Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.
Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.
Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.
Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil.
Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon.
Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd.
Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan.
Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə.
Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana.
Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə.
İsti süd üçün: zərdəçal, zəfəran, darçın.