizartiriyanın səbəbi, danışarkən istifadə edilən üz əzələlərinə nəzarət edilməsində çətinlik yaranması ya da əzələlərin zəif olmasıdır. Dizartiriyanın sıx görülən səbəbləri enmə, beyin ziyanı, beyin şişi, üz iflicinə səbəb olan vəziyyətlərdir. Bundan başqa dizartiriyanın yaranmasına səbəb başın zədələnməsi, narkotiklər və sakitləşdiricilər də dizartiriyanın yaranmasına daxildir.

Dizartiriyanın əlamətləri:
  • Danışığın sürətinin yavaş olması;
  • Pıçıltıdan daha yüksək səslə danışmaq;
  • Başa düşülməsi çətin olan sürətdə danışmaq;
  • Davamsız və ya anormal danışıq tərzi ;
  • Dil və ya üz əzələlərini hərəkət etdirməkdə çətinlik.
Davamı →

Qaraciyərin xəstə olduğunu göstərən 5 əlamət

Qaraciyər olduqca möhkəm və dözümlü orqandır. Qaraciyərin özü özünü bərpa etmək və sağaltmaq qabiliyyəti həqiqətən heyrətləndirir. Lakin buna baxmayaraq ildən ilə dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı dayanmadan artır.

Qaraciyəri «lal» orqan adlandırırlar. Uzun müddət ərzində qaraciyər özündə olan dəyişiklikləri heç bir ciddi simptomla büruzə vermir, ağrımır. Bu səbəbdən qaraciyər xəstəlikləri bir çox hallarda gecikmiş mərhələlərdə aşkar olunur.
Davamı →
Top