Barmaq dolamasından necə xilas olmalı?

Barmaq dolamasından necə xilas olmalı?

Dırnaq dibindəki iltihablaşma bir-neçə həftə ərzində sağallmasa, iltihablaşma artır və həkim iltihabı cərrahi yolla sağaltmağa məcbur olur. Bu bəzi hallarda dırnaq dibinin dərindən kəsilməsinə, hətta dırnağın çıxarılmasına səbəb ola bilir. İnsanların bir qismində dolama xəstəliyi ağırlaşma verməsə də diabet xəstələri üçün bu ağır patologiyalara səbəb ola bilər.

Barmaq dolamasından təbii vasitələrlə xilas olmaq üçün sizə bir-neçə məsləhət görürük:
1. Bir stəkan soyuq suyun içərisinə 1 xörək qaşığı əməköməci qatıb, 12 saat saxlanılır. Sonra su isidilir, barmaq suyun içərisində 20 dəqiqə vanna edilir.

2. Bir ədəd təzə çiy yumurta dərin qaba tökülür, xəstə barmaqla həmin yumurta 20 dəqiqə yavaş-yavaş qarışdırılır. Bu proses dolama yetişib irin axana qədər, gündə bir-neçə dəfə təkrar edilir.

3. İki ovuc dolusu aynısəfa çiçəyi 0,5 kq marqarinlə zəif odun üstündə qarışdırılır. Yağ tamam əridikdən sonra odun üstündən götürülür və bir-neçə gün sərin yerdə saxlanılır. Sonra zəif isidilib tənzifdən süzülür. Tənzifdə qalan qarışım təmiz qaba yığılır və dolama xəstəliyi zamanı iltihabın üzərinə qoyulur. Bu proses iltihab axıb tökülənə qədər davam etdirilir.

4. Bir stəkan soyuq suyun içərisinə qatırquyruğu qatılır və bir gecə saxladıqdan sonra isidilib dolama olan barmaq 20 dəqiqə vanna edilir.

5. Kiçik bir qabın içərisinə sirkə tökülüb üzərinə üyüdülmış kətan toxumu əlavə edilir və qarışdırılır. Bu qarışım bişmiş kraxmal şəklini aldıqda, dolama olan barmağa sürtülür və tənziflə bağlanır.

immunitet.az
Top