Təbii ki, təmizkarlıq çox yaxşı xüsusiyyətdir.
Təmizkar insan hər zaman ətrafdakıların hörmətini qazanır. Lakin bəzən təmizkarlıq ziyanlı ola bilər və ya hər hansı pozulmanın simptomu kimi meydana çıxa bilər. Söhbət həddən artıq, patoloji təmizkarlıqdan gedir.
Belə patoloji təmizkarlıq ruhi xəstəliyin simptomu ola bilər. Əgər insan səbəbsiz olaraq gündə 20-30 dəfə əllərini yuyursa, buna səbəb olmadıqda bütün gün ərzində evini yığışdırır, lakin buna baxmayaraq təmiz səliqəli evi çirkli və səliqəsiz görürsə, evin səliqəsini pozan yaxınlarına qarşı təcavüzkarlıq göstərirsə və s., bu psixiki pozulmanın əlaməti ola bilər. Bu halda insana mütəxəssisin köməyi lazımdır.