Allergiya

Allergiya

Bəzən qəbul etdiyimiz qidalar bədənimizdə qızartılara, dildə-dodaqda şişkinliyə, nəfəsalmada çətinliyə səbəb olur.Lakin bu təsirlərə əksər hallarda əhəmiyyət vermirik, laqeyd yanaşırıq. Allergiyaya qarşı həssas olanların mütləq bu çatışmazlıqla bağlı testlərdən keçməsi vacibdir. Maltepe Tibb Mərkəzi Dermatoloji Mütəxəssisi Dr. Leyla Ərdən vaxt keçdikcə fikir vermədiyimiz allergiyanın sonradan gücləndiyini qeyd edir.
İstanbulun Cerrahpaşa Tibb Fakültəsinin müəllimi, astma və allergiya mütəxəssisi Prof. Dr. Əhməd Rasim Küçükusta xüsusilə 3 yaş altındakı uşaqlarda süddən allergiya verdiyini vurğulayır. Südə qarşı allergiyası olan uşaqlarda qusma və köp halları müşahidə edildikdə süd verilməsi dayandırılmalıdır. Belə uşaqların yalnız 80 faizində 3 yaşdan sonra süd allergiyası aradan qalxır. Lakin bəzi uşaqlarda bu hal həmişəlik qalır. Qida allergiyası hər yaşda meydana gələ bilər. Əsasən allergiyaya səbəb olan qidalar balıq, qabıqlı dəniz məhsulları, süd, soya, yumurta, çiyələk və s.-dir. Qidanın görüntüsü, qoxusu, dadı belə bəzən allergiyaya səbəb ola bilir.

Qida allergiyasının əlamətləri nədir?
Nizamsız ürək döyüntüləri, təzyiqin ani olaraq qalxıb-düşməsi, dəridə qızartılar, şişkinliklər və s. Bu hal uzun sürərsə və müalicə olunmazsa, ölümə də nəticələnə bilər.

Yumurta allergiyası nədir?
Uşaqlarda allergiyaya səbəb olan qidalardan biri də yumurtadır. Yumurta ağına qarşı allergiya, sarısına nisbətən daha çox rast gəlinir. Yumurta ağının uşaqlara 1 yaşından əvvəl verilməməsi, sonra isə tədricən verilməsi lazımdır. Allergiya əlamətləri ortaya çıxdıqda bu qidaya ən azı altı ay fasilə verin. Yumurtaya qarşı allergiyası olan uşaqlarda, xüsusilə qızılca və digər peyvəndlər edilərkən diqqət yetirilməlidir. 

Top