Xovlu məhrəbaları daha yumşaq etmək üçün məsləhətlər

Xovlu məhrəbaları daha yumşaq etmək üçün məsləhətlər

Bir neçə dəfə yuyulduqdan sonra məhrəbalar öz yumşaqlığını itirir və cod olur.
Məhrəbalar və hamam xalatlarının yumşaqlığını saxlamaq üçün bizim məsləhətlərimizdən istifadə edin:
1. Məhrəbaları və hamam xalatları yuduqda yuyucu tozlardan deyil, duru yuyucu vasitələrdən istifadə edin.
2. Bol suda yuyun və çox sıxmayın. Xovlu məhrəbaları daha yumşaq etmək üçün məsləhət
3. Heç vaxt qaynatmayın və yalnız açıq havada qurudun.
4. Yuduqdan sonra yarım saat ərzində duzlu suda saxlayın və sonra suya çəkin.
5. Məhrəbaları yuduqda paltaryuyan maşınına bir neçə kiçik top qoyun. Bu məhrəbaları daha yumşaq edəcək.
6. Xüsusi yumşaldan yaxalayıcılardan istifadə edin. 
7. Məhrəbaları və hamam xalatları ütüləmək olmaz. Bu onları cod edir. 
8. Çirkli məhrəbaları istifadə etdikdən dərhal sonra çirkli paltarlar yığdığınız səbətə atmayın. Bu məhrəbaları xarab edir. Əvvəl açıq havada qurudun.

Mənbə: evdarliq.az
Top