Xalçaların təmizlənməsi

Xalçaların təmizlənməsi

Xalçada təbii liflər nə qədər çoxdursa, onu təmizləmək bir o qədər çətindir. Təbii liflərdən olan xalça çirki daha çox götürür, nəinki sintetik. Nəzərə alın ki, tozsoran yalnız xovun yuxarı hissəsini təmizləyir. Sintetik xalçanı tozsoranla təmizləmədən qabaq, onun üzərinə antistatik vasitə çəkmək lazımdır. Belə olan halda toz xalçanın üzərindən tez təmizlənər. Yaxşı olar ki, xalçalara qulluq edəndə xalçalar üçün nəzərdə tutulmuş müasir vasitələrdən (şampunlar-dan) istifadə edəsiniz, lakin xalçaları belə vasitələrlə tez-tez təmizləmək tövsiyə edilmir. Həmçinin xalçaları tez-tez yumaq olmaz, xüsusilə də isti su ilə, bu halda xalçalar tez köhnəlir və rəngləri solur. Eləcə də xalçaları günün altında qurutmaq olmaz – yalnız kölgədə.

Qışda xalçaları qarla təmizləmək olar. Xalçanı üzü yuxarı qarın üstünə sərin, üstünə qar səpin və süpürgə ilə təmizləyin.

Təbii yun xalçalara qulluq
Əgər bir neçə sadə qaydalara əməl edilsə, təbii əl işi olan yun xalçalar yüz ilə qədər sizə xidmət edə bilər. Belə xalçaları rütubəti çox olan otaqlarda saxlamayın və sərməyin. 2- 3 ildə bir dəfə xalçanın yerini 90 və ya 180 dərəcə dəyişməyi unutmayın. Belə olduğu halda siz xalçanızı qeyri-bərabər sürtülmədən qoruya bilərsiniz. Xalçaları bükərkən içərisinə güvəyə qarşı olan vasitə qoyun. Vaxtaşırı xalçaları yumşaq şotka və ya tozsoranla təmizləyin. Təbii yun xalçalar su «sevmirlər», ona görə də onları heç bir halda nəm şotka və ya əsgi ilə silməyin, xüsusilə də yumayın. Yun xalçaları təmizləyərkən yuyan tozsorandan istifadə etmək olmaz, ona görə ki, isti suyun təsirindən xalçanız korlana bilər.

Xalçadan təzə düşmüş ləkələri bir qədər nəm şotka və ya pambıq tamponla aparmaq mümkündür. Bundan sonra xalçanızı bir qədər yerdən qaldırın ki, xalça yaxşı qurusun və nəm qalmasın. Xalçanı kimyəvi təmizləməyə ancaq istisna olduğu halda vermək olar, çünki kimyəvi vasitələr yun xalça üçün zərərlidir.

İstifadə olunmayan xalçaları güvədən qorumaq üçün sadəcə onları vaxtaşırı çırpmaq lazımdır. Güvələr ən çox rulonlara bükülmüş və divardan asılmış xalçalara düşür. Yun xalçaları heç vaxt dəhlizdə salmayın. Burada xalçalar tez çirklənir və onları tez-tez təmizləməyə ehtiyac duyulur, bu da təbii yun xalçalar üçün çox ziyandır. Əgər evinizdə allergiya, astma xəstələri və körpə uşaqlar varsa, yun xalçalardan istifadə etməyin. Qoyun yunu ən təhlükəli allergenlərdən biridir.

Sintetik xalçalar istifadə üçün daha əlverişlidir. Onları güvədən qorumağa ehtiyac olmur. Sintetik xalçaları yuyan tozsoranla, müxtəlif kimyəvi təmizləyici vasitələrlə, xüsusi şampunlarla və adi nəm əsgi və ya şotka ilə rahat təmizləmək olar. Sintetik xalçalar dəhliz üçün çox yararlıdır. Onları hər gün xüsusi vasitələrlə təmizləmək olar və bu halda çöldən gətirilən çirk digər otaqlara yayılmır. Sintetik xalçalar kimyəvi təmizləməyə davamlıdırlar və onları 2 ildə 1 dəfə kimyəvi təmizləməyə aparmaq olar. Belə xalçalar uşaq otaqları üçün də uyğundur, çünki allergiyaya gətirib çıxarmır və onları tez-tez təmizləmək olar.

Nəzərdə tutulmuş xüsusi müasir vasitələrdən istifadə etmək olar. Təbii yun xalçalara bu vasitələr yaramır, ona görə ki, xalçanı korlaya bilər. Pivədən, çaxırdan, likyordan qalan ləkələri ilıq su və yuyucu tozla təmizləyirlər. Bu məhlulla əsgini isladın və ləkəni sürtün, sonra isə məhlulu ilıq su və sirkə ilə (1 xörək qaşığı sirkə + 1 litr su) yuyun.

Qəhvə, kakao, çay ləkələrini – qliserinli soyuq su ilə (1 litr suya 1 xörək qaşığı qliserin) təmizləyin. Qırmızı çaxırdan və meyvə şirələrindən olan ləkələri – soyuq su və bir az naşatır spirti ilə, piylərdən, şokoladdan olan ləkələri – benzinlə yox edirlər.



Saqqızdan qalan ləkələri belə təmizləmək lazımdır: həmin yerə plastik paketdə buz qoyun, saqqız donacaq və ovulacaq. Unutmayın: ləkə təmizləndikdən sonra bütün xalçanı yuyucu vasitənin məhlulunda isladılmış paltar şotkası, sonra da sadəcə yaş şotka, yaxud süngərlə silmək lazımdır.

Əgər axşamdan xalçanın üstünə narın duz səpib, sabahısı duzu təmiz, yaş əsgi ilə təmizləsəniz, xalçanın rəngi daha da açılar. Xalçada mebelin ayaqlarından dazlıq əmələ gəlməsin deyə, əşyaların ayaqları altına rezin hissəciklər qoymaq məsləhətdir.

Əgər xalçada artıq mebelin izləri varsa, zədələnmiş yerlərə balaca buz parçaları qoymaq, onlar əridikdən sonra qurutmaq və tozsoranla təmizləmək lazımdır. Mebelin izlərini təmizləmək üçün daha bir üsul: 3- 5 dəqiqə ərzində bu yerlərə buxar verin, tərs üzündən xalça çırpanla çırpın (bu halda xov qalxır), sonra isə tərs üzündən quruyana kimi ütü ilə ütüləyin. Xalçanın bütün uzunluğu boyu eni 20 mm olan tesma yapışdırsanız, xalçanın kənarları bükülməz və tez köhnəlməz.
Top