Kuşinq sindromu

Kuşinq sindromu

Kuşinq sindromu böyrəküstü vəzdən sintezlənən kortizol hormonunun normadan artıq ifraz olunması və ya insanın bu hormonu (tablet, krem, iynə) şəklində qəbul etməsi nəticəsində meydana gələn ciddi xəstəlikdir.

Qadınlar arasında daha sıx görülür. Həm hipofiz vəzdə özündən ACTH ifraz edən şişlər (Kuşinq xəstəliyi), həm də böyrəküstü vəzdən özündən kortizol ifraz edən şişlər kortizol yüksəkliyinə səbəb ola bilirlər.

Hansı əlamətlərlə Kortizol yüksəkliyindən şübhələnmək olar:
Çəki artımı, təzyiqin yüksəlməsi;
Ayabənzər üz, dərinin incəlməsi; 
Dəridə tünd qırmızı – çəhrayı striyalar (zolaqlar);
Ənsə nahiyəsində piy qatının toplanması, depressiya;
Qadınlarda tüklənmə, menstrual pozğunluq;
Şəkərin yüksəlməsi.

Kuşinq xəstəliyinin və sindromunun diaqnozu – qanda, sidikdə və tüpürcəkdə kortizolun yoxlanması ilə başlanılır. Əgər kortizol normadan yuxarı çıxarsa xəstəyə endokrinoloq tərəfindən kiçik və böyük deksametazon supressiyon testləri aparılır. Nəticədən asılı olaraq hipofiz MRT və ya böyrəküstü vəz MRT-i olunaraq diaqnoz dəqiqləşdirilir.

Kortizol yüksəkliyi müalicə olunmadıqda ürək-qan damar sistemində ciddi fəsadlar, şəkərli diabet, piylənmə, osteaporoz kimi ağırlaşmalarla nəticələnə bilir. Ona görə vaxtında aşkarlanmış xəstəlik bu kimi ciddi ağırlaşmaların qabağını almaq deməkdir!

tibbdunyasi.com
Top