İpək parçaların yuyulması

İpək parçaların yuyulması

İpək parça həm həssas, həm də qiymətli bir parça olduğu üçün paltaryuyan maşında digər paltarlarla birlikdə yuyulmamalıdır. 

İpək parçalar əsla isti suda yuyulamamlı və kimyəvi tərkibli dərmanlarla təmasda olmamalıdır. Paltarların etiketindəki yuma təlimatlarına mütləq baxın. Evdə təmizləyəcəyiniz ipək paltarları soyuq suda yumaq lazımdır.
— Bir vannanı su ilə doldurun və içinə uşaq şampunu tökün.
— Paltarınızı bu suda yüngülcə ovalayaraq yuyun. Əgər çox ləkəlidirsə, bir az islağa qoyun.
— Durulayan zaman parçanın yumşalması üçün suya bir az saç kremi əlavə edin.
— İpək parçalı paltarınızı yuduqdan sonra əsla onu sıxıb qırışdırmayın. Bir dəsmalın üzərinə sərərək, artıq suyunu çəkin.
— Artıq suyunu çəkdiyiniz paltarı günəş şüalarından uzaq bir yerə asın, çünki günəş şüaları paltarınızın solmasına səbəb ola bilər.



Diqqət edilməli məqamlar
— Paltarınıza birbaşa ətir, dezodorant kimi kimyəvi maddələrlə təmas etdirməyin.
— Etiketdə yazılı deyilsə, paltarlarınızı quru təmizləməyə verməyin. Çünki bu zaman paltarınız kiçilə bilər.
— İpək parçalarda əsla ağardıcılardan istifadə etməyin.
— İpək parçanın saralmasını əngəlləmək üçün durulama suyuna bir xörək qaşığı alma sirkəsi əlavə edə bilərsiniz.
Top