Çirklənmiş şüşələr işığın düşməsini azaldır və otağı qaranlıqlaşdırır. Mənzillərdə ən çox mətbəx şüşəsi çirklənir, ona görə onu tez-tez yuyurlar. Şüşələri küləksiz və çox isti olmayan havada yumaq lazımdır. Əvvəlcə çərçivələr və pəncərə altlarını silirlər. Xüsusi şüşə təmizləyən vasitələr onlara düşməməlidir. Axırda onları yaxşı qurulamaq lazımdır.
Sadə, el üsulları: soyuq suda həll olmuş nişasta, diş tozu və ya əhəng ilə də silmək olur. 1 stəkan suda 2-3 x.q. tabaşiri həll edir, sonra bu qarışıqla çox çirklənmiş şüşələri yaxşı təmizləmək olar. Şüşə quruyan kimi onu quru əski ilə silirlər. Əgər şüşələr çox çirklidirsə, bu məhlullardan istifadə edirlər:
— Üstündə yağ yaxud çirkli su izləri varsa bir qədər qabyuyan maddə ilə 1 stəkan sirkənin qarışığını 4l suda həll edib silirlər;
— Çox çirkli şüşədirsə hərəsindən 2 x.q. naşatir spirti ilə qabyuyan maddənin 2 stəkan spirtdə həll edib silib,təmiz su ilə yaxalayırıq;
— Əgər şüşə çox çirkdirsə avtomobilləri parildadan xüsusi vasitədən istifadə etmək olar.Bu variant çox vaxt apardığına görə onu müstəsna hallarda istifadə edirlər;
— Milçəkdən qalma izləri sirkə ilə silmək olar.