Çaydanı ərpdən təmizləməyin ən ucuz üsulu

Çaydanı ərpdən təmizləməyin ən ucuz üsulu

Çaydan çox tez-tez istifadə edildiyi üçün, mətbəximizdə ən çox çirklənən mətbəx əşyalarındandır. Daim göz önündə olması isə xanımların çaydan təmizliyinə daha çox diqqət göstərmələrinə səbəb olur. Çaydan təmizliyi üçün hər kəsin öncə yönəldiyi marketlərdə satılan hazır məhsullardır. Bu məhsullar olduqca təsirli olsalar da, kimyəvi xüsusiyyətləri olduğu üçün təhlükəlidir. Çaydanı ərpdən təmizləməyin ucuz üsulu
Çaydanı ən təbii və asan üsullarla təmizləməyin qaydasını təqdim edir.
Sirkə ilə çaydan təmizliyi
1 stəkan alma sirkəsini çaydanın içərisinə töküb 15-20 dəqiqə qaynadın. Sonra çaydanı bol su ilə yuyun. Bu üsul sayəsində çaydanı içindəki ərpdən təmizləyəcəksiniz.
Yumurta və kartof qabığı ilə təmizlik
Çaydanın içinə 1-2 stəkan su əlavə edin və içinə yumurta qabığı ilə kartof qabığı əlavə edib yaxşıca qaynadın. Yaxşıca yuyub, bütün ərpin təmizləndiyini görəcəksiniz.


Mənbə: evdarliq.az
Top