Kəllədaxili təzyiq

Kəllədaxili təzyiq

Kəllədaxili təzyiq kəllənin daxilində təzyiqin patoloji yüksəlməsi ilə müşayiət olunur. Bu vəziyyət daha çox kişilərdə müxtəlif xəstəliklərlə əlaqədar olur. Kəllədaxili təzyiq kəskin və xroniki ola bilər. Kəllə sümüklərlə əhatə olunan qapalı bir boşluqdur. Baş beyin, beyin damarları ilə axan qan onun bütün həcmini tutur. Bu həcmin hər hansı bir komponenti böyüdükdə kəllədaxuli təzyiq yüksəlir.

Daha çox yayılan səbəbləri:
— baş beynin anadangəlmə hidropsu-bu zaman beyin mayesinin artması nəticəsində kəllədaxili təzyiq artır.
— baş beynin şişləri, onlar böyüdükcə qan dövranı, beyin mayesinin axını pozulur, beyın kütləsi artır 
— kəllə-beyin zamanı onun ödemi, mikroskopik qansızmalar baş verir ki, bu da kəllədaxili təzyiqin artmasına səbəb olur. Baş beynin əzilməsi zamanı ödem daha qabarıq olur. Travma nəticəsində beyindaxili qansızma ola bilər.
— ürək və ağ ciyərlərlərin funksiyalarının pozulması, damarların şişlərlə, trombozlarla, kəllə travmaları ilə sıxılması nəticəsində kəllədə venoz qan dövranı pozulur.
— infeksion xəstəliklər; meninqit,ensefalit
— uzun müddət oksigen çatmamazlığı.

Əsas təzahürü
— baş ağrısı ilə özünü göstərir. Baş ağrısı xüsusilə səhərlər horizontal vəziyyətdə olur, beləki qan bu zaman beynə axır. Xəstəni ürəkbulanma və qusma narahat edir. Fiziki və əqli iş zamanı tez yorğunluq olur, əmək qabiliyyəti azalır, əhvalı tez dəyişir və insan əsəbi olur. Tezləşmiş ürək döyüntüsü, arterial təzyiqin kəskin qalxması və enməsi, tərləmənin artması bu xəstəlik üçün xarakterikdir. Gözlərin altı göyərir, hava dəyişdikdə xəstənin vəziyyəti pisləşir.

Siz nə edə bilərsiniz?
Kəllədaxili təzyiqin əlamətlərini aşkar etdikdə həkim-nevroloqa müraciət edin.

Həkim aşağıdakı müyinələri təyin edir:
— kəllənin rentgenoqrafiyası
— başın kompüter və maqnit-rezonans tomoqrafiyası
— dopler müayinə
— USM, bu da baş beyində qan dövraının vəziyyətini qiymətləndirməyə imkan verir
— reovazoqrafiya-qan damarlarının müqavimətinin ölçülməsi hesabına beyin qan dövranının vəziyyətinin qiymətləndirilməsi
— qanin biokimyəvi və ümumi analizi.

Əsas medikamentoz müalicə sidik qovucu preparatlardır. Xəstə sutka ərzində mayenin, duzlu və şirin məmulatların qəbulunu azaltmalıdır. Medikamentoz müalicə kömək etmirsə, cərrahi müalicə aparılır. Əgər səbəb şişdirsə cərrah tərəfindən aradan götürülür. Cərrah kəllə boşluğundan mayenin axınını təmin edən xüsusi şunt qoyur.

immunitet.az
Top