Patoloji təmizkarlıq

Patoloji təmizkarlıq

Təbii ki, təmizkarlıq çox yaxşı xüsusiyyətdir.
Təmizkar insan hər zaman ətrafdakıların hörmətini qazanır. Lakin bəzən təmizkarlıq ziyanlı ola bilər və ya hər hansı pozulmanın simptomu kimi meydana çıxa bilər. Söhbət həddən artıq, patoloji təmizkarlıqdan gedir.
Belə patoloji təmizkarlıq ruhi xəstəliyin simptomu ola bilər. Əgər insan səbəbsiz olaraq gündə 20-30 dəfə əllərini yuyursa, buna səbəb olmadıqda bütün gün ərzində evini yığışdırır, lakin buna baxmayaraq təmiz səliqəli evi çirkli və səliqəsiz görürsə, evin səliqəsini pozan yaxınlarına qarşı təcavüzkarlıq göstərirsə və s., bu psixiki pozulmanın əlaməti ola bilər. Bu halda insana mütəxəssisin köməyi lazımdır. Patoloji təmizkarlıq
Patoloji təmizkarlıq həmçinin insanda olan psixoloji problemlərin simptomu ola bilər. Bir çox hallarda belə patoloji təmizkarlığa özünə inamı olmayan, tez-tez depressiyalara düşən, digər insanlarla normal ünsiyyət qura bilməyən insanlarda rast gəlinir. Öz evində ideal şərəit yaradan bu insanlar bu üsulla xarici aləmdən özünü qorumağa çalışır. Belə insanlara psixoloqun köməyi lazımdır.
İnkişaf etmiş ölkələrdə insanların əksər hissəsi steril şəraitdə yaşayır və işləyir. Müasir təmizləyici və yuyucu vasitələr məişətdə olan mikroblarla çox yaxşı mübarizə aparır. İnsanın immun sisteminin daim müxtəlif mikroblarla üzləşməsi çox vacibdir. Bu immun sistemi üçün sanki məşqdir. Belə məşq üçün imkan olmadıqda insanın immun sistemi zəifləməyə başlayır. Nəticədə insan infeksion və soyuqdəymə xəstəliklərinə daha tez-tez tutulur, xəstəliklər daha ağır keçir, sağalma gec baş verir.Digər tərəfdən steril məişət şəraiti autoimmun xəstəliklərinin və allergiyaların inkişafına səbəb olur. Mikroblarla mübarizə aparmaq imkanından məhrum olan immun sistemi insanın öz hüceyrələri ilə mübarizə aparmağa başlayır. Nəticədə autoimmun xəstəliklər inkişaf edir. Digər tərəfdən real «düşmənlərlə» (mikroblarla) az rastlaşan immun sistem adi maddələri (yun, tük, bitkilər, qida və s.) orqanizm üçün ziyanlı maddələr kimi qəbul etməyə başlayır və onlara qarşı çox güclü reaksiya verir. Bu allergiyadır. Allergiya müxtəlif formalarda olur — adi asqırmaqdan, zökəmdən başlayarq ölümlə nəticələnə bilən anafilaktik şokun inkişafına kimi.Belə hesab olunur ki, hal hazırda dünyada yaşayan 20-30% insanlar müxtəlif allergiya  xəstəliklərindən əziyyət çəkir və ildən ilə belə xəstələrin sayı artır. Belə xəstəliklərə inkişaf etmiş ölkələrdə kasıb ölkələrlə müqayisədə daha tez-tez rast gəlinir.
Müasir yuyucu vasitələrin tərkibində ziyanlı maddələr var — xlor, formaldegid və s. Bu vasitələrlə daim işləyən qadınlarda bronxial astma kimi ağır xəstəliyinin inkişafının riski artmış olur.


Mənbə: Saglamolun.Az
Top