Anadangəlmə analgeziya: ağrının hiss edilməməsi

Anadangəlmə analgeziya: ağrının hiss edilməməsi

Ağrı hissi bədənimizdə mövcud olan müdafiə sisteminin bir hissəsidir. Bu hiss sağlamlığa mənfi təsir edən vəziyyətin yarandığını bildirir və bu mənfi təsirə qarşı tədbir almaq üçün bədənə dəyən fiziki zərərin minimuma endirilməsini təmin edir.
Belə ki, insan ağrı hiss edirsə, onu aradan qaldırmaq üçün tədbir görür və bədənə dəyən zərərin qarşısını alır. Məsələn, əli qaynar suda yanan insan ağrı hiss etdiyi üçün dərhal əlinisudan çıxararaq dərisinin zərər görməsinin qarşısını alır. Digər hallarda yaranan ağrı hissi davam edərsə tibbi üsullara, qoruyucu tədbirlərə əl atır və ya bədəninin hər hansı bir yerində yaranan ağrı nəticəsində həkimə gedərək xəstəliyi şiddətlənmədən onun qarşısını alır.                        

Ağrı hissinin funksiyası bizi narahat edərək, onun yarandığı nayihəyə diqqətimizi yönəltmək və bədənimizdə nəyinsə normal olmadığını xəbər verməkdir. Bu səbəbdən anadangəlmə analgeziya”, yəni  ağrını hiss etməmək xəstəliyi, əslində, riskli xəstəlikdir.

   Bədənimizdə narahatlıq yarananda ağrı hiss etməsəydik nələr olardı?

 “Anadangəlmə analgeziya” ağrını hiss etməmək xəstəliyidir. Bu xəstəliyi olan insanlar toxunma və hissetmə duyğularına sahib olurlar, amma beyinin sinir sistemi sanki filtrlənmiş kimi məlumat axınına mane olur, temperatur dəyişikliyini və ya yaralanma kimi təcili tədbir görülməli hadisələrə reaksiya vermir. Bu vəziyyət Allahın bədənimizdəki hər sistemi qüsursuz şəkildə yaratdığının ən bariz nümunələrindən biridir.

Sinir sisteminin fəaliyyətində yaranan hər hansı çatışmamazlıq bir çox problemlər yarada bilər. Belə ki, ağrı ilə əlaqədar siqnal beyinə çatmadığından ağrı hiss edilmir, bəzən isə ağrı hiss edilir, lakin ağrının hansı nayihədə olduğu bilinmir. Şübhəsiz, hər iki vəziyyət insan üçün böyük təhlükə yaradır. Çünki ağrı yerinin təsbit edilməməsi ağrının hiss edilməməsinə bərabərdir. Məsələn, ürəyində ciddi problemi olan və bədənində ağrı hiss edən, lakin ağrının hansı nayihədə olduğunu bilməyən insanın həyatı təhlükə altındadır.

  “Anadangəlmə analgeziya” necə yaranır?

 Bu xəstəlik “SCN9A” adlanan gendə olan problemlə əlaqədar meydana gəlir. Bu gendə kiçik pozulma belə onu tamamilə sıradan çıxarır və beyinə ötürülən siqnalların qarşısını qalır. Bu hadisə, elektrik lampasının yanması üçün elektrik düyməsindən istifadəyə bənzəyir. Əgər lampaya gedən elektrik naqillərində problem olsa, lampa yanmaz.

 Yaralananda ağrı hissinin azalmasının hikməti

Bir çox insan yaralananda və yaralanandan bir müddət sonra ağrı hiss etmir. Beləliklə, insanın yaralı olduğu halda özünü qorumaq və təhlükədən uzaqlaşmaq üçün gücü olur. Ağrı hissinin çatdırılması sinir hüceyrələri vasitəsilə reallaşır. Bu hüceyrələr ağrı, acı və sızıltını məhv edən, bədəni rahatlaşdıran “endorfin” maddəsinə malikdir. Endorfin beynimizin istehsal etdiyi ağrıkəsicidir. Endorfin ağrının hiss edildiyi andan etibarən ifraz edilir, ilk təhlükə sovuşduqdan sonra təsiri keçir. Bunun sayəsində ciddi yaralanan insanlar belə müəyyən müddət şiddətli ağrını hiss etmirlər. Yaralananda ağrı hissinin azalması Allahın insanlara olan rəhmətinin bir nümunəsidir.

Ayağımız stolun kənarına dəyəndə və ya yerdəki qırıq şüşə ayağımızı kəsəndə ağrı hiss edirik… Dərimizdəki reseptorlar bizi zədələyən faktorlara reaksiya verəndə, yəni beynimizə mesaj göndərəndə ağrı hiss edirik.

  Ağrı hiss etməmək niyə təhlükəlidir?

Üç ağrı növü mövcuddur: səthi ağrı,  dərin ağrı (sümük, əzələ, sümü və oynaqların ağrısı), daxili orqanların ağrısı (viskeral ağrı). Səthi ağrılar dəriyə təzyiq olanda və ya 45 dərəcədən artıq istiliklə qarşılaşanda ortaya çıxır.

  Şiddətli ağrı

Beyin pərdəsi ağrının yerini, xüsusiyyətlərini, şiddətini təsbit etdikdən sonra beyin bu ağrını sakitləşdirmək üçün siqnalları dayandıran mesajçılar göndərir. Kimyəvi sinir mesajçıları bu ağrı mesajını sinapslar üzərindən bir sinirdən digərinə ötürürlər. Beləliklə, siqnal beyinə çatdırılır. Dəriyə batan mismar sinir uclarına  xəbərdarlıq edir. Sinir ucları meydana gələn zədəyə reaksiya verərək, sinir boyu həyəcan siqnalı göndərir. Bu siqnal onurğa iliyində kimyəvi mesaja çevrilir.

 Xroniki ağrı

Xroniki ağrı, ağrı mesajlarının yox edilməsinin qarşısını alaraq, insanda nəzarətin itirilməsinə səbəb ola bilər. Ağrının artması hissi də buradan qaynaqlanır. Mesajların yığılması onurğa iliyindəki sinapslarda yeni kimyəvi yollar yaradır. Bu da sinirləri gələcəkdəki ağrı mesajlarına qarşı daha həssas edir. Sinir ucları bir yaralanma ilə xəbərdar ediləndə, onurğa iliyinə və beyinə yalançı həyəcan siqnalı göndərir. Bir sinir kökünə və ya sinir lifinə edilən təzyiq də eynı nəticəni verir.

Top