Silikon kvars qumundan hazırlanır. Bir sıra kimyəvi reaksiyalardan sonra plastik, neytral, iysiz silikon əşyalar hazırlanır. Silikondan hazırlanan müxtəlif əşyalardan tikintidə, optikada hətta, qadınlar özlərini daha gözəlləşdirməkdən ötrü ondan istifadə edirlər. Silikonun mətbəxdə rolu da əvəzsizdir.
Yeməkləri hazırlamaq üçün istifadə olunan silikon qablar fantastika yox, həqiqətdir. Belə qablarda yeməkləri isti sobada bişirmək, həmçinin bu qablarda ərzaqları soyuducuda saxlamaq mümkündür. Belə materialdan hazırlanan qablar çox əlverişlidir. Onlar əldən döşəməyə düşəndə qırılmır.
Silikondan hazırlanan əşyaları asanlıqla yumaq mümkündür. Belə materialdan hazırlanan qablarda tortlar, kekslər bişirmək olar. Belə qablarda yeməklər metal və şüşədən hazırlanmış qablardan tez bişir. Silikondan hazırlanmış qaşıqlarla tavada asanlıqla yemək bişirmək olar. Bu qaşıqlar tavaların dibini qarışdırdıqda onları cızmır. Onları yuyanda islandıqda əldən sürüşmür.
Sobanın ən yüksək istiliyinə belə tab gətirir. Silikondan həmçinin bıçaqlar da hazırlayırlar. Bu cür bıcaqlarla tortları və digər şirniyyat məmulatlarını asanlıqla kəsmək olur. Silikon bıcaqla kəsilən tortlar dağılaraq formlarını dəyişmirlər.
Bir sıra Çin sənayelərinin hazırladığı sərt silikonlar insanların sağlamlığı üçün zərərlidir. Ona görə də sərt silikonlardan istifadəni bir çox yerlərdə qadağan edirlər. Bir sıra mətbəx əşyalarını maye silikonlardan hazırlayırlar. Onlar elastik və şəffaf olur. Maye silikondan həmçinin tibbdə də istifadə olunur.
Silikon qabları yanan odun üzərinə qoymaq olmaz. Belə qabın içində hər hansı yeməyi bıcaqla hissələrə bölməyə çalışmayın. Çünki, silikon bıcaqla asanlıqla kəsilir. Bu qabları yuduqda sərt sürtmək olmaz. Yüngülcə qabyuyan vasitələrlə yumaq olar. Silikon qabda hər hansı yeməyi hissələrlə bişirəndə əvvəlcə bir az yağ qaba tökdükdə yeməyin qalan hissəsini bişirməyə də kifayət edir. Ümumiyyətlə, silikondan hazırlanan qablar uzunömürlü və keyfiyyətli olur.