Tül pərdələri ağartmağın sadə yolları

Tül pərdələri ağartmağın sadə yolları

Qaralmış tül pərdələr bütün qadınların ortaq kabusudur. Fərqli kimyəvi yuyucu məhsullar istifadə etmənizə rəğmən tül pərdələrinizi ağarda bilmirsinizsə, sizə məsləhət görəcəyimiz bu üsullar kabusdan xilasınız olacaq.
Tül pərdələriniz əvvəlki bəyazlığına qovuşacaq. Ailem.az tül pərdələri ağartmağın bir neçə asan yolunu təqdim edir.
Pərdələri yuyacağınız suyun içinə və ya paltaryuyan maşına 2 yemək qaşığı şəkər tozu əlavə edin.                         Tül pərdələri ağartmaq           Pərdələri yuyanda maşının içinə 2 x.q. duz və 1 x.q. qabartma tozu tökün.Axşamdan pərdələri 4 x.q. duz və camaşır tozu əlavə olunmuş suda isladın. səhər isə adi qaydada əllə və ya paltaryuyan maşına yuyun.
Əgər tülləriniz paltaryuyan maşından çıxdıqdan sonra istədiyiniz kimi ağ olmayıbsa, su dolu vannanın içərisinə bir stəkan ammonyak əlavə edin. Pərdələri 2 saat bu suda saxlayın. Sonra pərdələrinizi yenidən maşına atın.
Neylon pərdələrin parlaq və səliqəli qalması üçün yuduqdan sonra təmiz suya duz töküb qarışdırın, durulayın, elə islaq-islaq asın.
Top