Dırnaq boyalarından məişətdə istifadə

Dırnaq boyalarından məişətdə istifadə

Hər bir evdə dırnaq boyaları var. Əllərimizi gözəl və baxımlı etməkdən əlavə dırnaq boyaları bizə bir çox işlərdə kömək edə bilər.
1. Bunu hamı bilir. Kolqot və ya qolfilərin cırılmış yerini lakla yaxşı bərkidin. 1 lay çəkin, bir az gözləyin ki, lak qurusun, sonra yenə bir-iki lay çəkin.
2. Parıltısız bijuteriyanı, düymələri, sancaqları şəffaf parıltılı lakla boyamaq olar. Onlar təzə kimi görünəcək və parıldayacaq.                    
 
Dırnaq boyalarından məişətdə istifadə
3. Düymələri bərkitmək üçün bu düymələri saxlayan sapların üzərinə 1 damcı lak tökün. Düymələr daha gec qırılacaq.
4. Eynəklərin vintləri tez-tez laxlayır, yerindən çıxır və eynək qırılır. Bunun qarşısını almaq üçün vintin üzərinə lak çəkin.
5. Evdə yapışqan yoxdursa, lakdan istifadə edin.
6. Açarları, bankaları, butulkaları və s. səhv salmamaq üçün onlara müxtəlif rəngdə lak çəkin.
7. Bəzən paltarasanlar (xüsusilə taxtadan olanlar) nazik paltarlara ilişir, onları korlayır. Bunun qarşısını almaq üçün paltarasana lak çəkin. Səth hamar olacaq və paltarlar ilişməyəcək.
8. Laklı ayaqqabıların və ya çantaların üzərində çatlar və ya sürtülmüş yerlər əmələ gəlibsə, bu yerlərə  şəffaf lak çəkin.
9. Fıncanın, stəkanın, boşqabın, güldanın və s. üzərində çat əmələ gəlibsə, ona bir neçə lay lak çəkin.
10. Paltarınızı hər hansı iti əşyaya ilişdirmisinizsə, cırılmış yeri astardan şəffaf lakla bərkidin.    



Mənbə: Evdarliq.Az
Top